



Samir Abasov: "Oyun göstərdi ki, biz elə axırıncı pillədə olmağa layiqik"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunda evdə "Kəpəz"ə 1:2 hesabı uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
-Birinci dəqiqələrdən görünürdü ki, oyunumuz getmir, alınmır. Startda qol buraxırsansa, nəticə də bu cür olacaq. Düzdür, çox yaxşı oyunlarımız olmayıb. Nə məndən əvvəl, nə də mənim dövrümdə. Bəlkə də, bu, ən bərbad oyunumuz idi. Bu cür oyunla heç nəyə ümid etmək də olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə davam etsək, Premyer Liqadan düşsək, demək ki, layiqli şəkildə alınacaq. Əsəbdən dediyim sözlər deyil. Sadəcə bunları vurğulamaq lazımdır. Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuzda bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























