FutbolMedia.Az
  • 12:06 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Təxribatlara ancaq qorxaqlıq kimi baxıram"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken”lə səfər matçından əvvəl mətbuat konfransı keçirib.

- Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də, ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdır. Futbolçularım meydanda ən yaxşısımı etməyə çalışacaq.

- Minlərlə insan Qarabağdan köçür. Bu, kluba necə təsir etdi?

- Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdırsa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır.

- Avrokuboklarda məqsədiniz nədir?

- Böyük təcrübəyə malikik. Neçə illərdir ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdir. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız daha böyük olub, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdir.

- Necə oldu ki, uğurlu nəticələr əldə etdiniz? Bunun arxasında dayanan nədir?

- Böyük ehtimal ki, işgüzarlıq və rəhbərliyin də, bu klubu qoruyub-saxlaması. Qarabağ adı bizim üçün çox önəmlidir. Əlimizdə olan şərtlərlə qorumağa çalışdıq. Məncə, iş saatımız çox oldu və klub olaraq çox əziyyət çəkirdi. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Sadəcə, klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundandır. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazıyıq. Çünki razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlar baş verib. Hansı ki, bunu bacarmamışıq. Bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı.

- Bu mövsümkü hədəf nədir?

- Dəfələrlə demişəm ki, qarşımızda elə hədəf yoxdur ki, mütləq qrupdan çıxmalıyıq və ya 1/8 finala kimi getməliyik. Amma hansı turnirdə iştirak ediriksə, həmin turnirdə ən yaxşısı olmağa çalışırıq.

- "Qarabağ" uğuru ilə Qarabağ həqiqətlərini həmişə dünyaya çatdırıb. Hər zaman avrokubok oyununuzda təxribat baş verə bilər. Bu yaxınlarda Avropa mətbuatında da sabahkı matçda təxribat baş verə biləcəyi haqda xəbər çıxmışdı. Bu mənada, oyundan əvvəl komanda ilə bu haqda danışmısız?

- Bəli, belə hallar olub. Dəfələrlə biz bunun şahidi olmuşuq. Amma futbolçularla daim bu haqda söhbətimiz olur. Çünki biz Azərbaycanı təmsil edirik vəözümüzü klub olaraq intizamlı aparmağa çalışmışıq. Bu o demək deyil ki, kimdənsə qorxuruq, çəkinirik. Sadəcə, çalışmışıq ki, özümüzü idman prinsiplərinə uyğun aparaq və ölkəmizi layiqincə təmsil edək. Burada tək oyunumuz deyil, meydanda və meydandan kənardakı davranışımız da çox vacibdir. İstənilən təxribata öz reaksiyamızı göstərmişik. Bunu da çox intizamlı formada etmişik. Təxribatlara ancaq qorxaqlıq kimi baxıram. Bizim üçün bunun önəmi yoxdur. Sadəcə reaksiya verməli deyilik. Amma lazım olanda, reaksiya da veririk.

- "Hekken"lə iki matçlarda dörd xal sizi razı salacaq?

- Hədəfimiz ilk olaraq odur ki, oyun intizamımızı qoruyub-saxlayaq. Belə olduqda, nəticə mütləq gələcək. Bu cür turnirlərdə bəzən düşünmədiyin nəticələr olur. Rəqib də düşünmədiyin oyunu qurur. "Hekken"ə öz oyununu oynamağa imkan verməməyi planlaşdırırıq. Onda yaxşı nəticə əldə edə bilərik. Çox istəyərdik ki, üç xal qazanaq. Amma bu oyunda bir xal da bizə yenə də sərf edəcək. İstənilən halda, qrupun sonunda bilinəcək ki, bu matçda bir, yoxsa üç xal sərfəli olardı. Ona görə deyə bilməyəcəm ki, bizə tam olaraq üç, ya bir xal lazımdır. Biz çox istəyirik ki, burada yaxşı oyun göstərək, mübarizə aparaq.

- Marko Veşoviçi nə vaxt heyətdə görəcəyik?

- Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq.

4-10-2023, 21:40
13809
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-10-2023, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə yaxşı nəticə əldə edə bilir"
21-09-2023, 22:53
Qurban Qurbanov -
Qurban Qurbanov - "Qələbəni xalqımıza və Azərbaycan Ordusuna həsr edirik"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
3-09-2023, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür ki, bu il çempionat fərqli olacaq"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
26-10-2022, 21:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"
24-10-2022, 19:12
Qurban Qurbanov:
Qurban Qurbanov: “Belə fikir formalaşıb ki, “Barselona” fəlsəfəsinə daha çox diqqət ayırıram"
20-10-2022, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qalibiyyətlər üzərimizə daha çox yük qoyur"
7-10-2022, 01:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu qalibiyyət hələ heç nə demək deyil"
15-04-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu, karyeramın ən dəyərli hədiyyəsi idi"
6-08-2021, 00:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç kimdən qorxmuruq, çəkinmirik"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
  Xəbər Lenti
Rahim SterlinqiPolis həbs etdi - Xarici xəbərlər 26.08.2026, 11:33
Kamilo Duranın komandası ÇL-lə vidalaşdı - 26.08.2026, 11:01
AFFA prezidenti "Sabah"ı təbrik etdi 26.08.2026, 10:09
Tahir Gözel də “Sabah”ı təbrik etdi 26.08.2026, 09:07
"Sabah" - "Hapoel" 5:2 - VİDEO 26.08.2026, 08:15
Dambrauskas: "Dünyanın ən xoşbəxt baş məşqçisiyəm" 26.08.2026, 00:13
"Hapoel"in baş məşqçisi: "Pley-offa qədər gəlməyimiz də uğurdur" 26.08.2026, 00:11
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
28-07-2026, 09:13
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı -
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb