



Elmar Baxşıyev: “Son dəqiqə qolu futbolun emosiyasıdır”
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la heç-heçə etdikləri oyunla (2:2) bağlı danışıb.
Futbolmedia.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında mütəxəssis qarşılaşmanı belə dəyərləndirib: “Mübarizəli və dinamik oyuna şahidlik etdik. Komandam əzmkarlığı ilə istədiklərimi yerinə yetirməyə çalışdı və 1 xal qazandıq. Rəqib iddialı komandadır, buna görə də bu xal dəyərlidir.”
Baxşıyev həmçinin komanda üzvlərinin qol sevinci barədə bildirib: "Son dəqiqələrdə qol vuran hər kəs belə sevinir. Bu, futbolun içindəki emosiyadır.”
Baş məşqçi həmçinin ev və səfər oyunları barədə də fikirlərini bölüşüb: “Bakıda oynadığımız üçün ev və səfər oyunu fərqi çox hiss olunmur. ‘Bank Respublika Arena’ bizim üçün səfər sayılmır.”
Hakim qərarlarına münasibətində isə belə deyib: “Hakimlərə inanmağa çalışırıq, lakin bəzi qərarlara fərqli yanaşılır. Ötən tur ‘Neftçi’ ilə matçda ofsaydın olub-olmadığı açıq-aydın görünmədi. Bu matçda isə ‘Sabah’ın qazandığı penalti absurd idi, Stiv Solvet isə ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Hakimlik məsələlərinə çox fikir vermək lazım deyil.”
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























