FutbolMedia.Az
  • 23:26 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bizə çox ciddi yanaşırlar"

"Futbolçularımı təbrik edirəm. İstirahət öncəsi vacib qalibiyyət idi. Futbolçularda yorğunçuluq var idi. Çünki uzun səfərdən qayıtmışdıq. İlk hissədə daha çox hiss olundu. Oyundan məmnun deyildim. Fasilədən sonra daha yaxşı, daha düzgün oynamağa başladıq. İlk hissədə "Zirə" çox yaxşı müdafiə olundu. Futbolçular bir-birini tapmaqda çətinlik çəkirdi. İkinci hissənin əvvəlindəki qol oyunu sanki bir az asanlaşdırdı. "Zirə"yə uğurlar arzulayıram".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunda "Zirə"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Erkən vurulan qol nəticəyə nə dərəcədə təsir etdi?

- Belə suallar çox verilir ki, ilk dəqiqədə vurulan qol sanki kömək olur nəticəyə. Hansısa oyunda kömək ola bilər. Amma futbol elə inkişaf edib ki, məşqçilər və futbolçular belə hallara hazır olurlar. İlk dəqiqədə və ya 80-cı dəqiqədə vurulan qol o demək deyil ki, qələbə artıq sənindir. O qədər olub ki, uduzmuşuq, qollar buraxmışıq. Bəlkə o dəqiqələrdə qol vurmaq rəqibə daha çox təsir edir. Get-gedə özünüz də gördüz ki, ilk hissədə təhlükəl vəziyyət yarada bilmədik. Hər vurulan qol qələbəyə bir addım da yaxınlaşmaq deməkdir.

- "Qarabağ" "Bodo-Qlimt"lə görüşdə çox çətin anlar yaşadı. Qol epizodlarını vurmaqda çətinlik çəkirdiniz, amma həmin görüşdə iki qol vura bildiniz...

- Bizə çox ciddi yanaşırlar. Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldır. Biz başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək. Şükürlər olsun ki, belə oyunda çox yaxşı qələbə oldu. Çox yaxşı da rəqiblə oynadıq. Həmin görüşdə uduza da bilərdik. Amma futbolçular döyüşdülər, sona qədər dözdülər. Sonda da yaxşı qələbə oldu.

- "Bodo-Qlimt"lə görüşə fərqli heyət buraxmışdınız və bu komandanızın xeyrinə alındı. Özünüz də deyirsiniz ki, avrokuboklarda rəqiblər sizi çox yaxşı analiz edir. Növbəti oyunlarda da bu cür rotasiyalar görə bilərik? Məcburiyyətdən yox, tam istəkli şəkildə...

- Böyük və lazım olan oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm. Çünki bizdə nəyi hansı futbolçu ilə daha yaxşı ediriksə, onların meydanda olmasını istəyirəm. Bəzən 1-2 dəyişiklik etmək olar. Çox dəyişiklik edəndə, digər oyunçuların oyun ritmi aşağı ola bilər. Elə oyunçular var ki, onları rotasiya edəndə pis tərəfə təsiri olmur. Yaxşı tərəfə olur. Hər bir oyunçunun hazırlığı çox önəmlidir. Çünki rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Bizim də meydanda 90 dəqiqə bu təzyiqə dözən futbolçularımız olmalıdır. İstəmərəm ki, dəyişiklik çox edim. Amma məcbur olsam, görsəm hansısa futbolçunun hazırlığı digərindən daha yaxşıdır, onda o addımı atarıq.

- Ən yaxın izləyiciniz "Araz-Naxçıvan"dır. Yalnız sizə uduzublar, ondan sonra heç kimə məğlub olmayıblar. Belə gedişat sizin üçün təəccüblü gəlmir ki?

- Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağa bacarırsa, onun haqqıdır. Boş-boşuna belə nəticələr deyil. Son vaxtlar son dəqiqələrdə qollar vurub, qalib gəlirlər. Qarşıda çox oyunlar var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdır. Ona da uğurlar arzulayıram. "Araz-Naxçıvan" m

10-11-2024, 22:10
13263
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
10-11-2024, 21:37
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Xal olaraq çox geri qalmışıq"
6-10-2024, 22:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir"
4-10-2024, 23:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəl ola bilər ki, daha istəkli idik"
28-04-2024, 22:31
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə epizodlardan istifadə edə bilmiriksə, deməli, fikir başqa yerdədir"
11-02-2024, 22:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər"
3-02-2024, 18:26
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bizdə bu baxımdan problemlər olur”
10-08-2023, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir az üstünlüyümüz var"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
11-03-2023, 20:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istəyirəm ki, liqanın səviyyəsi yaxşılaşsın"
8-12-2022, 23:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
10-12-2021, 08:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstərdim ki, heç bir komandanın haqqına girməsinlər"
  Xəbər Lenti
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI 24.08.2026, 15:32
“Komo” “Fiorentina”nın hücumçusu Moyze Kini 40 milyona transfer edir - Transfer xəbərləri 24.08.2026, 14:33
"İmişli"nin qolkiperi 39-cu oldu 24.08.2026, 14:07
İngiltərə klubu Alvares üçün hərəkətə keçib - Xarici xəbərlər 24.08.2026, 13:21
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Bu gün, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb