



Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Braziliya millisinin sabiq hücumçusu Ronaldo indiki futbolda futbolçuların daha yaxşı qorunmasından danışıb.
Futbolmedia.az xəbər verir ki, əfsanəvi futbolçu “Stick to Football” podkastında çıxışı zamanı öz karyerası dövründə meydanda rəqiblərin sərt müdaxilələri ilə üzləşdiklərini bildirib.
“Kaş, məni də indiki ulduzlar kimi qorusaydılar. Biz o vaxt çox əziyyət çəkirdik. Bizim nəslimizdə hər yerdə əsl qatillər var idi. Harada oynamağa gedirdimsə, belə futbolçularla qarşılaşırdım və bizi heç kim qorumurdu.
Şükürlər olsun ki, indi futbolçular daha yaxşı qorunurlar və bu, düzgün yanaşmadır. Sadəcə təəssüflənirəm ki, mənim dövrümdə belə müdafiəm yox idi”, – deyə Ronaldo bildirib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
"Fənərbaxça" "Arsenal"la danışıqlara başladı - Xarici xəbərlər 28.11.2026, 18:00
“Barselona”nın futbolçusu Kasado Səudiyyə Ərəbistan klublarına rədd cavabı verdi - Transfer xəbərləri 28.11.2026, 17:02
"Neftçi" və millimizin müdafiəçisi Rüfət Abbasov: “Ayxan müəllim bizə bu barədə məlumat vermişdi” 28.11.2026, 16:09
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi" 28.11.2026, 15:36
Nəriman Axundzadə "Qarabağ", "Neftçi" və Türkiyə Superliqa klublarının siyahısında - Transfer xəbərləri 28.11.2026, 14:02
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala zədələndi - Xarici xəbərlər 28.11.2026, 14:00
Messi və komandasından MLS-ə erkən vida 28.11.2026, 13:07
Erlinq Halandın “Real”a transferi real görünür - Transfer xəbərləri 28.11.2026, 12:33
Azərbaycan Premyer Liqası























