FutbolMedia.Az
  • 04:29 Cümə axşamı
    21 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tahir Gözel:

Tahir Gözel: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”

"Qarabağ"ın prezidenti Tahir Gözel 2025-ci ilin yekunları ilə bağlı fikirlərini bölüşüb.

Futbolmedia.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında 2025-ci ili “Qarabağ” üçün uğurlu il adlandırıb:

“Arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qaldı. “Qarabağ” 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/25 mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı.

Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. “Benfika”, “Kopenhagen” kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, bütün Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi. “Qarabağ” tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı.

Klublararası dünya çempionu olmuş İngiltərə nəhəngi “Çelsi” ilə aparılan möhtəşəm, nəfəs kəsən və qürurverici mübarizə isə bir daha göstərdi ki, “Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı.

Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı.

Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı “Qarabağ”dır və bu hekayə hələ yeni başlayır".

Klub rəhbərli Azərbaycan xalqını qarşıda gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, həmçinin inam və əzm sayəsində daha böyük uğurlar qazanacaqlarına inandığını bildirib: "Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün həm dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini ifadə edir, həm də yeni ilin astanasında hər birimiz üçün yeni ümidlər, yeni hədəflər yaradır. Xüsusilə ölkəmizin inkişafı və idman sahəsində, o cümlədən komandamızın uğurlarında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin dəstəyi danılmazdır və bizə böyük ruh yüksəkliyi verir.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi də səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıram.

İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. Qoy 2026-cı il hər bir azərbaycanlı üçün uğurlu, bərəkətli və yaddaqalan olsun”.

30-12-2025, 12:05
18210
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-11-2025, 08:08
Təbriklər və yübileyiniz mübarək Sadıq Sadıqov
Təbriklər və yübileyiniz mübarək Sadıq Sadıqov
2-10-2025, 13:10
Tahir Gözəl:
Tahir Gözəl: "Bu, bir möcüzədir, "Liverpul"dan öndəyik, həqiqətən də tarixi andır"
2-10-2025, 11:01
Prezident “Qarabağ”ı təbrik etdi
Prezident “Qarabağ”ı təbrik etdi
17-09-2025, 10:16
Tahir Gözəl:
Tahir Gözəl: “Bu qələbəni İlham Əliyevə həsr edirik”
28-08-2025, 07:08
"Qarabağ"ın uğurlarında müstəsna xidməti və əməyi olan şəxsiyyətlər - YAZI
28-08-2025, 08:11
Tahir Gözel:
Tahir Gözel: "Azərbaycan hər yerdə sözünü deyir"
30-05-2025, 13:04
Tahir Gözel:
Tahir Gözel: "Yeni avrokubok mövsümündə də "Qarabağ"a inanıram"
8-11-2024, 12:28
Tahir Gözəl:
Tahir Gözəl: "Komandamla fəxr edirəm"
23-09-2024, 14:23
"Qarabağ"ın prezidentinin "Tottenhem"lə oyundan gözləntisi
16-12-2023, 11:15
Tahir Gözəl İsveçrəyə gedəcək
Tahir Gözəl İsveçrəyə gedəcək
13-12-2021, 13:45
Tahir Gözəl:
Tahir Gözəl: "Milyardlarla büdcəsi olan UEFA bu qolu görmür"
31-07-2021, 16:24
Tahir Gözəl:
Tahir Gözəl: "Daha güclü heyətin qurulması üçün tapşırıqlar vermişəm"
  Xəbər Lenti
“Barselona” Romeronun transferini yalnız belə edə bilər - Transfer xəbərləri 20.05.2026, 18:08
“Qalatasaray” Kamavinqa üçün “Real”a sorğu göndərib - Transfer xəbərləri 20.05.2026, 17:16
"Frayburq" "Aston Villa"ya qarşı Avropa Liqası Final 20.05.2026, 16:14
"Beşiktaş" "Çelsi"nin sabiq üzvünü istəyir - Transfer xəbərləri 20.05.2026, 15:32
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır - Xarici xəbərlər 20.05.2026, 14:30
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi - Xarici xəbərlər 20.05.2026, 13:28
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər 20.05.2026, 12:20
Arda Gülər “Real”dan ayrılan Dani Karvahal haqda yazdı 20.05.2026, 11:29
"Vest Hem"in kapitanı Bouen "Mançester Yunayted" və "Liverpul"un siyahısında - Transfer xəbərləri 20.05.2026, 11:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
19-05-2026, 07:29
Rauf Hüseynli:
Rauf Hüseynli: "Moldovanın "Şerif" klubuna keçməyim an məsələsi idi"
14-05-2026, 16:09
“Real”ın prezidenti Florentino Peres:
“Real”ın prezidenti Florentino Peres: “Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik"
14-05-2026, 15:38
Millimizin üzvü  Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
Millimizin üzvü Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
14-05-2026, 18:03
Flik:
Flik: “Barselona”da xüsusi bir bağ var”
14-05-2026, 17:11
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində -
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində - Transfer xəbərləri
14-05-2026, 14:33
AFFA
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
15-05-2026, 14:25
"Arsenal" yeni formasını təqdim etdi - FOTO
14-05-2026, 14:00
Skoulz:
Skoulz: “Artıq Reşfordu “Mançester Yunayted”də görmürəm”
14-05-2026, 13:15
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə oynadı, komandası uduzdu
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə oynadı, komandası uduzdu
13-05-2026, 18:11
Ançelottidən yenə Neymarın Braziliya millisinə dəvət məsələsindən danışdı -
Ançelottidən yenə Neymarın Braziliya millisinə dəvət məsələsindən danışdı - Xarici xəbərlər
14-05-2026, 12:01
“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
15-05-2026, 18:09
Neymar rəsmən İtaliya vətəndaşı oldu –
Neymar rəsmən İtaliya vətəndaşı oldu – FOTO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb