FutbolMedia.Az
  • 14:09 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Qarabağ"la tək rəqabət apara bilmərəm"

"Bəlkə də birinci dəfə idi ki, təzyiqsiz oyuna başladıq. Çünki itirəcəyimiz, qazanacağımız bir şey yox idi. Rəqibi təbrik edirəm. Deyiləsi çox şey yoxdur. Yerimizi bərkitməyimiz bəlkə də futbolçularda boşalmağa səbəb ola bilərdi. Amma oyun başlayanda belə olduğu görünmədi. Fikirləşirdik ki, rəqib oyuna yüksək təzyiqlə başlayacaq. Təxminlərimiz düz çıxdı, ilk dəqiqədən çox istəkliydilər. Vaxt keçdikcə diqtə edən tərəf olduq. Əfsuslar olsun ki, “Qəbələ”nin cərimə meydançasına girə bilmədik. Komanda ikinci yeri tutub, buna görə futbolçularımı təbrik etdim. Bizim üçün ikinci yer də pis deyil. “Neftçi”ni təbrik edirəm".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. O, komandasının məğlubiyyətini şərh edib.

- Çempion ola bilməməyiniz komandadaxili ab-havaya necə təsir edib? Mamadu Mbodjun əvəzlənərkən etdiyi hərəkət, azarkeşlərin istefa şüarları, bütün bunları necə şərh edərdiniz?

- Mbodj paltardəyişmə otağında da həmin vəziyyətdədir. Bu, əvəzetmə ilə bağlı olan bir şey deyildi. Buraxdığımız qola və düşdüyü vəziyyətə görə əsəbləşir. Onu sakitləşdirməyə çalışırıq. Sizi əmin edirəm ki, bu, onunla bağlı deyildi. Futbolçularım “Qarabağ”ın çempion olması ilə barışmışdı. Bilirdik ki, 12-14 xallıq fərqi aradan qaldıra bilməyəcəyik. İkinci pilləni tutmağımızda kapitan və təcrübəli futbolçularımızın əməyi danılmazdır.

İstefa məsələsinə gəldikdə, bunu cavablandırmağımı istəməyin. Çünki yaxşı tonda cavablandıra bilməyəcəm. Sadəcə olaraq, anormallıqdır. "Qarabağ"ın heyətində 300-500 minlik futbolçular var, səndə belə deyilsə, əmələ gəlməyəcək. Maliyyə tərəfi belədir. Bir də illərlə qurulmuş komandaya qarşı mübarizə aparmaq var. Vicdanla deyirəm ki, ikinci yer çox yaxşıdır. İstefa qışqırırlar, nə cavab verim, deyim ki, düzgündür, ya yox? Sırf bunu qışqırmaq üçün gəlmişdilər bura. Əgər əsas rəqibin olan “Qarabağ” azarkeşləri də bu sözlərlə ələ salırsa...Yadınıza gəlir, "Bakcell Arena"da onlar da istefa qışqırmağa başlamışdılar...Burada tək komanda deyil, ümumi “Neftçi” düzəlməlidir.

- Bundan sonra təzyiq altında işləmək necə olacaq?

- Ümumiyyətlə, bu təzyiq haqda fikirləşmirəm, fikirləşməyəcəm də. O vaxtı azarkeşlərlə futbolçular arasındakı münasibət o dərəcədə pozulmuşdu ki, futbolçular azarkeşlərə əl çalmağa da getmirdi. Münasibəti düzəldən insan mənəm. Azarkeşlərimlə futbolçularımı çağırmışdım ki, belə olmaz. Görünən odur ki, azarkeşlər də özləri parçalanmış şəkildədir. Bir nöqtəyə vuran azarkeşlərimizi hiss etmirik. Bu gün baş məşqçiyə qışqırırlarsa, demək ki, futbolçu ilə münasibətləri də yaxşı deyil. “Neftçi”də təzyiq həmişə olub, olacaq da. Təzyiqdən qorxub kənara çəkiləcəyiksə, biz inkişaf etməyəcəyik. Əsl inkişaf təzyiq altında olan inkişafdır. Bu günləri hər şeyi baş məşqçidən bilirlərsə...Ki, buna yozurlar. Deməli, bu futbolun zayı çıxıb.

- Açıqlamalarınız onlar tərəfindən birmənalı qarşılanmayacaq...

- Bilirsiniz, sırf bunu qışqırmağa gəlmək anormallıqdır. Qışda Türkiyədə açıqlama vermişdim və demişdim ki, azarkeşlərimiz nəticə azarkeşidir. Bunun üstündə də dayanıram. Qəbələyə gəlmisənsə, gözlə komandan udsun, ya uduzsun da. Məqam olan kimi, qışqırmağa başlayırlarsa, demək ki, planlaşdırılmış bir şeydir. Buna normal yanaşa bilmərəm. Heyətimizi görürsüz. “Qarabağ”dan sonra ikinci yerdəyik də. Müqayisə etmirlər. Bəs reallıq?

- Azarkeşlər reallığı qəbul etmir...

- Reallığı sən, mən qəbul etdirməliyik. Yaxşı onlara reallıq maraqlı deyil, bəs həmin “Forza Neftçi” idi də, yanıma gələndə demişdilər ki, “bilirik ki, çempion ola bilməyəcəyik, çünki “Qarabağ” bizdən güclüdür". Elə bu qışqıranları deyirəm. Deyirdilər, istəyimiz odur ki, komandamız ürəklə, loqo üçün oynasın. Həmin il çempion olduq, komandaya həmin ruhun verən də mən idim, çempion edən də. “Qarabağ” hər şeyinə görə çempiondur. Biz də ikinci yerdəyik də. Bundan artığını nə edə bilərdik?

- Bəlkə bugünkü istefa tək sizə yox, həm də klub rəhbərliyinə idi?

- Bu vaxta qədər baş məşqçini və ya klub rəhbərliyini işindən çıxaran azarkeş görməmişəm. Klub rəhbərliyi üçün də qışqırıbsa, mən cavabdeh ola bilmərəm. İkinci yeri tutmuşuq? Vəssalam.

- Büdcə və transfer məsələsində rəhbərliklə üst-üstə düşməyən fikirləriniz olduğu görünür. Deyə bilməzdiz ki, əsas problem nədədir?

- İnanın, demək istəsəm, burada deyəcəm. Yarımçıq deməyəcəm, ya da kiməsə nəyisə eşitdirməyəcəm. Biz ən azından bu klubda işləyirik, bütün söhbətlərin də klubdan çölə çıxması normal deyil. Büdcəni ayıran insan da mən deyiləm. Halbuki büdcənin ayrılmamasına, büdcənin "Qarabağ"a çatmamasına görə günahlandırılan da baş məşqçi olur. Görün hansı hala gəlib çıxmışıq. Deyirlər, filankəs niyə alınmadı? Bu sual baş məşqçiyə verilirsə, mən də bunu axarına buraxmışam. Əlimdə olan komanda ilə üçüncü yeri də tuta bilərdik. O da mənim üçün pis olmayacaqdı. Komandanın içində baş verənləri burada deməyəcəm. Ən asan yolu seçmişik. Bir nəfəri götürək, elə ona deyək nələrsə. Deyin də axıra qədər, görək nə olacaq?

- Ötənilki "Qarabağ"la builki arasında hansı fərqlər var?

- "Qarabağ"lın illərlə çempion olması, məni əlimdə olan gücümə görə məni narahat edir. "Qarabağ"la oyuna çıxıram, meydanda canımı qoyuram ki, qalib gələm. Yox, bu da olmursa, demək ki, mənim gücümdə deyil. "Qarabağ"la tək rəqabət apara bilmərəm. Təkəbbürdən uzaq olmuşam. Amma biz buradayıq deyə, "Qarabağ" təmiz dəyişilib. O boyda strukturu, büdcəsi, oyunçuları var. Edə bilmirəm, mən kiməmki burada?

9-05-2022, 23:00
18615
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
4-05-2022, 22:19
Samir Abasov:
Samir Abasov: "Bəlkə Mbodju göndərib, onu saxlayaq?"
3-05-2022, 21:57
Qurban Qurbanov:
Qurban Qurbanov: "Gələcəyin komandasını qurmaq üçün iki il idi ki, düşünürdük"
30-04-2022, 09:01
Samir Abasov:
Samir Abasov: "Hamısı patriotluğunu göstərmək istəyir" -
24-04-2022, 22:39
Samir Abasov:
Samir Abasov: "Qarabağ" artıq çempiondur"
20-04-2022, 22:06
Samir Abasov:
Samir Abasov: "Bu yolda davam edəcəyik"
4-04-2022, 20:16
Samir Abasov:
Samir Abasov: "Biz bu gün meydanda yox idik"
18-03-2022, 22:11
Samir Abasov:
Samir Abasov: "Digər komandaları "Qarabağ" kimi rahat uda bilmirik"
5-03-2022, 21:50
Samir Abasov:
Samir Abasov: “Bu gün nələr çəkdik, bir Allah bilir"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
27-11-2021, 20:51
Samir Abasov:
Samir Abasov: “Göndərəcəklərsə, heç vecimə də deyil”
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
  Xəbər Lenti
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
“Yuventus” polşalı qapıçı ilə maraqlanır - Transfer xəbərləri 25.08.2026, 11:00
“Karvan-Yevlax”dan növbəti transfer 25.08.2026, 10:10
"Bolonya" - "Latsio" 0:1 - VİDEO 25.08.2026, 09:15
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə 25.08.2026, 08:13
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik" 24.08.2026, 20:31
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb