FutbolMedia.Az
  • 13:15 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Mahmud Qurbanov:

Mahmud Qurbanov: “Özlərindən əvvəl komandanı düşünməlidirlər”

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna yaxşı başlamışdıq. Epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Çünki, qələbəyə ehtiyacımız var idi. Birinci hissənin sonunda azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı. İkinci hissədə azlıqda olmağımıza baxmayaraq, komanda istəkli idi. Heç də oyundan qopmadıq. Meydanda bir nəfər az olmağımız hiss olunmadı. Hesabı bərabərləşdirə bildik. İkinci qolu da vura bilərdik. Əfsuslar olsun ki, fərdi olaraq qərarlarımız düzgün deyildi. Matçın sonunda qol buraxmaq əlbəttə ki, üzücüdür. Yaxşı mübarizə apardıq. Amma rəqib daha təcrübəli idi. Əllərinə düşən imkanlardan istifadə etdilər. Son dəqiqələrdə meydanın mərkəzində top itirmək haqqımız yox idi. Həmin hücum da qapımızda qolla nəticələndi. Amma komanda şəklində oyunçulardan razıyıq. Məğlub olmağı istəməzdik. Heç-heçə ən yaxşı nəticə olardı. Təəssüf ki, olmadı.

- Bir neçə futbolçunu əvəzedici heyətə göndərmisiz. Bunun səbəbi nədir?

- Kardoza, Ədilxan və Kizitonu B komandaya göndərdik. Orada oynadılar. Bu gün də heyətdə yox idilər. Futbolçular özlərindən əvvəl komandanın nəticələrini düşünməlidirlər. Bizim üçün yerli və ya legionerin fərqi yoxdur. Komandaya xeyir vermək lazımdır. Əgər xeyirləri dəymirsə, əvəzedici komandada oynayacaqlar.

- Qırmızı vərəqədən sonra Cabir Əmirli müdafiənin mərkəzində oynadı və pis təsir bağışlamadı. Gələcək oyunlarda ona bu mövqedə şans verməyi düşünürsüz?

- Müdafiənin mərkəzində boşluqlar var. Bəli, Cabir yaxşı oynadı. Heç də Qustavo və Kardozodan pis deyildi. Nihad Qurbanlının da əsas heyətdə ilk rəsmi oyunu idi. Onun da yaxşı çıxış elədiyini düşünürəm. İnamlı, cəsarətli idi. İlk oyunu olmasına baxmayaraq, qorxmadı. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edək. Müdafiənin mərkəzində kimin oynayacağına baxacağıq. Amma Qustavo dəqiq oynamayacaq. Çünki, qırmızı vərəqə aldı.

- Bir mərkəz müdafiəçisi əvəzedici heyətə göndərilib, digəri isə qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoydu. Bunu necə şərh edərdiniz?

- Bunun şərhi yoxdur. Bilərəkdən elədiyini deməzdim. Hər ikisi təcrübəlidir, gənc deyillər. Biri Argentina Premyer Liqasında, biri isə Portuqaliya I Divizionunda oynayıb. Onlar öz təcrübələri ilə müdafiənin mərkəzini toxunulmaz saxlamalıdırlar. Əfsuslar olsun ki, bunu görmürük. Görünür hardasa çatışmazlıqları var. Çalışacağıq ki, növbəti oyunlarda daha qəti qərarlar verək. Gələn oyunlarda müdafiənin mərkəzində dəyişikliklər ola bilər.

- Bəzi əsas heyət oyunçuları ehtiyatda idi. Bunun səbəbi nədir?

- Bizdə əsas heyət, ehtiyat heyət yoxdur. Bu gün meydanda olan futbolçuların yaxşı olduğunu düşündüm. Franko Mazurekin 3-4 gün əvvəl qızdırması var idi. Bir mədədə iştirak etmədi. İkinci hissədə meydana buraxmaq istəyirdik. Amma qırmızı vərəqə planlarımızı pozdu.

- Mirabdulla Abbasovun faydalı iş əmsalı sizin fikrinizcə nə qədərdir?

- Mirabdullanın bir ildir ki, oyun praktikası yoxdur. Şans vermək istəyirik. Yerli futbolçudur. Futbolçunu itirmək asandır. İstəyirik ki, özünü sübut etsin ki, onu unutmaq hələ tezdir. İş əmsalına gəldikdə futbolçuların qərarları düzgün deyil. Mirabdullanın düzgün qərar verməməsi qapımıza ikinci qolla nəticələndi.

- Komanda qol vəziyyətləri yaratmaqda da çətinlik çəkir. Bunun səbəbi nədir?

- Hücumda zəiflik olduğunu deməzdim. Hər oyunda qol epizodlarımız olur. Sadəcə istifadə edə bilmirik. Qol vəziyyəti yarada bilirik, amma sonuncu ötürmədə qərarlar düzgün olmadığından yararlana bilmirik. Hücum xəttimiz pis deyil

30-09-2022, 22:22
17581
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
17-09-2022, 08:26
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bəzi komandalar var ki, onlarla mübarizə aparmağa gücümüz çatmır"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
27-08-2022, 21:30
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Rauf artıq-əskik danışmaq istəyirdi"
27-08-2022, 20:53
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Qol vururuq, istefa qışqırırlar"
13-08-2022, 23:20
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bəzi epizodlar mübahisəli idi"
12-08-2022, 22:00
Murad Musayev:
Murad Musayev: "Qarşıda çox iş var"
6-08-2022, 22:42
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Ruhdan düşmək fikrimiz yoxdur"
6-07-2022, 00:18
Qurban Qurbanov:
Qurban Qurbanov: “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur"
4-04-2022, 20:16
Samir Abasov:
Samir Abasov: "Biz bu gün meydanda yox idik"
1-12-2021, 09:03
Tural Axundov:
Tural Axundov: “Sumqayıt”ı məğlub edib, fasiləyə yaxşı mövqedə yollanmaq istəyirik"
11-09-2021, 22:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "O, ən ağır cəzanı alacaq"
  Xəbər Lenti
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı - Nəticələr 10.07.2026, 09:09
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi - DÇ-2026 10.07.2026, 02:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 14:36
Bu legionerlər legioner
Bu legionerlər legioner "Karvan-Yevlax"dan ayrıldı
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb