FutbolMedia.Az
  • 09:15 Çərşənbə axşamı
    22 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tahir Gozal:

Tahir Gozal: “Qarabağ” bir günlük emosialarla idarə olunmur”

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gozal Avropa və Azərbaycan miqyasında əldə olunan davamlı uğurlu nəticələrə və qazanılan azarkeş sevgisinə aparan çətin və ağır yoldan danışıb, gələcək üçün nəzərdə tutulan hədəf və planları açıqlayıb.

Futbolmedia.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə müsahibə verib.

- Tahir bəy, müsahibəyə klubun bugünkü səviyyəyə çatdığı yolun başlanğıcından başlayaq. “Azərsun Holdinq”in “Qarabağ”a dəstək verməyə başladığı ilk illərdə klubun mövcud imkanları necə idi və həmin dövrdə qarşınızda duran əsas vəzifələr nələrdən ibarət idi?

- “Azərsun” 2001-ci ildə “Qarabağ”a dəstək verməyə başlayanda biz bugünkü infrastruktura, maliyyə imkanlarına, geniş azarkeş bazasına, oturuşmuş idarəetmə sisteminə və Avropa təcrübəsinə malik hazır bir klub qəbul etməmişdik. Klub çox mürəkkəb bir dövrdən keçirdi. Qarabağın işğalı nəticəsində doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maddi imkanları məhdud idi, bir sıra aparıcı futbolçuları başqa komandalara üz tutmuşdu. Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə “Qarabağ”ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi. Bu gün gördüyünüz “Qarabağ” bir günün, bir mövsümün və ya bir böyük transferin nəticəsi deyil. Klubun indiki səviyyəsinə çatması üçün illər ərzində saysız-hesabsız qərarlar qəbul olunub, səhvlərdən nəticə çıxarılıb, yeni addımlar atılıb, struktur formalaşdırılıb. Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq. Ona görə bugünkü “Qarabağ”ı yalnız son matçın hesabı, turnir cədvəlindəki mövqeyi və ya qazandığı bir kubok üzərindən qiymətləndirməyin doğru olmadığını düşünürəm. Mən “Qarabağ”ın ən böyük nailiyyətini yalnız çempionluqlarda, ölkə kuboklarında və ya Avropada qazanılan tarixi qələbələrdə görmürəm. Ən böyük nailiyyətlərimizdən biri odur ki, bu illər ərzində klubun öz kimliyini formalaşdıra bilmişik. “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var. Bunlar bir neçə ilə yaranmır. Bunun arxasında uzun illərin zəhməti, səbir, qarşılıqlı etimad və ən çətin vaxtlarda belə seçdiyimiz yoldan dönməmək dayanır.

- Həmin illərdə sizinlə birlikdə fəaliyyətə başlayan əməkdaşların bir hissəsinin bu gün də klubda çalışması diqqət çəkir. Bu davamlılıq “Qarabağ” üçün nə ifadə edir?

- Biz “Qarabağ”ın tarixini heç vaxt yalnız özümüzdən başladığımız dövrlə məhdudlaşdırmamışıq. Əksinə, klubu təhvil aldığımız ilk gündən onun keçmişinə, Ağdamda formalaşmış futbol ənənəsinə, bu forma üçün çalışan və oynayan insanlara böyük hörmətlə yanaşmışıq. Bizdən əvvəlki “Qarabağ” da bu klubun tarixidir və bugünkü “Qarabağ” həmin tarixin davamıdır. Bunun ən yaxşı göstəricilərindən biri odur ki, illər əvvəl “Qarabağ”ın formasını geyinən, klubun ən çətin günlərini yaşayan insanlar bu gün də həmin bayraq altında fəaliyyət göstərirlər. Məsələn, Müşfiq Hüseynov “Qarabağ” tarixinin ən tanınmış simalarından biridir. Uzun illər hücumçu kimi klubun formasını geyinib, komandanın kapitanlarından olub və ən çətin dövrlərdə “Qarabağ”ın yanında qalıb. Futbolçu karyerasını başa vurduqdan sonra da klubdan ayrılmayıb və uzun illərdir Qurban Qurbanovun məşqçilər korpusunda fəaliyyət göstərir. Bu, bizim üçün xüsusi dəyər daşıyır: dünən meydanda “Qarabağ” üçün mübarizə aparan insan bu gün həmin klubun yeni uğurlarının hazırlanmasında iştirak edir. Yaşar Hüseynov isə bütün futbolçu karyerasını demək olar ki, “Qarabağ”a həsr edib. 1993-cü ildə Ağdamda, “İmarət” stadionunda keçirilən son qarşılaşmada “Turan”ın qapısına vurulan yeganə qolun müəllifi məhz Yaşar Hüseynov olub. Həmin il klubumuzun ilk ölkə çempionluğunun qazanılmasında da mühüm rol oynayıb. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi klubda fəaliyyətini davam etdirib, bu gün isə akademiya strukturunda koordinator köməkçisi və seleksioner kimi gənc futbolçuların inkişafına töhfə verir. Şahid Həsənovun yolu da bu davamlılığın başqa nümunəsidir. O, 1988–1992-ci illərdə “Qarabağ”ın futbolçusu olub, 1988-ci ildə Azərbaycan SSR çempionluğunu qazanan heyətdə yer alıb. Daha sonra klubda məşqçi kimi çalışıb, uzun illərdir isə lisenziyalaşdırma istiqamətində fəaliyyət göstərir. Yəni onun “Qarabağ”la bağlılığı yalnız bir vəzifə və ya bir mərhələ ilə məhdudlaşmır. Samir Musayev də vaxtilə “Qarabağ”ın hücum xəttinin əsas simalarından olub. 2003/04 mövsümündə 20 qolla Azərbaycan çempionatının bombardiri adına məhz “Qarabağ”ın futbolçusu kimi sahib çıxıb. Bu gün isə klubun akademiyasında U-17 komandasının baş məşqçisidir. Dünən əsas komandada qol vuran futbolçunun bu gün “Qarabağ”ın gələcək futbolçularını yetişdirməsi bizim qurmaq istədiyimiz modelin mahiyyətini göstərir. Maksim Medvedev isə “Qarabağ”ın öz daxilindən yetişdirdiyi futbolçu və məşqçi modelinin daha yeni nümunəsidir. O, akademiyamızdan çıxıb, bütün peşəkar futbolçu karyerasını “Qarabağ”a həsr edib, uzun illər komandanın kapitanlarından biri və klub tarixində ən çox oyun keçirən futbolçulardan olub. Futbolçu karyerasını başa vurduqdan sonra əvvəl akademiyada məşqçiliyə başladı, indi isə əvəzedici komandamızın baş məşqçisidir. Bu, bizim görmək istədiyimiz yoldur: uşaq yaşlarında “Qarabağ”a gələn bir insanın futbolçu, lider, sonra isə məşqçi kimi klubun daxilində inkişaf etməsi. Bunlar bizim üçün sadəcə nostalji nümunələri deyil. Klubun yaddaşı belə qorunur. Yeni gələn insan yalnız qaydalarla deyil, yanında çalışan insanların təcrübəsi ilə də “Qarabağ”ın nə olduğunu öyrənir. Eyni zamanda davamlılığı yeniliyə qapalı olmaq kimi qəbul etmirik. Əksinə, uzun illər bizimlə çalışan əməkdaşlarımızın yeni biliklər qazanmasına, beynəlxalq təcrübə əldə etməsinə, müasir futbol idarəçiliyinə uyğun inkişaf etməsinə şərait yaradırıq. Beləliklə, bir tərəfdən klubun kökləri qorunur, digər tərəfdən həmin köklər üzərində yeni “Qarabağ” qurulur. Məncə, böyük klubun ən vacib xüsusiyyətlərindən biri də budur: keçmişini silmədən gələcəyini yaratmaq.

- İlk illərdə azarkeşləri oyunlara gətirmək üçün məcburi köçkünlərin yaşadığı ərazilərdən avtobuslar təşkil etdiyiniz vaxtlar olub. Bu gün isə “Qarabağ”ın ölkənin müxtəlif bölgələrində çox böyük azarkeş kütləsi var. Bu dəyişiklik sizə hansı hissləri yaşadır?

- Bu, keçdiyimiz yolu ən aydın göstərən nümunələrdən biridir. Vaxtilə Sumqayıtdan, Dərnəgüldən, Quzanlıdan və məcburi köçkün ailələrinin yaşadığı digər ərazilərdən insanların oyunlarımıza gələ bilməsi üçün avtobuslar təşkil etdiyimiz günlər olub. Azarkeşi stadiona gətirmək üçün özümüz çalışırdıq. Çünki klubun geniş azarkeş bazası hələ formalaşmamışdı.Bu gün isə tamam fərqli mənzərə ilə qarşılaşırıq. Azərbaycanın müxtəlif bölgələrində “Qarabağ” forması geyinən uşaqları, gəncləri görürük. Artıq yeni bir nəsil yetişib. Bu gün 18-20 yaşında olan bir gəncin uşaqlıq xatirələrinin böyük bir hissəsində “Qarabağ”ın Avropa oyunları var. O, “Qarabağ”ın böyük Avropa klubları ilə qarşılaşmalarını, tarixi qələbələrini, Tofiq Bəhramov adına Respublika stadionundakı gecələri xatırlayaraq böyüyüb. Biz bunun nə qədər böyük dəyişiklik olduğunu 2023-cü ildə “Qalatasaray”la keçirdiyimiz xeyriyyə oyununda da gördük. Türkiyədə baş vermiş ağır zəlzələdən sonra qardaş ölkəyə dəstək məqsədilə belə bir qarşılaşmanın təşkili gündəmə gəldi və klub olaraq çox qısa müddətdə – təxminən bir həftə ərzində böyük təşkilati prosesə başladıq. Söhbət adi yoldaşlıq oyunundan getmirdi. Təxminən 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək böyük bir tədbiri bütün detalları ilə hazırlamaq lazım idi. Klubumuzun əməkdaşları çox böyük iş gördülər. Qonaq komandanın Bakıya gəlişindən etibarən bütün logistika prosesi, hava limanında qarşılanması, oteldə yerləşdirilməsi, məşq və oyun proqramının koordinasiyası, stadionla bağlı təşkilati məsələlər, nəqliyyatın təmin olunması və qarşılaşmadan sonra yola salınması klub əməkdaşlarımız tərəfindən vahid plan əsasında həyata keçirildi. Nəticədə 62 mindən çox bilet qısa müddətdə satıldı, tribunalar möhtəşəm atmosfer yaratdı və çox böyük miqyaslı xoreoqrafiya hazırlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da qarşılaşmanı stadiondan izləməsi həmin günün əhəmiyyətini daha da artırdı. Bir vaxtlar azarkeşi stadiona gətirmək üçün avtobus təşkil edən klub illər sonra ölkənin ən böyük stadionlarından birində on minlərlə insanın iştirak etdiyi belə böyük tədbiri qısa müddətdə təşkil edə biləcək səviyyəyə çatıb. Məncə, inkişafı yalnız turnir cədvəli ilə deyil, belə nümunələrlə də ölçmək lazımdır. Bu, bizim üçün böyük qürur olduğu qədər böyük məsuliyyətdir. Çünki azarkeş sayı artdıqca klubun üzərindəki məsuliyyət də artır. İnsanlar artıq “Qarabağ”ı sadəcə bir komanda kimi izləmir, öz həyatlarının və futbol yaddaşlarının bir hissəsi kimi qəbul edirlər. Biz indi yalnız bugünkü azarkeş üçün deyil, “Qarabağ”ı gələcəkdə öz övladına sevdirəcək insanlar üçün də klub qururuq.

- “Qarabağ” uzun illər yalnız futbol klubu kimi deyil, eyni zamanda Qarabağın adını beynəlxalq arenada yaşadan bir komanda kimi qəbul olunub. Bu adın məsuliyyəti sizin üçün nə ifadə edir?

Dünən, 21:04
4839
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-08-2026, 10:16
Tahir Gözel:
Tahir Gözel: "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm"
19-05-2026, 22:30
Tahir Gözel:
Tahir Gözel: "Uzaqgörən transfer siyasətinə üstünlük verdik"
8-04-2026, 13:32
"Qarabağ"da iclas keçirildi - FOTO
25-03-2026, 19:20
"Qarabağ" nümayəndələri Lissabonda beynəlxalq tədbirdə iştirak etdi
30-01-2026, 19:19
Tahir Gözel:
Tahir Gözel: “Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik”
6-01-2026, 13:20
Marko Yankoviç:
Marko Yankoviç: "Yaxşı təklif olarsa"...
30-12-2025, 12:05
Tahir Gözel:
Tahir Gözel: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
28-08-2025, 08:11
Tahir Gözel:
Tahir Gözel: "Azərbaycan hər yerdə sözünü deyir"
9-06-2025, 14:31
“Qarabağ”ın futbolçusu tanınmış klubun maraq dairəsində
“Qarabağ”ın futbolçusu tanınmış klubun maraq dairəsində
30-11-2022, 14:03
Regekampf:
Regekampf: “Qarabağ”la son görüş bizim üçün böyük dərs oldu”
10-08-2022, 11:11
Tahir Gözəl:
Tahir Gözəl: "Azərbaycana yaraşan futbol oynadıq"
30-10-2021, 23:30
Tahir Gözəl:
Tahir Gözəl: "Niyə "Qarabağ" finala qədər getməsin?!"
  Xəbər Lenti
İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama) 22.09.2026, 09:06
Millimizin üzvü Cəlal Hüseynov meydana çıxmadı, komandası uddu 22.09.2026, 08:07
"Barselona"nın prezidenti Xoan Laporta "Atletiko"nu sərt tənqid etdi - Xarici xəbərlər 21.09.2026, 21:05
Tahir Gozal: “Qarabağ” bir günlük emosialarla idarə olunmur” 21.09.2026, 21:04
“Monako”nun yarımmüdafiəçisi İngiltərə klubuna keçir - Transfer xəbərləri 21.09.2026, 20:09
“Neftçi”nin legioneri Sessi Dalmeyda Afrika Millətlər kuboku üçün milliyə dəvət edildi 21.09.2026, 19:07
İspaniya Futbol Federasiyası baş məşqçi Fünte ilə müqaviləni uzatdı - Xarici xəbərlər 21.09.2026, 18:04
Edqar Ədilxanov: "Qarşıda bizi "Zirə" ilə çətin oyun gözləyir" (ÖZƏL Açıqlama) 21.09.2026, 17:03
“Sportinq”in müdafiəçisi İspaniya millisinə çağrıldı - Xarici xəbərlər 21.09.2026, 16:05
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb