FutbolMedia.Az
  • 08:31 Şənbə
    26 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bu gün hər şey gözəl sonluqla başa çatdı"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub etdikləri matçdan (2:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az xəbər verir ki, mütəxəssis əvvəlcə futbolçularını təbrik edib və turnirin pley-offuna vəsiqə qazanmaqları barədə danışıb:

- Futbolçularımı təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm. Azarkeşlərimizi təbrik edirəm. Neçə illərdir ki, belə şansımız olmuşdu, amma istifadə edə bilməmişdik. Hətta son saniyələrdə uğur əldə edə bilərdik, qaçmışdı. Şükür Allaha, bu gün hər şey gözəl sonluqla başa çatdı. Uzun illər gözlənilən uğur, nəticə əldə edildi. Hansı ki, təkcə biz yox, xalqımız gözləyirdi. Onlara görə çox sevinirəm. Belə uğuru əldə etmək həm futbolumuza böyük təkan verəcək, həm də futbolçularımıza böyük inam verəcək. Böyük komandaların Bakıya gəlməsi, belə turnirlərdə nəticə üçün oyunlarda oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər. Buna görə şadam.

- 9 il əvvəl Bakıdakı "İnter"lə oyunu xatırlayırıq. O vaxt demişdiniz ki, yolumuza davam edəcəyik. İllər boyu buna çatmaq nə qədər çətin oldu?

- Belə hal yaşanmışdı. Bəzən bizim kimi komandalar üçün belə şanslar çox nadir hallarda olur. O şansı itirəndə, komandaya, rəhbərliyə, kollektivə təsir edir. Bir də gözləyirsən ki, nə vaxt belə şans olacaq. Dəfələrlə oldu. Məncə, hakimin saymadığı qola, geriyə qayıtmaq lazım deyil. Niyə? Çünki yenidən o günləri yada salmaq heç də yaxşı hal olmaz. Amma inanın ki, bəlkə də o oyunun, o qolun sayılmamasının bizim üçün faydası daha çox oldu, nəinki ziyanı. Əminliklə deyirəm. Bəli, 9 il əvvəl o siyahıda olacaqdıq. Hətta cənab prezident bizə dəyər vermişdi. Sanki klub daha çox möhkəmləndi, məsuliyyətimiz çoxaldı. Birbaşa ölkə başçısı tərəfindən diqqət ayrılmışdı. Həmin oyunun daha yaxşı formalaşmağımız üçün faydası oldu. Elə matçlar oldu ki, son saniyələrdə şansımızı əldən verdik. Bəzən elə oyunlar oldu ki... PAOK-u evdə, səfərdə udduq. Amma onlar səfərdə "Fiorentina"nı məğlub etdilər. Elə hallar olmuşdu ki, bu, daha çox təsir etmişdi. Amma bu gün hər şey çox yaxşı bitdi. Bəlkə də bunun ləzzəti daha yaxşı olacaq. İllər boyu nəticəni gözləyəndə, əziyyətin yerdə qalmayanda, uğuru əldə edəndə, ola bilər ki, uğur daha davammiyətli olsun. Kluba, futbolçularımıza daha çox fayda versin. Bu hallar qaçılmazdı. Böyümək üçün soyuqqanlı olmalıyıq, normal qəbul etməliyik ki, bizə təsir etməsin. Əlimizdə bəhanə tutmalı deyilik ki, o vaxtı belə oldu, ona görə uduzmuşuq. Düşünürəm ki, faydası daha çox oldu, nəinki ziyanı.

- Potensial rəqiblər bəllidir. Hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?

- Potensial rəqiblərin hər biri Çempionlar Liqasında oynayası komandalardır. Hətta o klubların içərisində ÇL-in qalibi olmağı qarşısına məqsəd qoyanlar da var idi. Hamısı ciddi rəqibdir. Hansı haqda düşünmüşəm desəm, doğru olmaz. Rəqib kim olsa, həmin matçlara çox ciddi hazırlaşacağıq ki, layiqli oynayaq.

- Oyundan sonra telefonla danışırdız. İlk təbriki kimdən aldınız?

- Zaqatalanın icra başçısı idi. Çox böyük azarkeşdir. Hər oyundan sonra ən birinci zəng edənlərdəndir. Hətta birincisidir.

- "Rakuv"la matçdan sonra çoxlu tənqidlər var idi. Komandanı tərk edən oyunçular oldu. Bu mövsüm çəkdiyiniz çətinlikləri bilmək istəyərdik...

- Çətinliklər mənə bir o qədər çətin olmur. Çünki hadisələrin içində oluram. Bəzən görürəm ki, kollektivdə hansısa çatışmazlıqlar var. Onları necə aradan qaldıra biləcəyimizi düşünürük. Hər il tənqid olub. Tənqid olmayan ilimiz olmayıb. Normaldır. Futbolun ümumi gedişatı belədir. Azarkeş tənqid edər, media tənqid edər, bəlkə rəhbərlik edər, bəlkə bilmədiyimiz, düşünmədiyimiz insanlar. Amma bəzən hər ana real baxmaq lazımdır. Çətinlik və çatışmazlıqlardan narahat idik. Birdən-birə əsas oyunçuların komandadan getməsi, bəzi oyunçuların idman formasının aşağı olması... Bu, onlardan asılı deyildi. Çatışmazlıq var idi. "Rakuv"a uduzsaq belə, oyun baxımından ciddi problemlərimiz olmadı. Sadəcə keyfiyyət çatışmırdı. Bu da sağlam futbolçuların çox olmaması ilə bağlı idi. Gedişatlara hazır olmalıyıq. Komandama güvənirdim. Çünki elə oyunçular var idi ki, kimisi 3, kimisi 10 oyundan sonra daha yaxşı səviyyəyə yüksələcəkdilər. Kimsə tənqid edəndə əsəbiləşirik, narazılıq edirik. İnsanıq. Amma inanın ki, heç kimdən incəmərəm. Azərbaycanlılarımdan incimərəm. Hamınızı çox istəyirəm. Tənqidin o an təsiri ola bilər, amma sizi başa düşə-düşə daha da məsuliyyətli çalışmağa, keyfiyyətli işləməyə başlayırıq. Bəlkə də əziyyət, sizlərə, azarkeşlərə qarşı olan fikirlərimizdir ki, Allah bizə belə zəfər qismət etdi. Qruplarda oynayırıq, pley-off mərhələsinə çıxırıq. Bu, bir klubun ayaqda durması, stabil qalması üçün çox yaxşı nəticədir. Klub, futbolçular, biz hamımız belə böyüməliyik. Çətinliklər olmasa, işləməyə, yaşamağa nə var ki?

15-12-2023, 08:30
13562
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
4-10-2023, 21:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təxribatlara ancaq qorxaqlıq kimi baxıram"
21-09-2023, 22:53
Qurban Qurbanov -
Qurban Qurbanov - "Qələbəni xalqımıza və Azərbaycan Ordusuna həsr edirik"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
28-08-2023, 00:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzən belə xal itkilərinə sevinirəm"
13-05-2023, 23:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
4-11-2022, 01:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir rəqibə əzilmədik, aciz qalmadıq"
28-10-2022, 08:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nant"dan çəkinmədik"
15-09-2022, 23:49
Qurban Qurbanov:
Qurban Qurbanov: “Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik”
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
  Xəbər Lenti
Kay Haverts Almaniya millisinə şok yaşatdı - Xarici xəbərlər 25.09.2026, 19:06
Türkiyə Fransaya, İtaliya Belçikaya qarşı - YENİLƏNİR 25.09.2026, 18:11
Argentinada Lionel Messi üçün keçiriləcək vida matçına bilet fantastik satış- Xarici xəbərlər 25.09.2026, 17:10
Zidan: "Türkiyənin güclü millisi var" 25.09.2026, 16:30
"Şəfa" klubunun futbolçusu Tərlan Quliyev: "Özümə gəlincə isə dəqiq bir söz deyə bilmərəm" 25.09.2026, 16:00
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella: "Dünya Kubokundan sonra böyük bir məyusluq yaşadıq" 25.09.2026, 15:18
“Şəfa” yeni qapıçı transfer etdi - Transfer xəbərləri 25.09.2026, 15:09
Almaniya klubu Kristian Eriksenlə müqaviləni pozdu - Transfer xəbərləri 25.09.2026, 14:26
"Şamaxı" klubunun hücumçusu Uğur Cahangirov: "Zirə çox çətin və bərk komandadır" (Özəl Açıqlama) 25.09.2026, 14:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb