FutbolMedia.Az
  • 05:51 Bazar
    8 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "Finalda uduzmaq ağlımdan da keçmir”

“Sevinirəm ki, komandam ilk dəqiqələrdən sona qədər futbol oynamağa çalışdı. Biz bütün komponentlərdə rəqibi üstələmişdik. Məğlub da ola bilərdik. Son 3-4 oyunda bəxtimiz gətirmirdi. Amma hazırda sevinirik”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf ölkə kubokunun yarımfinalında “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra deyib.

Rumıniyalı mütəxəssis komandasının kubokun finalına yüksəlməsini belə şərh edib: “Kubok matçları hər zaman fərqli olur. Sevinirik ki, finalı doğma stadionumuzda keçirəcəyik. Bir aya qədər vaxtımız var ki, istədiyimiz kimi hazırlaşaq. Hər şeyi edəcəyik ki, kuboku qazanaq".

O, rəqibin böyük qüvvə ilə müdafiə olunduğunu bildirib: “Rəqib 6 oyunçu ilə müdafiə olunurdu. Ona qarşı nə taktika fikirləşə bilərəm? Hər epizodda yerə yıxılıb, vaxt aparırdılar. İki dəfə top qapı tirinə tuş gəldi, matçın gedişində iki qol vurduq, bəxtsizlik oldu, sayılmadı. Bir sözlə, çətin idi. Cinahdan rəqibi yarmağa çalışdıq. Həm Ömər Buludov, həm Azər Salahlı oyuna güclü qoşulmağa çalışdı. Sezar Meza Kolli topla olanda təhlükə yaradır. Yeqor Boqomolski elə hücumçudur ki, ona qarşı oynamaq çətindir. Yeqorun ötürməsi bizi finala daşıdı. Meydanda hər bir oyunçu bacardığını etməyə çalışdı. Rəqib arxaya divar hörəndə, çətin olur. İnanın ki, əminliklə deyə bilərəm ki, ikinci dəqiqədəki qol sayılsaydı... Xatırlayırsız, "Kəpəz"lə matçda son dəqiqələrdə qol vurduq, xətti başqa cür çəkmişdilər. Mən gördüyüm o idi ki, ofsayd epizodunda Emin yox idi. Bəlkə Ata Caber var idi. Ömərin epizoduna baxsaq, ona cərimə təyin olunursa, onda Tovuzdakı matça nəzər yetirək. Şəhriyar Əliyev Mateus Saldanyanı harada tuturdu, vururdu. Toplu və topsuz”.

“Neftçi”nin çalışdırıcısı indidən avrokuboklar barədə düşünməyin erkən olduğunu vurğulayıb: “Gəlin, avrokuboklar haqda indidən danışmayaq. Çünki final oyunumuz var. Futbolçuları hazırlamalıyıq. Bəzi oyunçularımız zədəlidir, onlarla maraqlanmalıyıq. Ata Caber, Eddi İsrafilov, Azər Əliyev 100 faiz hazır deyil. Bu ay onlarla işləməliyik. Bütün konsentrasiyanı finala yönləndirəcəyik. Həm də çempionat matçlarına. Mövsüm tam bitdikdən sonra qarşıdan gələn mövsümün planları haqda danışa bilərik. Amma biz bəzi dəyişikliklərə hazırıq. Komandanı daha güclü etmək istəyirik”.

Regekampf Yeqor Boqomolski haqda ayrıca söz açıb: “O, gəncdir. Əvvəldən meydana çıxanda 10 km qaçır. Ona qarşı oynamaq çətindir. Hər zaman hərəkətlidir, qapıya doğru gedir. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Mateus Saldanyaya da rəqabət lazımdır. Saldanya istədiyimizi edə bilməyəndə, dərhal Yeqorla dəyişiləcək. Ümid edirəm ki, qarşıdakı mövsümdə ehtiyat oyunçular skamyamızda əlavə oyunçular olacaq. Çünki bəzi məşqlərdə əvəzedici heyətdən 6-7 oyunçu çağırırıq ki, məşqlərdə kifayət qədər oyunçu olsun. Belə olanda, futbolçular istədiyi səviyyəyə gəlib çata bilmir. Çünki həftəboyu ancaq rəqib kimi əvəzedici heyətə qarşı oynayırsansa, matçda fərqli şəkil görünür. Daha güclü olmaq üçün, daha güclü rəqabət lazımdır. Futbolçular istədiyimiz səviyyədə çıxış etməyəndə, onlar ehtiyatda oturacaq və digərləri oynayacaq. Onda "Neftçi" daha güclü olacaq”.

“Neftçi”nin baş məşqçisi finaldan da söz açıb: “Kubok oyunları çempionat matçlarından fərqli keçir. Finalda evimizdə oynayırıq. Biz hazır olmalıyıq. Çünki bir oyundur. Hər bir komanda qalib ola bilər. Finalda uduzmaq çox üzücüdür, ona görə də bu, ağlımdan da keçmir”.

O, finaldakı rəqibin adının ciddi önəm daşımadığını qeyd edib: “Rəqibləri müqayisə edə bilmərik. Final oyunudur, rəqib hansı komanda olur olsun, həmin gün çox yaxşı hazırlıq, istəkli olacaq. Əgər oynayacağın rəqibin səndən zəif olduğunu düşünsən, oyuna 100 faiz konsentrasiyalı çıxmasan, uduzarsan”.

Mütəxəssis "Neftçi"nin Premyer Liqanın 32-ci turunda "Qarabağ"la oyununun vaxtını dəyişdirilməsinə də münasibət bildirib: “Qələbə "Neftçi"yə daha yaxşı təsir edir. Atmosfer daha yaxşı olur. Bu mövsümdə ilk dəfə "Qarabağ"a qalib gəlməyə çalışacağıq. Asan matç olmayacaq. Ümid edirəm ki, bu yarımfinal matçından sonra komandanı istədiyim səviyyəyə gətirib çıxara biləcəm. Əlbəttə ki, böyük emosiya dolu oyun olacaq. Mübarizə gedəcək. İki komanda da futbol oynayacaq. Kimin günü daha yaxşı olacaq, o komanda da qalib gələcək”.

26-04-2023, 23:01
11169
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-04-2023, 22:32
Ayxan Abbasov:
Ayxan Abbasov: "Neftçi" ilə yarımfinal oynamağın özü də inkişafdır"
15-04-2023, 09:43
Regekampf:
Regekampf: "Bu məğlubiyyət bizim üçün “soyuq duş” oldu"
8-04-2023, 22:55
Regekampf:
Regekampf: "Nəticə oyuna görə oldu"
16-03-2023, 22:07
Regekampf:
Regekampf: "Qarabağ"a futbolçu verməyimiz mümkün deyil"
27-02-2023, 22:41
Regekampf:
Regekampf: "Hesab ədalətli oldu"
23-12-2022, 19:06
Regekampf:
Regekampf: "Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin"
2-12-2022, 23:52
Regekampf:
Regekampf: “Mən bütün oyunçularımı müdafiə edəcəyəm”
1-10-2022, 20:34
Regekampf:
Regekampf: "Biz "Neftçi"yik, kiməsə çatmağımıza ehtiyac yoxdur"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
14-08-2022, 23:13
Regekampf:
Regekampf: "Neftçi"nin bundan da artıq gücü var"
4-08-2022, 23:43
Regekampf:
Regekampf: "Azərbaycan futbolu üçün böyük qələbədir"
5-12-2021, 18:34
Ayxan Abbasov:
Ayxan Abbasov: "Bir xal qazandığımız üçün sevinirik"
  Xəbər Lenti
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
Leroy Sane "Qalatasaray"ı ABŞ klubuna dəyişə bilər - Transfer xəbərləri 7.11.2026, 16:07
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər 7.11.2026, 15:35
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR 7.11.2026, 14:08
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb