FutbolMedia.Az
  • 19:27 Cümə
    25 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"la oyuna görə tənqid olunan Mareska Runiyə CAVAB VERDİ

"Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi "Çelsi"nin baş məşqçisi Entso Mareskanı tənqid edib.

Futbolmedia.az xəbər verir ki, veteran hücumçu “The Wayne Rooney Show” verilişində italyan mütəxəssisin tez-tez heyətdə rotasiyalar etməsinə toxunub. Baş məşqçi UEFA Çempionlar Liqasının “Qarabağ”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyununda heyətdə 7 dəyişiklik etmişdi. Runinin sözlərinə görə, Mareskanın komandada çoxsaylı dəyişikliklər etməsi futbolçular arasında narazılıq yaradır:

"Futbolçular oynamaq, meydanda bir-biri ilə əlaqə qurmaq, uyğunlaşmaq istəyirlər. Əgər daim heyətdə dəyişikliklər edirsinizsə, oyunçular bundan razı qalmayacaqlar. Məncə, bu, sonda onların əleyhinə işləyəcək. Nəticələr hər dəfə müsbət olarsa, buna etiraz etmək olmaz. Amma əgər nəticələr gəlmirsə, o zaman suallar yaranmalıdır. Məncə, indi əksər klublarda bir "liderlər qrupu" mövcuddur və bu qrup olaraq siz baş məşqçiyə sual verməlisiniz. Komandada daim dəyişikliklər edilərsə, bu, məni narahat edərdi. Əgər həmin "liderlər qrupu"nun üzvü olsaydım, komanda yoldaşlarımla danışardım və deyərdim ki, mən bu vəziyyətdən razı deyiləm".

Mareskanın Runiyə cavabı gecikməyib. 45 yaşlı məşqçi bildirib ki, uzun marafon üçün rotasiyaların olması vacibdir. Onun sözlərinə görə, bir neçə turnirdə eyni futbolçularla oynamaq çətindir:

“Dəfələrlə demişəm, biz elə bir dövrdəyik ki, istənilən şəxs istədiyini deyə bilər. Mən bunu tam hörmətlə qarşılayıram. "Qarabağ"la oyundan sonra da qeyd etdim ki, klubda işləməyə başladığımdan bəri mənim baxışım oyunçular arasında rotasiya tətbiq etməkdir. Uduzmadığın zaman heç kim bundan şikayət etmir, heç kim narazı olmur. Əgər rotasiya Andrey Santos (Braziliya millisinin üzvü), Yorrel Hato (Niderland millisinin üzvü), Estevao (Braziliya millisinin üzvü) kimi futbolçularla aparılırsa, bu, sadəcə rotasiya deyil. Onlar istedadlı, gənc oyunçulardır və gənc olduqları üçün səhv etməyə, bu səhvlərdən öyrənməyə şans vermək lazımdır. Keçmişdə Coş Açimponqla da eyni vəziyyət olmuşdu. Aydın məsələdir ki, qələbə qazanmadığın zaman problem kimi rotasiyanı göstərirlər".

Mareska bu mövsüm bütün turnirlərdə start heyətində ümumilikdə 85 dəyişiklik edib. Bu, Premyer Liqada ən yüksək göstəricidir. Baş məşqçi heyətdəki dəyişiklikləri müdafiə edərək bildirib ki, özü futbolçu olarkən də rotasiyanı çox sevib:

"Hazırda futbol illər öncə ilə müqayisədə daha fərqlidir – həm fiziki baxımdan, həm də intensivlik cəhətdən. Mənim fikrimcə, bir mövsümdə eyni futbolçularla 65 oyun oynamaq, həm Çempionlar Liqası, həm də Premyer Liqa matçlarını əhatə etmək, mümkün deyil. Keçmişdə futbol fərqli idi. Mən 20 il oynadım. O dövrdə oyun bu qədər fiziki deyildi, indi isə dəyişib. Buna görə rotasiya vacibdir. Bu, mənim şəxsi baxışımdır və düşünürəm ki, mövsümü bir marafon kimi görmək lazımdır. Fevral və mart aylarında, yəni son sprint mərhələsində fərqli düşünmək olar. Amma hazırda uzunmüddətli yarış üçün plan qurmaq lazımdır".

8-11-2025, 16:27
8588
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-11-2025, 13:13
Runi “Qarabağ”la oyuna görə Mareskanı tənqid etdi
Runi “Qarabağ”la oyuna görə Mareskanı tənqid etdi
5-10-2025, 22:00
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Səhvlərimizi etiraf edirik“
18-08-2025, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu "Ferensvaroş" əvvəlkindən daha sürətli oynayır"
27-04-2025, 22:36
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzi yazılar həqiqəti əks etdirmir"
11-02-2025, 14:01
“Ronaldo ilə eyni komandada oynamaq mənim üçün şərəf idi” -
“Ronaldo ilə eyni komandada oynamaq mənim üçün şərəf idi” - Xarici xəbərlər
21-10-2024, 22:10
Vaqif Cavadov:
Vaqif Cavadov: "Rəhbərlik komandaya da, mənə də dəstəkdir"
15-12-2023, 16:08
Şahin Diniyev:
Şahin Diniyev: "Bugünkü qələbə mənə danışmaq üçün cəsarət verir"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
5-03-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: “Heyətimizin hər zaman genişlənməsinə ehtiyac var”
22-01-2023, 09:38
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Türkiyə təlim -məşq toplanışından razı qaldım"
24-10-2022, 15:59
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
  Xəbər Lenti
Türkiyə Fransaya, İtaliya Belçikaya qarşı - YENİLƏNİR 25.09.2026, 18:11
Argentinada Lionel Messi üçün keçiriləcək vida matçına bilet fantastik satış- Xarici xəbərlər 25.09.2026, 17:10
Zidan: "Türkiyənin güclü millisi var" 25.09.2026, 16:30
"Şəfa" klubunun futbolçusu Tərlan Quliyev: "Özümə gəlincə isə dəqiq bir söz deyə bilmərəm" 25.09.2026, 16:00
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella: "Dünya Kubokundan sonra böyük bir məyusluq yaşadıq" 25.09.2026, 15:18
“Şəfa” yeni qapıçı transfer etdi - Transfer xəbərləri 25.09.2026, 15:09
Almaniya klubu Kristian Eriksenlə müqaviləni pozdu - Transfer xəbərləri 25.09.2026, 14:26
"Şamaxı" klubunun hücumçusu Uğur Cahangirov: "Zirə çox çətin və bərk komandadır" (Özəl Açıqlama) 25.09.2026, 14:04
Azərbaycan millisi Ermənistan yığması ilə mübarizə aparacaq 25.09.2026, 13:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb