FutbolMedia.Az
  • 17:23 Bazar ertəsi
    23 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Burak Yılmaz:

Burak Yılmaz: “Meydanda dostluq olmayacaq”

Türkiyə millisinin üzvü Burak Yılmaz bu gün DÇ-2022-nin pley-off mərhələsində Portuqaliya ilə keçirəcəkləri matç barədə danışıb.

Futbolmedia.az xəbər verir ki, 36 yaşlı hücumçu matç öncəsi təşkil olunan mətbuat konfransında növbəti mərhələyə yüksəlmək üçün çalışacaqlarını deyib:

“Portuqaliya millisi ilə onun meydanında oynamaq fərqlidir. Bu komandada dünyanın ən vacib oyunçuları var. Onlara hörmətimiz böyükdür. Amma bura uduzacağımızı düşünərək və ya söz olsun deyə gəlməmişik. Bizim də xəyallarımız var. Ölkəmizi dünya çempionatında görmək istəyirik. Çox yaxşı oyun olacaq”.

Burak Portuqaliya millisinin üzvü, “Lill”dəki komanda yoldaşı Joze Fontenin “Meydanda dostluq olmayacaq” sözlərinə belə reaksiya verib: “Fonte çox düzgün fikir səsləndirib. Meydanda dostluq olmayacaq. Bir-birimizi tanımağımızın üstünlük və ya hər hansısa bir problem yaradacağını düşünmürəm”.

Burak Yılmaz Kriştiano Ronaldo haqqında da danışıb: “Ronaldo mənim üçün futbol tarixinin ən yaxşı oyunçusudur. Onu çox sevir və hörmət edirəm. Ronaldo üçün necə olduğunu bilmirəm, amma mənim üçün bu, son dünya çempionatıdır. Meydana çıxıb əlimdən gələni etmək istəyirəm”.

Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya – Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

24-03-2022, 14:00
20237
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-03-2022, 09:26
Türkiyə millisinin baş məşqçisi:
Türkiyə millisinin baş məşqçisi: "Portuqaliyaya qalib gəlsək, ağlamayacağam"
13-10-2021, 12:21
Ronaldo Portuqaliya yığmasında daha bir rekorda imza atdı
Ronaldo Portuqaliya yığmasında daha bir rekorda imza atdı
11-10-2021, 22:00
Ramil Şeydayev:
Ramil Şeydayev: "Biz bura elə-belə gəlməmişik"
30-09-2021, 12:18
Burak Yılmazdan rekord qol -
Burak Yılmazdan rekord qol - Çempionlar Liqası
11-09-2021, 11:40
Burak Yılmaz qol vursa da
Burak Yılmaz qol vursa da "Lill" uduzdu
2-09-2021, 14:10
Ronaldo Əli Daeiyə rekordunu qırdı
Ronaldo Əli Daeiyə rekordunu qırdı
  Xəbər Lenti
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb