FutbolMedia.Az
  • 15:44 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "İkinci hissədə üstün tərəf biz idik"

“Birinci hissədə daha çox taktiki savaşın şahidi olduq. Rəqib əsasən standart vəziyyətlər zamanı təhlükəli olurdu. Birinci hissədə fərqlənmək üçün bir neçə şansımız var idi. Sonra müdafiədən çıxarkən top itkisinə yol verdik, rəqib dərhal bundan istifadə etdi və hesabda önə keçdi”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Osiyek”ə qarşı keçirilən ilk oyun barədə danışarkən deyib.

O, 1:1 hesablı heç-heçəni belə şərh edib: "İkinci hissədə meydanda üstün tərəf biz idik. Çalışırdıq ki, nəticəni dəyişək, hesabı bərabərləşdirək. Müəyyən məqamlarda dəqiqlik çatmırdı. Rəqibin səviyyəsini, bacarığını nəzərə alsaq, bu, heç də asan deyildi. Bu gün 0:1 hesabı ilə məğlub olsaydıq belə, düşünürəm ki, hər şey ikinci matçda həll olunacaqdı. Cavab oyununda hər iki komanda sıfırdan başlamalıdır. Bir həftə sonra bizi çox maraqlı oyun gözləyir”.

R.Sadıqov bildirib ki, “Osiyek” istedadlı futbolçulardan yığılmış komandadır: “Çox yaxşı seleksiya işi aparılıb. Gənc, istedadlı, savadlı məşqçiləri var. Onun səviyyəsini bugünkü oyunda hiss edirdik. Nə gözləyirdiksə, onu da meydanda gördük. Futbolçularıma təşəkkür etmək istəyirm. Bu rəqibə qarşı səfər oyununda qarşılıq verdilər. İndi bizi məsuliyyətli cavab oyunu gözləyir”.

“İkinci oyundan gözləntiləriniz nədir?” sualını “Zirə”nin baş məşqçisi belə cavablandırıb: “İndi daha çox çempionatda “Sabah”la oyunu düşünəcəyik. Bizi qarşıda derbi matçı gözləyir. Fikrimizi həmin matça yönəldəcəyik. Daha sonra isə “Osiyek”lə görüşə hazırlaşacağıq. Cavab matçında daha istəkli, daha güclü “Osiyek” gözləyirəm. Biz də rəqibə eyniliklə qarşılıq vermək istəyirik. Ona görə də düşünürəm ki, azarkeşlər üçün çox maraqlı oyun olacaq”.

Sadıqov vurğulayıb ki, müasir futbolda hər bir rəqibə qarşı oynamaq mümkündür: “Azərbaycan futbol cameəsində belə fikir formalaşıb ki, maraqlı oyun gedirsə, hər hansı klubumuz yaxşı nəticə qazanırsa, deməli, bu rəqibə qarşı oynamaq olar. Ümumən müasir futbolda hər rəqibə qarşı oynamaq. Hər şey uğurlu alınsa, TOP ölkələrin favorit komandalarını çıxmaq şərti ilə istənilən rəqiblə matçda yaxşı nəticə əldə etmək olar. Bu gün üçün vacib olan odur ki, ikinci hissədə oyunu bərabərləşdirdik, futbolçular istəkli idilər ki, uduzmayaq. Düşünürəm ki, “Osiyek” çox yaxşı futbolçulardan formalaşmış komandadır. Bu cür rəqiblə başabaş, bəzən üstün oynayan futbolçularıma təşəkkür etmək istəyirəm”.

9-08-2024, 08:08
12744
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-07-2024, 23:29
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəqib amansız mübarizə aparacaq"
12-04-2024, 21:49
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Hazırda şəxsi həyatım belə kənarda qalıb"
13-02-2024, 20:13
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumçu axtarırıq"
24-12-2023, 23:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Tərəfdarıyam ki, çempionatda fasilə olmasın"
26-11-2023, 20:40
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir az çətin sualdır"
5-11-2023, 21:09
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir xal da bizim üçün yaxşı nəticə sayılacaqdı"
6-10-2023, 21:07
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəhbərlik qarşımıza hədəf qoyub ki, Konfrans Liqasına gedək"
1-10-2023, 21:10
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumda keyfiyyətimiz çatmır"
10-08-2023, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir az üstünlüyümüz var"
20-12-2022, 22:25
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi" nə vurdusa, qol oldu"
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
8-05-2022, 23:04
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Komandam bu gün uduzmaq istəmirdi
  Xəbər Lenti
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu - 9.10.2026, 15:43
"Araz-Naxçıvan" - "Kəpəz" - Heyətlər 9.10.2026, 15:02
“Neftçi” – “Sabah”a qarşı - YENİLƏNİR 9.10.2026, 14:00
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
Endrik qışda "Real"dan gedir - Transfer xəbərləri 9.10.2026, 11:04
“Barselona”da yeni müqavilə - Xarici xəbərlər 9.10.2026, 10:03
Toni Kroos məşqçiliyə başlayır - Xarici xəbərlər 9.10.2026, 09:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb