FutbolMedia.Az
  • 05:16 Çərşənbə axşamı
    1 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Canni de Byazi:

Canni de Byazi: “Ola bilər biliyim azdır, bilmirəm”

“Buraxdığımız ilk qolda rəqibə assist etdik. İkinci topda balans itdi”.

Futbolmedi.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla keçirilən son oyun barədə danışarkən deyib.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 1:3 hesabı ilə məğlub olan yığmamız qrupu 1 xalla sonuncu pillədə başa vurub.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Jurnalist olsaydınız, bu biabırçılıqdan sonra özünüzə hansı sualı verərdiniz?


- Özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynamısınız, özünü necə hiss edirsən? Cavab o olardı ki, çox pis hiss edirəm. Üçüncü qola kimi meydanda bərabər şəkildə mübarizə apardıq. 1:2 hesabından sonra oyuna qayıtdıq, Emin Mahmudov və Rüstəm Əhmədzadənin ifasında iki yaxşı qol imkanımız oldu. Düşünürəm ki, bundan artığını edə bilməzdik. Özümə bir sual da vermək istərdim. Soruşardım ki, Konfrans Liqasında qol vuran Toral Bayramov və Abbas Hüseynov yoxdur, özünü necə hiss edirsən? Onlar komandanın gələcəyi olan iki aparıcı oyunçudur. Uğur üçün vaxt tələb olunur. Böyük uğura nail olmaq üçün proqramlı şəkildə işləmək lazımdır. Özümə bir sual da verə bilərəm. Amma sizin işinizi əlinizdən ala bilərəm.

- Düşünmürsünüz ki, Azərbaycan millisində edə biləcəyinizin maksimumunu etdiniz?


- Mənim rəhbərliyim altında 19 oyun keçirmişik. Düşünmürəm ki, bu azdır və ya çoxdur. Qrupda bizdən güclülər çox idi. Hətta bu gün qarşılaşdığımız Lüksemburq da bizdən güclüdür. İrlandiya ilə oyunda qələbəni son anda əldən vermişdik. Millini çalışdırmaq uzun və çətin işdir. Əminəm ki, 100 yox, 101 faiz gücümü ortaya qoydum. Ola bilər biliyim azdır, bilmirəm. Komandanın inkişafı üçün əlimdən gələn hər şeyi etdim. Uşaqlara həmişə deyirəm ki, qələbə ilə məğlubiyyət arasında fərq çox azdır. Xırda detallar hər şeyi həll edir. Uzun müddət bir yerdə işləməyə çox imkanımız da olmur.

- Hər oyundan sonra deyirsiniz ki, inkişaf üçün vaxt lazımdır. Heç olmasa üç fakt sadalaya bilərsiniz ki, inkişaf var, uğur üçün vaxt lazımdır?
- Biri var oyuna azarkeş, jurnalist kimi baxmaq, biri də var məşqçi kimi. Bunlar fərqli şeylərdir. Bu gün fərqli baxıb, oyunu təhlil etdikdən sonra görə bilərsiniz ki, komandada inkişaf var. Son oyunlarda öz meydanımızda 3 qol buraxdıq. Bu, heç də xoş hal deyil. Amma real yanaşanda inkişaf görünür. Özümüz müdafiədə hədiyyə etdik. Bunlar da nəticəyə təsir edir.

- Müqavilə müddətiniz başa çatmaq üzrədir. Gələcəyinizlə bağlı nə düşünürsünüz?


- Belə bir matçdan sonra bu barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək.

- Millətlər Liqasında Lüksemburqla görüşdə Mahir Emreli, bu gün isə Tellur Mütəllimov qırmızı vərəqə aldı. Bu, təsadüfdür?


- Telluru görməmişəm, onunla bağlı bu barədə danışmamışam. Hakimdən razı qalmadım, bizə absurd sarı vərəqələr verdi. Tellurun epizodunda qırmızı vərəqə var idi. Amma rəqibin kobudluqları zamanı sarı vərəqə vermirdi. Taktiki baxımdan yaxşı oyun keçirdiyimizi fikirləşirəm. Mənə maraqlıdır, 11-11-ə qalsaydıq, nəticə necə olardı? Çünki oyunçular çox yaxşı motivasiya olunmuşdular. Ölkədəki bayram ab-havasını davam etdirmək istəyirdik. Amma 10 nəfərlə qaldıqdan sonra oynamaq çətin idi.

11-11-2021, 23:55
18507
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-10-2021, 18:00
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır"
11-10-2021, 21:23
De Byazi:
De Byazi: "Üzərimdə təzyiq hiss etmirəm"
9-10-2021, 23:10
De Byazi:
De Byazi: "Futbolçularıma dedim ki, başınızı dik tutun"
11-09-2021, 22:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "O, ən ağır cəzanı alacaq"
7-09-2021, 22:45
De Byazi:
De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim, amma qalsın"
7-09-2021, 16:26
Şahruddin Məhəmmədəliyev:
Şahruddin Məhəmmədəliyev: “Portuqaliya ilə matçda azarkeşlərimizi sevindirəcəyik”
6-09-2021, 19:45
De Byazi:
De Byazi: "Santuş hələ də mənim hədiyyəmi verməyib"
4-09-2021, 22:40
De Byazi:
De Byazi: "Demək olar ki, azlıqda oynayırdıq"
3-09-2021, 21:20
De Byazi:
De Byazi: "Bu, bəhanə olmamalıdır"
19-08-2021, 22:25
“Aberdin”in baş məşqçisi:
“Aberdin”in baş məşqçisi: “Bu cür meydançada oyun sərgiləmək çətindir”
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
6-06-2021, 22:33
De Byazi məğlubiyyətdın danışdı
De Byazi məğlubiyyətdın danışdı
  Xəbər Lenti
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər 31.08.2026, 17:33
“Yuventus”un hücumçusu Conatan Devid “Atletiko”ya keçir - Transfer xəbərləri 31.08.2026, 17:09
“Çelsi” müdafiəçisi ilə vidalaşmağa hazırdır - Transfer xəbərləri 31.08.2026, 15:47
Rəşad Sadıqov "Zirə"də 200-ə çatdı 31.08.2026, 14:25
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi 31.08.2026, 14:02
“Tottenhem” bu futbolçularla yollarını ayırır - Transfer xəbərləri 31.08.2026, 13:20
“Tottenhem” ukraynalı futbolçu ilə maraqlanır - Transfer xəbərləri 31.08.2026, 12:14
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı 31.08.2026, 12:14
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 31.08.2026, 11:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
5-08-2026, 11:07
"Sabah" "Orhus"a qarşı - YENİLƏNİR
5-08-2026, 12:06
Kabo Verde millisinin baş məşqçisi qovuldu -
Kabo Verde millisinin baş məşqçisi qovuldu - Xarici xəbərlər
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
5-08-2026, 16:11
"Qarabağ"la oyundan əvvəl "Dinamo" bu addımı atdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb