



Dambrauskas: “Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq”
"Sabah" Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"la qolsuz heç-heçə edib.
Futbolmedia.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda sanki bir-birindən ehtiyat edirdi. Xüsusən də ilk hissədə...
- Keyfiyyətli rəqibə qarşı oynadıq. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. Hər iki komandanın müdafiə xətti yaxşı çıxış etdi. İlk hissədə rəqibi qapısına sıxışdırmışdıq. Həm birinci, həm də ikinci hissədə müdafiə xəttinin arxasına ötürmələr çox oldu. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik. Amma hər iki komandanın azarkeşləri möhtəşəm atmosfer yaratmışdı. Avropa liqalarının oyunlarından heç də geri qalmırdı.
- Mərdəkan stadionu “Sabah” üçün Masazırdakından daha əlverişlidir? Şərait sizi nə dərəcədə razı salır?
- Şübhəsiz, yeni stadionumuz daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam, amma buradakı şərait və ot örtüyü ən yaxşılarından biridir. Məsafə də bizim üçün önəmlidir. Əvvəllər Masazıra getmək üçün bir saat yarım vaxt sərf edirdik. Yolda futbolçuların ürəyi də bulanırdı. İndi isə bura cəmi 15 dəqiqəyə çatırıq. Şərait daha yaxşıdır.
- Bir müddət əsas heyətdə çıxış edən Rəhman Daşdəmirov indi az oynayır. Rəqabətdə uduzur?
- Rəhman indiyə qədər çox vacib işlər görüb. Bu mövsüm 50-dən çox oyunumuz olacaq və bəzi mövqelərdə rotasiya etməliyik. O, bizim üçün çox önəmli futbolçudur. Gələcəkdə yenidən meydanda görə bilərik.
- “Sabah”ın futbolçularına cəlbedici təkliflər gəlsə, bu, komandaya təsir edə bilər?
- Belə təkliflər olsa, çox sevinərəm. Bu, futbolçularımızın və klubumuzun səviyyəsini, gördüyümüz işin keyfiyyətini göstərər. Bununla fəxr edərəm. Müqavilələr əbədi deyil, bəzən yeni oyunçular axtarmalı olacağıq. Gedən futbolçuların yerini gücləndirməyə hazır olmalıyıq.
- “Borussiya” və “Qarabağ”a qarşı oyunlar arasında hansı fərqlər var?
- Hər iki komandanın oyun üslubu fərqlidir. “Borussiya” üçlü müdafiə ilə oynayır, hücumda say üstünlüyü yaradırdı. “Qarabağ”ın isə topla çıxışı fərqlidir. Hər rəqibə uyğun hazırlaşmağa çalışırıq. İndi bu oyun geridə qalıb, “Turan Tovuz”la matçı düşünəcəyik.
Futbolçularım möhtəşəmdir. Vaxtımız az olsa da, onlara lazımi detalları çatdırmalıyıq. Bəzən cəmi bir məşqimiz olur. Bu müddətdə pressinqi, hücumları və standart vəziyyətləri işləmək çətindir. Buna baxmayaraq, futbolçularım tapşırıqları tez mənimsəyirlər. Onlara təşəkkür edirəm.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























