FutbolMedia.Az
  • 17:12 Cümə
    14 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Araz Naxçıvan"a və Azər Bağırova əhsən - YAZI

"Araz Naxçıvan"nın premyer liqaya çıxmasında bir başa baş məşqçisi Azər Bağırovun əməyi var. Onun belə bir çətin durumda klubu çempion etməsi, premyer liqaya çıxarması onun məşqçi kimi bacarığının, istedadının olmasından xəbər verir. Bir çoxları, Azər Bağırovun premyer liqada baş məşqçi kimi uğur qazana bilməyəcəyini deyirdi. Yəni konkret olaraq əjdahaların içində itib-batacağını düşünürdülər. Lakin mən təcrübəli jurnalist olaraq Azər Bağırovun məşqçi kimi bacarığına yaxşı bələdəm. Son dönəmdəki "Araz Naxçıvan"dakı oyunlarını birinci diviziondakı göstərdiyi performansı yaxından izləyirdim. Azər Bağırov bir çox çətin və həlledici görüşlərdə hələ birinci divizonda özünə məxsus futbol fəlsəfəsini işə salmağı bacardı. A.Bağırov gənc olsa da, premyer liqa təcrübəsi az olsa da, çox bacarıqlı, çalışqan, və məqsədyönlü bir məşqçidir. Futbol camiəsində mətbuat və bir çoxları düşünürdülər ki, premyer liqaya çıxan "Araz Naxçıvan"da onu baş məşqçi kimi saxlamayacaqlar. Və daha təcrübəli bir baş məşqçi ilə müqavilə imzalanacaq. Lakin gözlənilənlərin əksinə rəhbərlik ona ehtimad etdi. Düşünürəm ki, çox düzgün qərar verib. Premyer liqa klublarına təzə qan lazımdır. Klublarımıza Azər Bağırov kimi gənc, bacarıqlı, çalışqan, enerjisi çox, futbola sevgisi çox olan məşqçilər gətirilməlidir. İlk görüşdə "Turan Tovuz"a böyük hesabla məğlub olandan sonra mətbuat və sosial şəbəkələrdə Naxçıvan klubuna və baş məşqçisi Azər Bağırova tənqidlər hətta təhqirlər səsləndirdilər. Çox yalnış addımlar atıldı. Çempionatın ilk turuna görə məşqçi əməyini və klubun oyununu qiymətləndirmək düzgün olmaz axı. Baxın ilk turda "Qarabağ", "Neftçi" və 15 milyon büdcəsi olan "Səbail", "Qəbələ" də məğlub olmuşdu. Onları niyə tənqid etmədiniz? gücünüz bir gənc baş məşqçi Azər Bağırova çatdımı. İmkan verin yerli məşqçi öz bacarığını, qabındakını ortaya qoysun. Bu qədər gərginlik, tənqid, stres içində yaxşı nəticə qazanmaq çox çətindir. Biz mətbuat olaraq, yerli müəxəssizlərimizə dəstək olmalıyıq. Azər Bağırov kimi yerli məşqçilərə daha çox şans vermək, daha çox güvənmək laızmdır. Çünki bizlərə Aleksey Baqa, Regekamf, Adrian Mutu kimi məşqçilər qalmayacaq. Bizlərə elə Qurban Qurbanov Azər Bağırov, Ayxan Abbasov kimi məşqçilər qalacaq. Məhz yerli məşqçilərin sayəsində gənc futbolçularımıza premyer liqada özünü göstərmək, kəşf etmək, üzə çıxmaq üçün şans verilir. Əcnəbi məşqçilərin Azərbaycan futbolunun gələcəyi heç maraqlı da, deyil. Onlar küllü miqdarda pulunu, milyonları, alıb qoyurlar ciblərinə. Bir müddət burada vaxt keçirib gedirlər. İndi gördünüzmü Azər Bağırovun performansını. "Qəbələ" kimi güclü rəqibi iki qolla necə məğlub etdilər. Hələ daha çox qol vura bilərdilər. Şəxsən mən bir jurnalist olaraq, Azər Bağırova dəstək olmağa çağırıram. Yerli məşqçilərə bilirini ortaya qoymaq, bacarığını göstərmək üçün zaman vermək lazımdır. Düşünürəm ki, A. Bağırov bu il, bu mövsüm sensasiyalara, yaxşı nəticələrə imza atacaq.

Əli HƏYATİ

13-08-2023, 07:16
19361
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-08-2023, 21:26
Azər Bağırov:
Azər Bağırov: "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir"
7-08-2023, 11:51
"Turan Tovuzu"n Qladiatoru Ayxan Abbasov - YAZI
9-08-2023, 07:12
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI
5-08-2023, 22:31
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
4-08-2023, 22:25
Azər Bağırov:
Azər Bağırov: “Kreslo əbədi deyil"
17-07-2023, 11:52
"Kəpəz"də böyük qalmaqal, Azər Məmmədova torpa əməliyyatı - YAZI
17-07-2023, 18:02
Azər Bağırov postunda qaldı
Azər Bağırov postunda qaldı
17-06-2023, 09:31
"Araz Naxçıvan" klubu Tural Axundovu transfer edir - Özəl Xəbər
10-06-2023, 19:12
“Kəpəz”də yeni baş məşqçi Azər Məmmədov oldu -
“Kəpəz”də yeni baş məşqçi Azər Məmmədov oldu -
6-06-2023, 13:39
Elmar Baxşıyevə sadəcə BRAVO -
Elmar Baxşıyevə sadəcə BRAVO - YAZI
15-05-2023, 15:34
Azərbaycanlı məşqçi Elmar Baxşıyevə dəstək olaq -
Azərbaycanlı məşqçi Elmar Baxşıyevə dəstək olaq - YAZI
7-05-2023, 22:41
"Səbail"in xilsakarı bizim Şahin Diniyev - YAZI
  Xəbər Lenti
Gürcüstan millisinin futbolçusu Georgi Tsitaşvilini “Rayo Valyekano”ya keçdi - Transfer xəbərləri 14.08.2026, 17:02
"Qarabağ" - Şamaxı" oyununun biletləri satışda 14.08.2026, 16:39
"Səbail" Türkiyədə daha bir yoxlama matçı keçirəcək 14.08.2026, 16:10
"Qarabağ"ın "Tvente" ilə oyunlarını idarə edəcəklər hakiimlər açıqlandı 14.08.2026, 15:19
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub! 14.08.2026, 14:07
"Qalatasaray" Alman futbolçunu transfer etmək istəyir - Transfer xəbərləri 14.08.2026, 13:14
"Kəpəz"dən 25 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 14.08.2026, 12:12
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 14.08.2026, 11:31
“Barselona”da Bernalla bağlı qərar verilib - Xarici xəbərlər 14.08.2026, 11:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb