FutbolMedia.Az
  • 13:49 Şənbə
    7 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: “Premyer Liqamız bir çox ölkənin çempionatından üstündür”

“Çətin səfər idi, yaxşı formada olan bir komandaya qarşı oynayırdıq. Bilirdik ki, “Sabah” son matçlarda qələbə seriyası qurub. Biz də oyuna ciddi hazırlaşmışdıq. Futbolçularımın nümayiş etdirdiyi performans bizi sevindirdi. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmirik. Çempionatın əvvəlindən bəri yüz faizlik fürsətləri qaçırırıq, amma bunun üzərində işləyirik. Oyun planımızın əsas məqamları alındı və vacib xal əldə etdik. İndi isə gələcək matçlara fokuslanacağıq".

Futbolmedia.az
xəbər verir ki, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov bu fikirləri Misli Premyer Liqasının 12-ci turunda “Sabah”la keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında səsləndirib. O, media nümayəndələrinin suallarını cavablandırıb.

- Mübahisəli epizodlara baxdınızmı?

- Açığı, təkrar görüntülərə baxmadım. Oyunun tempi yüksək idi və baş hakim də mübarizəyə müəyyən qədər imkan verirdi. Mərkəzdə 1-2 xırda epizod oldu, bu da futbolda normaldır. Meydançadakı hər şeyə reaksiyamız olur, amma düşünürəm ki, VAR həmin vəziyyətləri incələyib. Mən özüm baxmadığım üçün konkret fikir bildirə bilmərəm.

- Rüfət Abbasov bu gün vinger mövqeyində oynadı. Deyəsən, yeni Toral Bayramov yetişdirirsiniz?

- Bu gün seçdiyimiz sistem tam olaraq rəqibə hesablanmışdı. “Sabah”ın güclü hücum xətti var, buna görə də oyuna uyğun dəyişiklik etmişdik. Rüfətin özünə inamının artması üçün onu hücumda oynatdıq. İlk hissədə yaxşı performans göstərdi, sonradan yoruldu. Rüfət universal futbolçudur, gələcəkdə sağ cinahda da istifadə edə bilərik.

- Demək olar ki, “Sabah”ı daha yaxşı tanıyırsınız...

- Bu mövsüm onlara uduzmuşduq. Ötən mövsümdə də oyunlarımız maraqlı keçmişdi. Üstəlik, “Sabah”ın baş məşqçisi indi fərqlidir. Ola bilsin ki, bu dəfə bizim belə bir sistemi seçəcəyimizi gözləmirdilər. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır və biz də hansısa məqamda rəqibi təəccübləndirmək istədik. Alınmaya da bilərdi, amma məşqçisənsə risk etməlisən. Ən çox sevindiyim məqam isə odur ki, futbolçular dəyişiklikləri tez qavrayırlar. “Sabah” yax

23-11-2025, 17:52
9627
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-10-2025, 21:11
Ayxan Abbasov:
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
24-08-2025, 20:39
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərə heç nəyi sübut etmək olmur"
14-09-2024, 21:01
Ayxan Abbasov:
Ayxan Abbasov: "Bundan sonra daha çətin olacaq"
4-08-2024, 20:31
Ayxan Abbasov:
Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"
17-05-2024, 23:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlikdən danışanda deyirlər ki, baş məşqçi bəhanə axtarır"
25-11-2023, 18:47
Ayxan Abbasov:
Ayxan Abbasov: "Komanda məğlub olubsa, hər kəs günahkardır"
5-11-2023, 21:09
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir xal da bizim üçün yaxşı nəticə sayılacaqdı"
30-09-2023, 18:42
Ayxan Abbasov:
Ayxan Abbasov: "Təzyiqə tab gətirə bilmirdik"
22-05-2023, 21:07
Ayxan Abbasov:
Ayxan Abbasov: "Ona təklifimizi etmişik, cavab gözləyirik"
5-03-2023, 22:06
Ayxan Abbasov:
Ayxan Abbasov: "Belə məğlubiyyətin üzücü olur"
8-08-2022, 19:40
Ayxan Abbasov:
Ayxan Abbasov: "Bu gün kiməsə əsas oyunçu demək olmaz"
29-07-2021, 22:18
Ayxan Abbasov:
Ayxan Abbasov: “Rəqib çox asan qollar vurdu “
  Xəbər Lenti
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər" 7.11.2026, 09:10
Toral Bayramov öz qapısına qol vurdu - VİDEO 7.11.2026, 08:07
“Neftçi”nin baş məşqçisi Vernidub qələbələrin sirrini açıqladı 6.11.2026, 23:08
"Qarabağ" - "Turan Tovuz" 1:0 - VİDEO 6.11.2026, 22:15
Qurban Qurbanov: "Vəziyyəti düzəltməyə çalışacağıq" 6.11.2026, 21:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb