FutbolMedia.Az
  • 13:42 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Nant”a qalib gəldikləri matçdan (3:0) sonra mətbuat konfransı təşkil edib.

- Qalib gəlsək də, mənim üçün danışmaq asan deyil. Bu gün səhər saatlarında eşidəndə ki, 21 şəhidimiz var, öz bazamızda onun müzakirəsi gedirdi. Sanki bir az da futbolçularda həyəcan var idi. Çünki belə hallarda istər-istəməz 10 milyonluq xalqımız bizdən qələbə gözləyir. Oyunun məsuliyyətini dərk edirdik. İlk dəqiqələrdən hiss etdiniz ki, futbolçularda həyəcan çox idi. Amma get-gedə oyunu ələ ala bildilər. Allah şəhidlərimizə rəhmət etsin. Çox ağır gündür, hamımız üçün ağırdır. Allah ordumuzu qorusun. Bəzən kənardan baxanda sevinirik ki, qalib gəldik, amma inanın ürəyimiz ordadır, ordumuzun yanında. Qələbəyə görə çox məmmunam. Sırf bu günə görə. Xalqımız bizdən qələbə gözləyirdi. İstəyirdilər, dua edirdilər. Duaları da qəbul oldu. Rəqibə uğurlar arzu edirəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə isə təşəkkür edirəm.

- Bu ağır günlərdə komandanı belə möhtəşəm hazırlamağı necə bacardınız?

- Qrup oyunlarına əvvəlcədən hazırlaşırdıq. Sadəcə olaraq, son günlərdə olan olaylar bizi daha da məsuliyyətli, həyəcanlı etdi. Futbolçular sağ olsunlar. Dünəndən hamımız bir yerdə olduq. Danışdıq ki, çox soyuqqanlı və diqqətli olmalıyıq. Sanki futbolçularla oyunun gedişatını danışırdıq. Onlara dedim ki, sizə güvənirəm və sona qədər rəqibi meydanda düzgün analiz etməliyik. Futbolçularıma təşəkkür edirəm. Oyun başlayanda çox gərgin anlar var idi. Amma soyuqqanlılıq göstərib, oyunu ələ ala bildilər. Desəm ki, böyük motivasiya vermişdim, yox. Bu matç üçün dost, yoldaş kimi münasibət qurmuşduq ki, hamı bizdən çox şey gözləyir. İstənilən halda meydanda üzərimizə düşən vəzifəni yerinə yetirməliydik. Futbolçulara mütləq udmalıyıq kimi fikirləri bildirmədim. Futbolçulardan razı qaldım. Şükürlər olsun ki, qələbə bizim tərəfimizdə oldu.

- İlk 20-25 dəqiqədə komandaya nə olmuşdu? Həyəcanı necə geridə qoydunuz?

- Səbəb son olaylar idi. Biz nə qədər futbol haqda danışmaq istəsək də, istər-istəməz cəbhədə olan hadisələr müzakirə edilirdi. Futbolçuların üzərinə getməyərək onlara fikrimi çatdırırdım. Çünki, üzərimizə düşən vəzifəni düzgün yerinə yetirməliyik. Oyunun əvvəlində rəqibin böyük pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Avropa Liqasında olan təcrübə futbolçulara soyuqqanı olub, oyunu dəyişməyə kömək etdi. Desəm ki, əlavə nəsə etdim, yalan olar. Onlara demişdim ki, daim yanınızdayam.

- Bu qələbə 2020-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Legiya" üzərində 3:0 hesablı qalibiyyəti xatırlatdı. Bu iki görüşü necə müqayisə edərdiniz?

- Bunlar elə oyunlardır ki, deyim həzz aldıq, ləzzət aldıq, düzgün çıxmaz. Həm "Legiya", həm də indiki matçlar belə oyunlardır. Allahdan istəyim o idi ki, matçı üzüağ başa vuraq. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün 0:3 uduza da bilərdik. Amma bəlkə də bu oyunu bu gün Bakıda oynamağımız uğurlu idi. Xalqımız bizimlə idi. Üstünlüklər çox idi. Müqayisə etmək istəməzdim. Hər iki oyundan üzüağ çıxdığımıza görə Allaha şükür edirəm.

- Fransa höküməti Azərbaycanı təcavüzkar ölkə kimi tanıtmaq istəyir. Siz isə bu gün Fransa klubunu məğlub etdiniz...

- Siyasi tərəfdən fikir bildirməyim düzgün olmaz. Sırf buna uyğun UEFA və FİFA-nın qaydalarını bilmirəm. Bilmirəm ki, hansısa fikir bildirsəm, necə olar. Dəfələrlə belə hallar olub. Belə şeylərə fikir verməli deyilik. Çalışmalıyıq ki, hər şəraitdə idman prinsiplərini qoruyaq. Bunlara əməl etməliyik.

- Ovusu Kvabena qol vurandan sonra media tribuna, azarkeşlər tərəfə baxdınız. Ürəyinizdən nələr keçdi?

- Göz gəzdirdim. Bəlkə də insanların sevindiyini görmək istəyirdim. Çünki mən nadir hallarda baxıram. Sadəcə insanların sevincini görmək istəyirdim.

- Rəqibin sol cinahında yer alan futbolçunun bu cinahda oynaması sizin üçün sürpriz idi?

- Çox az dəyişiklik oldu. Rəqibin sol və sağ cinahı çox sürətlidir. Həmin futbolçunun sol cinahda oynaması bizim üçün sürpriz oldu. Amma gözləyirdik. Hətta lövhədə heyəti yazanda ox işarəsi qoymuşdum ki, bu futbolçu başqa cinahda da oynaya bilər. Bir-iki epizodda boşluqlar verdik. Amma get-gedə futbolçular bir-birlərinə kömək edirdilər. Bəzi epizodlarda, Qara, Kadi, Bəhlul gecikdi. Ancaq get-gedə bunları aradan qaldırdılar. Ondan sonra problemlər olmadı. Kiçik sürpriz idi.

- Bu qələbəni kimə həsr edərdiniz?

- Sözsüz ki, qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm. İnanın ki, bu onlar üçün onların etdiyinin zərrəsi də deyil. Allah şəhidlərimizə rəhmət etsin, ordumuzu qorusun.

- İlk hissədə xeyli qol epizodları var idi, amma yararlana bilmədik. Fasilədə futbolçulara nə dediniz?

- Hər oyunda fasilədə futbolçulara tapşırıqlar verilir. Rəqibin boşluqları barədə də danışırıq. Komandanın analitiki də stadionda oturur və ilk hissədən sonra düşür aşağı və bizə göstərir. Futbolçularla müzakirələr aparırıq. İkinci hissədə tempi artırmaq mütləq idi. Rəqib tərəf yorğunluqdan danışırdı. Amma çox yaxşı rotasiyalar edirdilər. Müzakirələr apardıq, tapşırıqlar verildi, pis alınmadı. Nə qədər desəm də, bunu icra edən futbolçulardır. Buna görə də onlar bunu düzgün və daha yaxşı yerinə yetirdilər.

- Qrupda ikinci yeri tuta bilərsiniz?

- Bunu çox istəyirik. Amma rəqibləri görürsünüz, hər biri çox ciddi rəqibdir, çox iddialıdır. Oyundan-oyuna bizə daha ciddi yanaşırlar. İrəliyə getmək üçün nə qədər imkanımız varsa, istifadə edəcəyik. Futbolçularım çox istəklidilər ki, Avropa Liqasında pley-off mərhələsinə yüksələk. İstəyirik. Amma qarşımızdakı rəqiblərə real baxmalıyıq. Onların gücünü hiss etməliyik. Buna baxmayaraq, rəqiblərdən çəkinməyərək, rəqiblərin üzərinə gedəcəyik ki, ən yaxşısını edək.

- Həssas məqamda elə komandaya qarşı oynayırdınız ki, Premyer Liqadakı bütün komandalar da sosial şəbəkə vasitəsilə "Qarabağ"ın ətrafında birləşmişdi…

- Hər birinə təşəkkür edirəm. Amma inanın ki, mən əvvəlki oyunlarda da bunu hiss etmişəm. Biz çox mehriban xalqıq. Dostluqda çox möhkəmik. Həmişə demişəm ki, 44 günlük zəfərimizdən sonra Azərbaycanda ümumiyyətlə, bir-birimizə olan münasibət çox dəyişib. Sanki uzun illər olub, amma son illər ümidsizlik var idi, birlik çatışmırdı. 44 günlük müharibədən sonra hiss etmişəm, hər yerdə bir-birimizə çox inamla, pozitiv yanaşırıq. Bu gün dediyiniz də buna sübutdur. Bütün klublar bizimləydi. İstəyirik ki, bütün klublarımız avrokuboklarda oynasın və biz də həmin klublara azarkeşlik edək. Əgər sosial şəbəkələrdə belə yazılıbsa, sağolsunlar, hər birinə də təşəkkürlər. Futbolumuzun inkişafı üçün bir olmalıyıq ki, düşüncələrimiz, gücümüz daha çox olsun.

15-09-2022, 23:49
28513
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-09-2022, 23:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hər nəticəyə həm razı, həm də hazır idim"
7-09-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: “Frayburq”un bütün futbolçularının adlarını əzbər bilirəm”
24-08-2022, 08:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Elə oyunlar olub ki, hamı "Şahruddin" qışqırıb"
17-08-2022, 23:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Düşündüyümdən də bərk komanda gördüm"
10-08-2022, 00:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın hər birini qucaqlayıram"
3-08-2022, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "5:0 uda da bilərik, 0:5 uduza da"
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
19-07-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "İsveçrəyə hesabı qorumağa yox, qələbə üçün gedəcəyik"
4-06-2022, 14:00
Milan Obradoviç:
Milan Obradoviç: "Futbolçularımla fəxr edirəm"
24-04-2022, 19:48
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq haqda heç düşünməmişəm"
23-02-2022, 12:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "Riskə gedəcəyik"
26-11-2021, 00:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu, mənə “İnter”lə oyunu xatırlatdı"
  Xəbər Lenti
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 26.08.2026, 13:37
Azərbaycan UEFA reytinqində irəlilədi 26.08.2026, 12:15
Rahim SterlinqiPolis həbs etdi - Xarici xəbərlər 26.08.2026, 11:33
Kamilo Duranın komandası ÇL-lə vidalaşdı - 26.08.2026, 11:01
AFFA prezidenti "Sabah"ı təbrik etdi 26.08.2026, 10:09
Tahir Gözel də “Sabah”ı təbrik etdi 26.08.2026, 09:07
"Sabah" - "Hapoel" 5:2 - VİDEO 26.08.2026, 08:15
Dambrauskas: "Dünyanın ən xoşbəxt baş məşqçisiyəm" 26.08.2026, 00:13
"Hapoel"in baş məşqçisi: "Pley-offa qədər gəlməyimiz də uğurdur" 26.08.2026, 00:11
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
28-07-2026, 09:13
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı -
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər
27-07-2026, 11:03
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb