FutbolMedia.Az
  • 10:46 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Xahiş edirəm, mənə "Neftçi" ilə bağlı suallar verməyin"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 18-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Mübarizə çox oldu. Futbolçuların qərar vermək üçün vaxtı yox idi. Xoş odur ki, qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Oyunçulara və azarkeşlərə təşəkkür edirəm.

- Şahin Diniyev bildirdi ki, təki Samir Abasova uduzum, problem deyil. Bu mövsüm iki dəfə sizə uduzub...

- Nə deyim vallah? Deyiləsi bir sözüm yoxdur. Şahin Diniyev mənim millidə məşqçim olub. İnsan və məşqçi kimi hörmətim olan adamdır. Biz cavanların arasında nəsə ola bilər. Dediklərimizi qəbul etmərik. Amma Şahin Diniyev hamı ilə dil tapan insandır. Bu cür insanlardan öyrənməliyik. Komplimentdirsə, çox sağolsun. Deyilsə də, sağolsun.

- Kasimir Ninqanın vəziyyəti nə yerdədir?

- Zədə eyni yerdəndir. Hər şey normal idi. Sadəcə, əzələləri elədir ki, 2-3 yerdə ləkələr düşür. Hər bir halda sürətli oyunçuların başına gələn hadisədir. Özü də dilxordur, biz də. Bir ay da buna vaxt gedəcək.

- Komanda yuxarı pillələrdə qərarlaşıb. Bu nəticəni necə şərh edərdiniz?

- Futbolçuları inandırırdıq ki, bu yerlərdə ola bilərik. Çox yaxşı haldır. Təəssüf ki, toplanışa problemlərlə gedəcəyik. Ninqadan savayı, Vüqar Mustafayev də əməliyyata yollanacaq. O da iki ay olmayacaq.

- Çox adam "Sumqayıt"ın üçüncü yerdə olacağını ehtimal etməzdi. Fasiləyə bu nəticə ilə getməyiniz rəhbərlik qarşısında tələblərinizi artıracaq?

- Bizim kimi komandalarda tələblər mövsümün ortasında qoyulmur. İlin əvvəlində plan cızılır və ilin sonuna kimi də gedir. "Lerik"lə matçda futbolçumuz zədələndi. Mövsümdə də 6-7 legioner götürüb onlarla hərəkət edəcəyini ehtimal edirsən. Bu cür zədələr planların pozulması deməkdir. Rəhbərliklə danışacağıq. Biz hələ uğur qazanmamışıq. Mayın axırında 8-9-cu yerdə olacaqsansa, dediklərim yaddan çıxacaq. Gördüyüm iş ona təkandır.

- Yəqin ki, "Sumqayıt"ın bu mövsüm istənilən komandanı məğlub etməsi, heç kimə sürpriz gəlməz...

- Burada kiməsə məsləhət vermək istəmirəm. Öyrətmək haqqım da yoxdur. Ancaq çoxu ilə razı deyiləm. Kimlərsə, hansısa oyunları, komandaları analiz edirsə, bunu daha dərindən etməlidir. Oyunun içində çox yaxşı işlər görürük. İnsanlara nəyisə çatdırmaq üçün özləri də savadlanmalıdır. Bilirəm ki, bundan sonra da tənqidlər olacaq. Ki, mənə savadsız deyirsən, filan kimi. Amma şəxsi fikrimdir. Komandam analiz edilirsə, meydanda baş verən proseslər analiz edilsin.

23-12-2023, 22:17
12349
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-12-2023, 21:20
Şahin Diniyev:
Şahin Diniyev: "İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı"
11-11-2023, 18:53
Samir Abasov:
Samir Abasov: "Neftçi"də belədir, kimə uduzursan uduz, "Sumqayıt"a uduzma"
4-11-2023, 21:28
Samir Abasov:
Samir Abasov: "Kimlərəsə bu qələbə təəccüblüdürsə, deməli, futboldan anlayışı budur"
24-09-2023, 22:06
Şahin Diniyev:
Şahin Diniyev: "Bu futbolçularla nəsə etmək olar"
3-09-2023, 23:00
Şahin Diniyev:
Şahin Diniyev: "Təsadüfi deyil, yaxşı oyunla qələbə qazandıq"
26-08-2023, 11:15
Samir Abasov:
Samir Abasov: "Daha yaxşı komanda görəcəyimizə inanıram"
19-08-2023, 22:30
Samir Abasov:
Samir Abasov: "Bu dəfə yaxşı başlamışıq"
5-08-2023, 21:20
Samir Abasov:
Samir Abasov: "Bu il bizim kimi komandalar üçün çox çətin keçəcək"
7-05-2023, 21:51
Şahin Diniyev:
Şahin Diniyev: "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
5-11-2022, 22:12
Samir Abasov:
Samir Abasov: "Həddindən artıq əsəbiləşmişdim"
16-10-2022, 20:49
Samir Abasov:
Samir Abasov: "Onu demək özünü ləkələməkdir"
  Xəbər Lenti
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
Ferran Torres ən yaxşı seçildi - Xarici xəbərlər 10.10.2026, 16:24
"Çelsi"dən Palmer qərarı - Transfer xəbərləri 10.10.2026, 15:32
Avropa federasiyaları beynəlxalq təqvimin dəyişdirilməsini istəyir 10.10.2026, 14:29
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
11-09-2026, 14:57
AFFA-da klublar üçün seminar keçirildi
AFFA-da klublar üçün seminar keçirildi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb