FutbolMedia.Az
  • 14:44 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bəzən belə xal itkilərinə sevinirəm"

"Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Oyunumuz istədiyimiz kimi alınmadı. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda bizi vacib oyun gözləyir. Hər şeyi qaydasına salmalıyıq ki, “Olimpiya” ilə cavab matçında istədiyimiz nəticəni qazanaq"

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə (1:1) oyunundan sonra mətbuat konfransında deyib.

O, "Yurqorden"də çıxış edən oğlu Musa Qurbanlının İsveç çempionatının 21-ci turunda "Deqefors"la matçda iki qol vurub, bir qol ötürməsi verməsi ilə bağlı söyləyib: "Xəbərim var idi ki, bu gün oyunu var. Etdikləri sevindirici haldır, buna ancaq sevinirəm. Düzü, oyuna baxmamışam. Çalışacam ki, sabah izləyim. Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox sevinəcəm".

Mütəxəssis UEFA reytinqində Azərbaycana daha çox xal gətirən komandanın "Qarabağ" olması ilə əlaqədar fikrə belə münasibət bildirib: "İnanıram ki, ölkə adına qazanacağımız xalların sayı çoxalar. “Sabah” klubu bu mövsüm az xal qazanmadı. Oyunlarımız çox oldu, qələbələrimiz oldu və xallar qazana bildik. Qarşıdakı illərdə daha yaxşı nəticə əldə edə bilərik. Klublarımızın sayı çoxalır və onlar inkişaf edirlər".

Q.Qurbanov Luka Quqeşaşvilinin komandadan ayrılacağı, Kadi Borgesin icarə əsasında geri qayıdacağı xəbərlərini də şərh edib: "Məndə belə məlumat yoxdur. Kadi ilə danışığımız olmayıb. Qapıçı məsələsi ilə bağlı da bir şey yoxdur".

Baş məşqçi "Zirə"nin hazırda 4 ardıcıl qələbə ilə lider olması haqda da danışıb: "Zirə"nin lider olmasına sürpriz deməzdim. Buna sevinirəm. Çünki orada tanıdığım insanlar, məşqçilər var. Onların nə qədər əziyyət çəkdiyini görürəm, bilirəm. Rəşad Sadıqov da birincilərdəndir. "Zirə" rəhbərliyi və Rəşad Sadıqov futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda istənilən nəticə ola bilər. Sevinirəm, "Zirə"yə və Rəşad Sadıqova uğurlar arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı nəticələr çox olacaq".

O, komandasının ölkə çempionatında 4 oyuna 7 xal toplaması ilə əlaqədar deyib:" Normaldır. Əvvəl daha yaxşı nəticələrimiz ola bilər. Amma situasiyanı nəzərə almalıyıq. Futbolçular üzərinə böyük yük düşür. İki gün səfərdə, iki gün burda... Adaptasiya ilə bağlı problemlər olur. Məşq prosesləri pozulur, istər-istəməz hazırlıqda disbalans olur. Bəzən belə xal itkilərinə sevinirəm. Futbolçular bundan sonra daha ciddi hazırlaşmalı olur".

28-08-2023, 00:20
15309
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-08-2023, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox əziyyət çəkdik"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
13-05-2023, 23:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
20-10-2022, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qalibiyyətlər üzərimizə daha çox yük qoyur"
7-10-2022, 01:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu qalibiyyət hələ heç nə demək deyil"
27-05-2022, 23:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bundan əl çəkməyəcəyik"
16-12-2021, 21:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım özlərini kişi, əsl idmançı kimi apardılar"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
  Xəbər Lenti
“Yuventus” hücumuçsu Nik Voltemadeni transerindən peşimandı - Xarici xəbərlər 10.10.2026, 13:25
Ronaldodan 980-cı qol - Xarici xəbərlər 10.10.2026, 12:29
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR 10.10.2026, 12:00
Mikels: “Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” 10.10.2026, 11:06
"Qalatasaray" - "Kasımpaşa" 3:1 - VİDEO 10.10.2026, 10:15
Millimizin üzvü Mahirin komandası yenə uduzdu 10.10.2026, 09:14
“Neftçi” - “Sabah” 0^0 - VİDEO 10.10.2026, 08:12
Yuri Vernidub: “1 xal da bizi qane edir” 9.10.2026, 22:50
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik” 9.10.2026, 22:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb