



Nəriman Axundzadə "Qarabağ", "Neftçi" və Türkiyə Superliqa klublarının siyahısında - Transfer xəbərləri
Türkiyə Super Liqası təmilçisi "Ərzurumspor"da möhkəmlənməkdə çətinlik çəkən Nəriman Axundzadə karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolmedia.az xəbər verir ki, 22 yaşlı hücumçunun qış "transfer pəncərəsi"ndə icarə əsasında "Qarabağ" və Neftçi"yə keçidi gündəmə gəlib. Hətta bu yarışa "Turan Tovuz" klubu da, qoşulub. Azərbaycanın məşhur hücumçusu Nəriman Axunzadə üçün hətta "Neftçi"nin yüksək mələğ ödəməyə hazır olduğu da, bildirilir. Bu mövsüm çempion olmaq üçün yarışan, hazırda 1-ci pillədə yerləşən "Neftçi" qış çempionudur. Xatırladım ki, eyni zamanda Azərbaycan millisinin hücumçusu Nəriman 2 Türkiyə Superliqa klubunun və Türkiyə 2-ci liqasında çıxış edən klubların da, maraq dairəsindədir. Onlar da, hücumçunu heyətlərinə qatmaq üçün mübarizəyə qoşulublar.
Türkiyə təmsilçisində vəziyyəti ürəkaçan olmayan Axundzadənin mövsümün ikinci yarısında daha çox oyun şansı qazanmaq üçün komandasını dəyişmək istədiyi bildirilir.
Qeyd edək ki, Axundzadə müqavilə ilə ABŞ-nin "Kolambus Kryu" klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında "Qarabağ"dan keçib və 3,5 illik müqaviləyə imza atıb.
Azərbaycan Premyer Liqası























