FutbolMedia.Az
  • 17:47 Bazar ertəsi
    4 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Kəpəz"in futbolçusu Papu: "Əsas düşüncəm Premyer Liqada qalmaqdır"

"Kəpəz"in futbolçusu Papu klubun saytına müsahibə verib.

FUTBOLMEDİA.az həmin müsahibəni təqdim edir.

- Elə ilk gündən komanda məndə xoş təəssürat yaratdı. Futbolçu yoldaşlarım, məşqçilər, klubun digər üzvləri mənimlə çox səmimi və mehriban davrandılar. Heyətdə Gürcüstandan olan həmyerlim var. Uyğunlaşmaqda onun mənə çox köməyi oldu. “Kəpəz” Azərbaycanda zəngin tarixi olan bir komandadı. Builki çıxışımız haqqında isə onu deyə bilərəm ki, əla, möhtəşəm deyil, ancaq biz təslim olmamışıq, mübarizə aparırıq. Qarşımıza çıxan, yolumuzu kəsməyə çalışan rəqiblərlə oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu istər “Qarabağ”, istər “Neftçi” olsun, mənim və komandamızın məqsədi qələbə qazanıb, irəli getməkdir.

- Vaxtilə Almaniyada, İspaniyada oynamısan. Azərbaycana üz tutmağını necə qiymətləndirirsən?

- Oyunçuların karyerasının yaxşı və pis anları olur. Əlbəttə, əgər sən əvvəllər “Verder” Bremen, “Real Saraqosa” kimi klublarda oynayıbsansa və bundan sonra geri Gürcüstana, Azərbaycana qayıdırsansa, insanlar bunu karyera enişi kimi qiymətləndirirlər. Amma yenə də irəliləməyə çalışmalısan. Düşünürəm ki, çətin günlər artıq arxada qalıb. Mübarizəyə davam etməlisən, üzərində çalışmalısan, özünü ən yaxşı tərəfdən göstərməlisən. Səbrli olmalısan, vaxtını gözləməlisən. Bu anda “Kəpəz”ə təşəkkürümü bildirmək istəyirəm. Məni yenidən həyata qaytardı, sevindirdi, üzümü güldürdü. Buradayam, bacardığımın ən yaxşısını nümayiş etdirməyə çalışıram, komandaya faydalı olmaq istəyirəm. Klubuma uğur əldə etmək üçün kömək edirəm. Həmçinin, gənc oyunçularımıza dəstək olmağa çalışıram. Bəli, hazırda burada xoş günlər yaşayıram.

- Uzun illər Avropada böyük şəhərlərdə, gur mühitdə yaşamısan. Gəncədə darıxmırsan?

- Gəncəlilər futbolu, “Kəpəz”i çox sevirlər. Bu, mənə xoş gəlir. Mənim üçün isə burada yaşamaq... Bilirsiniz, diqqətimi ancaq oyunlara yönəltmişəm. Hər gün məşq edirəm. Yalnız oyunlar haqqında düşünürəm. Burada tək yaşasam da, bu, mənim üçün problem deyil. Ölkəm Gəncəyə yaxındır. Dostum Mate də darıxmağa qoymur. Bir yerdə vaxt keçiririk. Ümid edirəm yaxınlarda ailəm də bura gələ biləcək. Özümü yalnız hiss etmirəm. Burada həm Azərbaycandan, həm də Gürcüstandan olan çoxlu dostlarım var. Mənim üçün haradasa tək yaşamaq problem deyil. Çünki Avropada da tək yaşamışam.

- Futbolçu olmağına əsas səbəb nə olub?

- Uşaq vaxtından futbola böyük marağım olub. Valideynlərim danışırdılar ki, gecələr topla yatırdım. Hamı kimi küçədə futbol oynamışam və elə o yaşlardan futbolun həyatıma böyük təsiri olub. Bunu hiss edən valideynlərim mənə dəstək olublar və böyüyəndə peşəkar futbolçu olmağımı istəyiblər.

- Papuya güc verən nədir?

- Karyeramda çətin anlar çox olub. Amma heç vaxt təslim olmamışam, ruhdan düşməmişəm. Prinsiplərim mənə güc verib. Hazırda əsas düşüncəm “Kəpəz”i Premyer Liqada saxlamaqdır. Mənə motivasiya verən də budur. Sadəcə, hər zaman irəliyə getmək barədə düşünməlisən. Heç vaxt təslim olmamalısan. Və əminəm ki, mənim yaxşı günlərim hələ qabaqdadır. Hələ heç nə bitməyib.

- Futbol aləmini iki yerə bölən sual: Messi, yoxsa Ronaldo?

- Messinin istedadına və ustalığına v

19-01-2024, 12:16
12134
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
18-01-2024, 09:11
"Neftçi"nin yeni transferi: "Mən bura tarix yazmağa gəlmişəm"
3-12-2023, 18:03
Murad Musayev:
Murad Musayev: "Azərbaycanda hakimlər məni sevmirlər"
15-10-2023, 08:37
"Kəpəz"in yeni :
25-07-2023, 09:00
Qara Qarayev:
Qara Qarayev: "Emin mənə dedi ki, başqa kluba getsən..."
8-03-2023, 13:21
Messi:
Messi: "PSJ-də özümü çox yaxşı hiss edirəm"
28-01-2023, 11:06
Kadi Borqes:
Kadi Borqes: "Mən ancaq futbolçu olmağı düşünmüşəm"
15-01-2023, 09:32
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Qarşımıza məqsəd kimi Premyer Liqada qalmaq qoyulub"
25-08-2022, 14:01
Filip Ozobiç:
Filip Ozobiç: "Hər iki oyunda "Viktoriya"dan güclü idik"
10-04-2022, 18:46
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Neftçi" mənə yenidən ehtiyac duyarsa, mən hazır"
13-03-2022, 12:17
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Vurduğum qollara görə məni Ronaldoya bənzədirlər"
17-10-2021, 11:06
"Neftçi"nin futbolçusu Xorxe Korrea: "Samir Abasov mənə inandı"
21-09-2021, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Polşa çempionatı karyeramda dayanacaqdır"
  Xəbər Lenti
“Sportinq”inin müdafiəçisi Arauxo İngiltərə yolunda - Transfer xəbərləri 4.05.2026, 17:17
"Liverpul"dan tarixi antirekord - Xarici xəbərlər 4.05.2026, 16:14
Rusiya klubu baş məşqçini qovdu - Xarici xəbərlər 4.05.2026, 15:12
Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək 4.05.2026, 14:39
Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək 4.05.2026, 14:04
"Qarabağ"ın sabiq hücumçusu Juninyodan möhtəşəm qol - VİDEO 4.05.2026, 13:12
"Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR 4.05.2026, 12:10
“Milan”ın cinah oyunçusu Kristian Pulişiç İngiltərə klubuna keçir - Transfer xəbərləri 4.05.2026, 11:31
"Yuventus" - "Verona" 1:1 - VİDEO 4.05.2026, 11:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
22-04-2026, 12:15
Ronaldonun oğlunu
Ronaldonun oğlunu "Əl-Nəsr" əsas komandaya cəlb edə bilər - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb