FutbolMedia.Az
  • 12:17 Bazar ertəsi
    23 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
De Byazi:

De Byazi: "İdeyalarım var, nə etmək istədiyimi bilirəm"

“Bu gün də qələbə qazana bilmədik. Yaxşı oyun göstərdik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qətərlə Bakıda keçirilən yoldaşlıq görüşündən (2:2) sonra mətbuat konfransında deyib.

Müqavilə müddəti bu ayın sonuna qədər olan italiyalı mütəxəssis qarşılaşmadan sonra fikrini bu sözlərlə davam etdirib: “Əsasən də ilk qolu buraxandan sonra yaxşı çıxış etdik. İkinci hissəyə də uğurlu başladıq, qol imkanlarımız oldu. Bundan da yaxşı nəticəyə layiq idik. Asan imkanları dəyərləndirə bilmiriksə, udmaq çətin olur. Ümumilikdə oyundan razıyam. Bundan da artıq inkişaf etmək imkanımız var”.

- Bugünkü oyundan nə gözləyirdiniz?

- Oyun çox da önəmli deyildi. Nəzərə alaq ki, yoldaşlıq görüşü idi, xal vermirdi. Amma komandamız üçün yaxşı test idi. Təəssüf ki, ilk səhvimiz baha başa gəldi. Əvəzində uğurlu reaksiya göstərdik, önə keçdik. Hətta 2:2 hesabında da şansımız oldu, uda bilərdik. Bəzən belə olur.

- Müqavilə müddətiniz başa çatmaq üzrədir və qərarı AFFA İcraiyyə Komitəsi verəcək. Siz özünüz məşqçi karyeranızı davam etdirmək istəyirsiniz?

- Adətən hər şeyin sonuna kimi çatmağa öyrəşmişəm. İdeyalarım var, nə etmək istədiyimi bilirəm. AFFA qərar verəcək, nə baş verəcəyini bilmirəm. Mən olsam da, olmasam da sistemli şəkildə iş davam etməlidir. İtaliya bunu etmişdi, uğurlu olmuşdu.

- Berti Foqts millimizdən getdikdən sonra demişdi ki, Azərbaycan futbol yox, şahmat ölkəsidir. Siz buradan ayrılsanız, ölkənizdə Azərbaycanla bağlı hansı sözləri deyəcəksiniz?

- Görürəm ki, sizə çox maraqlıdır. Əgər ayrılsam, quqldan baxıb, nə danışdığımı görərsiniz.

- Qarşıdakı dönəmlə bağlı azarkeşlərə müsbət notda nələr deyə bilərsiniz?

- Azarkeşlərə ilk növbədə sözüm odur ki, onları müsbət nəticələrlə sevindirə bilmədik, heyfsilənirəm. Onların məyusluğunu başa düşürəm. Bundan artığına layiqdirlər. Amma komandanın bazası var. Bu gün Cəlal Hüseynov yığmada debüt etdi, gələcəkdə bizə yaxşı kömək edəcək. Bəhlul Mustafazadənin gələcəyi var. Qara Qarayev bu gün yaxşı oynadı, Emin Mahmudov fantastik səviyyədədir. İlk hissədə hücumdan razı qalmadım, ona görə fasilədən sonra dəyişikliklər etdim. Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov, Rüstəm Əhmədzadə kimi gənclərimiz var. Komandanın yaşlıları gənclərə dəstək olmalıdır, kömək etməlidirlər. Oyundan sonra uşaqlara təşəkkürümü bildirdim.

14-11-2021, 23:30
20198
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-11-2021, 23:55
Canni de Byazi:
Canni de Byazi: “Ola bilər biliyim azdır, bilmirəm”
9-10-2021, 23:10
De Byazi:
De Byazi: "Futbolçularıma dedim ki, başınızı dik tutun"
9-10-2021, 09:17
Obradoviç:
Obradoviç: "Qələbə qazanmaq üçün vaxtımız çatmadı"
7-09-2021, 22:45
De Byazi:
De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim, amma qalsın"
6-09-2021, 19:45
De Byazi:
De Byazi: "Santuş hələ də mənim hədiyyəmi verməyib"
4-09-2021, 22:40
De Byazi:
De Byazi: "Demək olar ki, azlıqda oynayırdıq"
2-09-2021, 01:38
Canni De Byazi:
Canni De Byazi: "Çox sadə iki qol buraxdıq"
  Xəbər Lenti
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
Millimizin üzvü Renat Dadaşovun komandasından qələbə 23.11.2026, 08:27
“Kəpəz” - “Qarabağ” matçından - VİDEO 22.11.2026, 21:26
Azər Məmmədov: “Avrokuboklara vəsiqə qazansaq...” 22.11.2026, 21:25
Qurban Qurbanov: “Xallar itiririk, bununla razılaşmamaq mümkün deyil” 22.11.2026, 20:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb