FutbolMedia.Az
  • 18:53 Bazar ertəsi
    13 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
De Byazi:

De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim, amma qalsın"

“Dünən də demişdim ki, asan olmayacaq. Çox güclü rəqibə qarşı oynayırdıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə Bakıda keçirilən oyundan (0:3) sonra mətbuat konfransında deyib.

- Sizə nə qədər vaxt lazımdır ki, azarkeşlərin üzü gülsün?

- Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi. Bir çox oyunçusu tam hazır vəziyyətdə idi. İki komanda arasında texniki fərq də böyük idi. İrlandiya və Serbiya ilə oyunlara da baxmaq lazımdır. Bizim kimi komandaya bəzi oyunçuların yoxluğu əlavə problem yaradır. Bugünkü qarşılaşmaya da itkilərlə çıxmışdıq. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçuların fiziki durumu yaxşı deyil. İrlandiya ilə görüşün də ikinci hissəsini bu üzdən müdafiədən keçirdik. Halbuki həmin matçın ilk yarısında hücum futbolu sərgiləmişdik. Güc çatmayanda məcburiyyət qarşısında qalırıq.

- Azərbaycan millisi ilə irəliləyişə nail olmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Mənə nə qədər vaxt lazım olması problem deyil. Biz qrupda reytinq baxımından 5-ciyik. Reytinqdə yüksəlməliyik. Hər şeyi bir gündə, bir dəqiqədə dəyişmək olmaz. Mən sehrbaz deyiləm. Əlimizdə olan oyunçular da bunlardır.

- Digər yığmalarla müqayisədə bir həftə əvvəldən toplanışa başladınız və 3 oyunda 1 xal topladınız. Bu müddətdə xeyirli bir şey gördünüz?

- Bir həftə tez başlamağı mən xahiş etmişdim. Bu gün rəqiblə aramızda texniki və fiziki fərqi yəqin ki gördünüz. Portuqaliyalı futbolçular dayanmadan qaçırdılar. Topla necə davranırlar, qorxmadan oynayırlar. Bu gün yaxşı oynaya bilmədik. Xüsusən də, birinci hissədə istədiyimiz kimi keçmədi. Amma nəzərə alaq ki, 7 gündə 3-cü oyunumuz idi.

- Namik Ələskərov və Mahir Emrelinin oyunu haqda nə deyə bilərsiniz?

- Namikdən razı qaldım. Ürəyini qoydu, bütün oyunu yaxşı keçirdi. Mahirdən daha yaxşısını gözləyirəm. Topu daha rahat götürməli, hücuma tez keçməlidir. Bəzi məqamları yaxşılaşdırmalıdır.

- İrlandiya mətbuatında belə bir xəbər yayılıb ki, Canni de Byazi Albaniyada gördüyü xoşbəxtliyi Azərbaycanda görmədi və seçmə mərhələnin sonunda yığmadan ayrılacaq. Gələcəklə bağlı qərarınızı vermisiniz?

- Adətən real şeylərdən danışmağı öyrəşmişəm. Bu, fantastik şeylərdir. Axır vaxtlar adım çox yığmalarla hallanır, Ukrayna və digərləri ilə. Seçmə mərhələnin sonunda AFFA ilə görüşəcəyəm, ortaq bir qərar verəcəyik. Davam etmək qərarı verilsə, qalacağam. Bura gələndə hansı çətinliklərlə üzləşəcəyimi bilirdim. Evi həmişə təməldən tikmək lazımdır.

- Turindəki oyunla müqayisədə Portuqaliyanın bu gün daha asan qələbə qazanmasının səbəbi nə idi?

- Görünən odur ki, onlar bu gün bizdən daha yaxşı hazırlıqlı idilər. Turində rəqibə çətinliklər yaratdıq. Amma oyunçu keyfiyyəti hər şeyi həll edir.

- Lüksemburqla oyundan sonra sosial şəbəkələrdə müzakirə olundu ki, heyəti qurmaqda işinizə müdaxilə edilir, xüsusən də, "Sumqayıt"ın oyunçuları ilə bağlı məsələdə...

- Özüm heç vaxt sosial şəbəkəyə baxmıram. Sizə də məsləhət görərdim ki, ora baxmaqla vaxtınızı boş yerə keçirməyin. Mənə heç kim deyə bilməz ki, onu oynat, bunu oynatma. İndiyə qədər çalışdığım yerlərdə heç vaxt belə şey olmayıb, ola da bilməz. Öz düşüncəm var, buna uyğun iş görürəm. Bunu söyüşlə ifadə etmək istərdim, amma qalsın.

- Rəhim Sadıxov klubundan fərqli millidə ön plana çıxa bilmir. Onun əsas çatışmazlığı nədir?

- "Sumqayıt" milli komanda deyil. Amma Rəhim yaxşı keyfiyyətə malik oyunçudur. Perspektivli oyunçudur. Yəqin ki, ona da bir müddət vaxt lazımdır.

- Ozobiçin qorxaq futbol oynaması sizi məyus etmədi?

- Ozobiç də yaxşı keyfiyyətə malik təcrübəli oyunçudur. İnkişafımız üçün vacib futbolçudur. Yorğunluğu hiss olunurdu. Xüsusən də, İrlandiya ilə oyundan sonra. Ancaq onun varlığı bilinirdi.

- Sizcə, "Qarabağ" Konfrans Liqasının qrup səddini keçə bilər?

- Qrupa baxanda fikirləşirdim ki, çox da çətin qrup deyil. Qazaxıstan klubunu tanımıram. Əsas "Bazel"i tanıyıram. Düşünürəm ki, "Qarabağ" qrupdan çıxa bilər.

7-09-2021, 22:45
17583
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
6-09-2021, 19:45
De Byazi:
De Byazi: "Santuş hələ də mənim hədiyyəmi verməyib"
4-09-2021, 22:40
De Byazi:
De Byazi: "Demək olar ki, azlıqda oynayırdıq"
3-09-2021, 21:20
De Byazi:
De Byazi: "Bu, bəhanə olmamalıdır"
31-08-2021, 21:00
De Byazi:
De Byazi: "Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik"
19-08-2021, 22:25
“Aberdin”in baş məşqçisi:
“Aberdin”in baş məşqçisi: “Bu cür meydançada oyun sərgiləmək çətindir”
14-08-2021, 22:45
Ayxan Abbasov:
Ayxan Abbasov: “Ümid edirəm ki, ciddi zədə deyil“
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
22-07-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə halla nə vaxt üzləşdiyim yadıma gəlmir"
6-07-2021, 18:02
Şota Arveladze:
Şota Arveladze: "Neftçi" "Dinamo"dan daha güclü görünür"
6-06-2021, 22:33
De Byazi məğlubiyyətdın danışdı
De Byazi məğlubiyyətdın danışdı
2-06-2021, 23:01
De Byazi:
De Byazi: "Onlar bizim gələcəyimizdir”
  Xəbər Lenti
“Bornmut”un hücumçusu Eli Junior “Liverpul” və “Çelsi”nin hədəfində - Transfer xəbərləri 13.04.2026, 18:14
"Qarabağ"ın "Sabah", "Zirə"nin "Neftçi" qarşısında üstünlüyü 13.04.2026, 17:12
Qara Qarayevdən məşqçilik kurslarında - FOTO 13.04.2026, 16:11
Ançelotti Neymarı şəxsən özü izləyəcək - Xarici xəbərlər 13.04.2026, 15:28
"Qarabağ"ın müdafiəçisi Bəhlul məşqlərə nə vaxt geri qayıdacaq? 13.04.2026, 14:27
Futbolçu silahlı hücumda öldürüldü - Xarici xəbərlər 13.04.2026, 14:05
Uruqvay millisinin üzvü İtaliya klublarının siyahısında - Transfer xəbərləri 13.04.2026, 13:08
Noyer Almaniya millisindən ayrılmadığını açıqladı - Xarici xəbərlər 13.04.2026, 12:15
Millimizin üzvü Zamiq Əliyev oynadı,komandası uduzdu - Albaniya Superliqası 13.04.2026, 11:23
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
26-03-2026, 17:03
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
15-03-2026, 08:11
"Yuventus" baş məşqçisi Luçiano Spalletti ilə yola davam edəcək - Xarici xəbərlər
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
23-03-2026, 17:01
"Qarabağ" klubuna və Azərbaycan futboluna düşmən kəsilən hoqqabaz AFFA utan -YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
24-03-2026, 14:21
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
24-03-2026, 17:08
"Mançester Yunayted" Alfonso Deyvisi "Bavariya"dan transfer etmək istəyir - Transfer xəbərləri
20-03-2026, 13:00
Federiko Valverde
Federiko Valverde "Real"da ən yaxşı seçildi - Xarici xəbərlər
26-03-2026, 19:06
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya -
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya - Xarici xəbərlər
20-03-2026, 09:20
"Qalatasaray" futbolçusunun zədəsi ilə bağlı kompensasiya tələb edəcək
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb