FutbolMedia.Az
  • 00:11 Bazar ertəsi
    4 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Hücumda keyfiyyətimiz çatmır"

"Rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Araz-Naxçıvan"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "İlk hissə çox sönük keçdi. Rəqib pressinq edirdi, biz isə ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yaranmırdı. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Abdullah Rzayev hücuma qoşuldu və oyunçularımız birəbir mübarizələri uduzdu. Belə olan halda, uğurlu nəticədən söhbət gedə bilməz. Daha dəqiq və daha etibarlı oynamalıyıq. "Araz-Naxçıvan" əzmkar qələbə qazandı".

R.Sadıqov hücum xəttində problemlərinin olduğunu bildirib: "Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan bu problem açıq-aşkar hiss olunur. Hücumda keyfiyyətimiz çatmır. Hansısa futbolçunun oyunu öz üzərinə götürməsi də çatışmır. Səkkiz tur ərzində hücumda oynayan bir çox futbolçumuz nə qol vurub, nə məhsuldart ötürmə edib. Təbii ki, uğurlu nəticə əldə etmək istəyirsənsə, bunlar vacib məqamlardır. Belə olan halda, istər-istəməz uğurlu nəticədən danışmaq çox çətindir. Bu gün hücum xəttində passiv oynadıq. Təhlükəli vəziyyətlərimiz oldu, amma onlar daha çox standart vəziyyətlərdən idi. Oyunun özündən hansısa uğurlu hücum, təhlükəli vəziyyət haqda danışa bilmərik. Çoxsaylı yersiz top itkilərimiz oldu. Bu da sonda oyunun ümumi gedişatına təsir etdi".

Baş məşqçi iki oyundur qalib gələ bilməmələri ilə bağlı sualı da cabalandırıb: "Son oyunda bir xal qazanmışdıq. Yaxşı formada olan "Neftçi"yə qarşı qalib gəlmək həmişə çətindir. "Araz-Naxçıvan"la matçda qalib gəlmək istəyirdik. Ancaq rəqibimiz də evdə "Qəbələ" və "Neftçi"ni məğlub etmişdi. Çox uğurlu nəticələr əldə edirlər. "Səbail"ə uduzsalar da, qələbəyə daha yaxın idilər. Bilirdik ki, bu gün bizə qarşı yüksək motivasiya ilə oynayacaqlar. Oyun planı cızdıq, istəyirdik ki, uğurlu nəticə əldə edək. Amma rəqib daha uğurlu oldu və layiqli qələbə qazandı".

1-10-2023, 21:10
14064
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-08-2023, 00:35
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu qələbə bizi arxayınlaşdırmamalıdır"
20-08-2023, 20:19
Azər Bağırov:
Azər Bağırov: "Futbolçularıma əhsən"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
8-12-2022, 23:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
17-11-2022, 09:22
De Byazi:
De Byazi: "Futbolçularım çox istəkli idilər"
7-10-2022, 21:17
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Oyun başlayanda dəliyə çevrilir"
19-07-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "İsveçrəyə hesabı qorumağa yox, qələbə üçün gedəcəyik"
8-05-2022, 23:04
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Komandam bu gün uduzmaq istəmirdi
16-04-2022, 20:50
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Mövqeyimiz bizi qane etmir"
4-04-2022, 09:20
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Artıq hakimlərin qərarına təəccüblənmirəm"
7-02-2022, 18:20
Rəşad Sadıqovdan qələbə şərhi
Rəşad Sadıqovdan qələbə şərhi
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
  Xəbər Lenti
Noa Lanq “Qalatasaray”da qalacaq - Transfer xəbərləri 3.05.2026, 16:20
Elvin Cəfərquliyev Rusiya klubuna keçir? 3.05.2026, 15:28
"Şamaxı" - "Sabah": Heyətlər 3.05.2026, 14:17
“Real” argentinalı futbolçunu göndərmək qərarına gəlib - Transfer xəbərləri 3.05.2026, 13:34
"Osasuna" - "Barselona" 1:2 - VİDEO 3.05.2026, 12:12
"Şamaxı" "Sabah"a, "Zirə" "Qəbələ"yə qarşı - YENİLƏNİR 3.05.2026, 11:30
"Fənərbaxça" - "Başakşəhər" 3:1 - VİDEO 3.05.2026, 11:00
Dortmund “Borussiya”sının müdafiəçisi İngiltərə klubunun siyahısında - Transfer xəbərləri 3.05.2026, 10:14
"Barselona" və "Atletiko"dan qələbə - La Liqa 3.05.2026, 09:23
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb