FutbolMedia.Az
  • 15:03 Şənbə
    11 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Hakimlərlə görüşlər olmalıdır"

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini deyib: "Bilirdik ki, oyun çətin keçəcək. Rəqibimiz "Qarabağ" idi. Birinci hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı. İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq".

Mütəxəssis komandasının qapısına verilən penalti zərbəsi haqda da danışıb: "Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində cərimələr var, verilmir. Hərdən təzə qaydalar, təzə qaydalar deyirlər... Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbərimiz yoxdur. Çox da danışmaq istəmirəm".

A. Abbasov "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib ki, hakimlərin ədalətinə inanmıram. Ötən mövsüm də hakimliklə bağlı epizodlar çox olurdu, hətta hakimlərə etiraz etmişdiniz, görüşlər baş tutmuşdu. Bu mövsüm də elə görüşlərin təşkilinə ehtiyac var?" sualına belə cavab verib: "Hakimlər də səhv edə bilər. Onların üzərinə düşürük. Bəlkə, hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik barədə danışır. Ancaq gerçək budur ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər.

Məsələn, bir epizodu deyim, mənim üçün çox maraqlıdır. "Kəpəz"in "Turan Tovuz"la oyunudur, deyəsən. Paçu Liranın ayağını cərimə meydançasında tapdalayırlar. Başqa vaxtlar dərhal penaltidir də. Bəlkə də qaydalar var. Yeni qaydalardı, xəbərimiz yoxdur, bilmirəm. Əlbəttə ki, görüşlər olmalıdır. Hər kəs inkişaf etməlidir. Çünki çempionatımızda kritik oyunlar olur. Görürük ki, hər tur səhvlər təkrarlanır".

27-10-2024, 21:40
11084
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
27-10-2024, 22:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "Elə qaydalar deyirlər ki, eşitməmişik"
17-05-2024, 23:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlikdən danışanda deyirlər ki, baş məşqçi bəhanə axtarır"
11-05-2024, 22:16
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Qarşıda finala bərabər iki oyunumuz var"
28-04-2024, 20:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Elə qırmızı vərəqə almaq olmaz"
31-03-2024, 21:09
Azər Bağırov:
Azər Bağırov: "Bunları görmürlərsə, hakimlik etməsinlər"
22-01-2024, 20:35
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərə də qalib gəlmək lazımdır"
3-11-2023, 21:26
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərin özləri də qaydaları bilmirlər"
13-08-2023, 20:54
Ayxan Abbasov:
Ayxan Abbasov: "Biz hələ işin başlanğıcındayıq"
9-12-2022, 16:40
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Bizə futbolçu lazımdır"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
20-04-2022, 20:10
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Bizim qapımıza dərhal penalti verirlər"
4-04-2022, 09:20
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Artıq hakimlərin qərarına təəccüblənmirəm"
  Xəbər Lenti
DÇ-2026-da 1/4 finalın son iki oyunu 11.07.2026, 13:15
İkker Kasilyasdan futbol oyunlarının formatı ilə bağlı təklif 11.07.2026, 12:12
“Arsenal” braziliyalı futbolçu üçün 90 milyon avro təklif edəcək - Transfer xəbərləri 11.07.2026, 11:30
Klublarımızın yaya transferləri - Gələnlər və gedənlər 11.07.2026, 11:07
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi 11.07.2026, 10:06
İspaniya millisinin lideri Yamal rekorda imza atdı - Xarici xəbərlər 11.07.2026, 09:14
“Araz-Naxçıvan” məşqlərə başladı 11.07.2026, 08:12
Yuri Vernidub: "Komandanın vəziyyəti yaxşıdır" 10.07.2026, 21:20
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi 10.07.2026, 20:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Dünən, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Dünən, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Dünən, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb