FutbolMedia.Az
  • 03:39 Cümə axşamı
    21 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tahir Gözel:

Tahir Gözel: "Uzaqgörən transfer siyasətinə üstünlük verdik"

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, "Qarabağ"ın prezidenti Tahir Gözel və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.

Futbolmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Tədbir mövsümün yekunlarına həsr olunub. Görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.

Tahir Gözel “Qarabağ”ın mövsüm ərzində göstərdiyi ümumi performansı dəyərləndirib, komandanın həm ölkədaxili yarışlarda, həm də UEFA Çempionlar Liqasındakı çıxışının Azərbaycan futbolu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir “Qarabağ” izlədi. Komandamız il ərzində Azərbaycan Premyer Liqasında yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. “Qarabağ”ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, “Qarabağ”ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir”.

Klub prezidenti transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:

“Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. “Qarabağ” uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk”.

Tahir Gözel gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, “Qarabağ”ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib:

“Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə “Qarabağ”ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm “Qarabağ” üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq. “Qarabağ” olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. “Qarabağ” yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır”.

Sonda Tahir Gözel klubun bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib:

“Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, kom

19-05-2026, 22:30
5959
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-05-2026, 23:01
Qurban Qurbanov:
Qurban Qurbanov: “Qarabağ”ın çəkisi çox ağırdır"
8-04-2026, 13:32
"Qarabağ"da iclas keçirildi - FOTO
13-02-2026, 08:14
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
30-01-2026, 19:19
Tahir Gözel:
Tahir Gözel: “Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik”
30-12-2025, 12:05
Tahir Gözel:
Tahir Gözel: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
14-12-2025, 17:05
Tahir Gözel Əkbərlə görüşdü
Tahir Gözel Əkbərlə görüşdü
28-08-2025, 08:11
Tahir Gözel:
Tahir Gözel: "Azərbaycan hər yerdə sözünü deyir"
20-08-2025, 11:00
Tahir Gözel:
Tahir Gözel: “Musanın qoluna xüsusən sevindim”
30-05-2025, 13:04
Tahir Gözel:
Tahir Gözel: "Yeni avrokubok mövsümündə də "Qarabağ"a inanıram"
14-05-2025, 13:15
"Tahir Gözelin Puzzo ailəsi ilə dostluq münasibətləri bu tərəfdaşlığın təməlini qoyub"
23-09-2024, 14:23
"Qarabağ"ın prezidentinin "Tottenhem"lə oyundan gözləntisi
16-12-2023, 11:15
Tahir Gözəl İsveçrəyə gedəcək
Tahir Gözəl İsveçrəyə gedəcək
  Xəbər Lenti
“Barselona” Romeronun transferini yalnız belə edə bilər - Transfer xəbərləri 20.05.2026, 18:08
“Qalatasaray” Kamavinqa üçün “Real”a sorğu göndərib - Transfer xəbərləri 20.05.2026, 17:16
"Frayburq" "Aston Villa"ya qarşı Avropa Liqası Final 20.05.2026, 16:14
"Beşiktaş" "Çelsi"nin sabiq üzvünü istəyir - Transfer xəbərləri 20.05.2026, 15:32
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır - Xarici xəbərlər 20.05.2026, 14:30
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi - Xarici xəbərlər 20.05.2026, 13:28
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər 20.05.2026, 12:20
Arda Gülər “Real”dan ayrılan Dani Karvahal haqda yazdı 20.05.2026, 11:29
"Vest Hem"in kapitanı Bouen "Mançester Yunayted" və "Liverpul"un siyahısında - Transfer xəbərləri 20.05.2026, 11:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
19-05-2026, 07:29
Rauf Hüseynli:
Rauf Hüseynli: "Moldovanın "Şerif" klubuna keçməyim an məsələsi idi"
14-05-2026, 16:09
“Real”ın prezidenti Florentino Peres:
“Real”ın prezidenti Florentino Peres: “Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik"
14-05-2026, 15:38
Millimizin üzvü  Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
Millimizin üzvü Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
14-05-2026, 18:03
Flik:
Flik: “Barselona”da xüsusi bir bağ var”
14-05-2026, 17:11
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində -
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində - Transfer xəbərləri
14-05-2026, 14:33
AFFA
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
15-05-2026, 14:25
"Arsenal" yeni formasını təqdim etdi - FOTO
14-05-2026, 14:00
Skoulz:
Skoulz: “Artıq Reşfordu “Mançester Yunayted”də görmürəm”
14-05-2026, 13:15
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə oynadı, komandası uduzdu
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə oynadı, komandası uduzdu
13-05-2026, 18:11
Ançelottidən yenə Neymarın Braziliya millisinə dəvət məsələsindən danışdı -
Ançelottidən yenə Neymarın Braziliya millisinə dəvət məsələsindən danışdı - Xarici xəbərlər
14-05-2026, 12:01
“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
15-05-2026, 18:09
Neymar rəsmən İtaliya vətəndaşı oldu –
Neymar rəsmən İtaliya vətəndaşı oldu – FOTO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb