FutbolMedia.Az
  • 15:30 Şənbə
    7 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Koxalski:

Koxalski: “Siz məni həm qapıçı, həm də şəxsiyyət kimi böyütdünüz”

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski komandadan ayrılması ilə bağlı açıqlama verib.

Futbolmedia.az xəbər verir ki, polşalı qolkiper bu barədə jurnalistlərə açıqlamasında danışlb.

Koxalski “Araz Naxçıvan”la Misli Premyer Liqasının 4-ce tur matçının (3:2) onun üçün xüsusi olduğunu bildirib:

“Mənim üçün “Qarabağ”dakı son matç ən xüsusi oyun idi. Əsas məsələ bu oyunda “Qarabağ”ın 3 xal qazanması idi. Ümid edirəm ki, bu, çempionluq yolunda önəmli addım olacaq”.

Qapıçı “Qarabağ”dan ayrılmaq qərarını necə verdiyini də açıqlayıb: “Mənə elə gəlir ki, “Qarabağ”da iki etibarlı qapıçı var və komandanın qapısı etibarlı əllərdədir. Ona görə də düşünürəm ki, mənim üçün getməyin ən doğru vaxtıdır. Bu, asan olmadı, amma bu mənim qərarımdır və düşünürəm ki, hamı üçün yaxşı olacaq”.

Koxalski ayrılmaq qərarını Avropa Liqasında çıxış etdiyi vaxt deyil, daha əvvəl verdiyini söyləyib: “Bu qərarı hələ ötən mövsüm başa çatdıqdan sonra, yeni mövsüm başlamazdan əvvəl vermişdim. Çünki mənim həyatımda ən önəmli şey futbol və pul deyil. Mənim üçün həyatım və ailəm daha vacibdir. Hər səhər yuxudan oyandığım andan axşama qədər ailə mənim üçün önəmlidir. Ona görə də bu qərarı verdim”.

Polşalı qolkiper “Qarabağ” azarkeşlərinə və Azərbaycan xalqına təşəkkür edib: “Əslində, “Qarabağ” azarkeşlərinə, hər birinizə və ümumiyyətlə Azərbaycan xalqına təşəkkür edirəm. Demək olar ki, hər kəs mənə isti münasibət göstərdi. Ümumiyyətlə, siz məni həm qapıçı, həm də bir şəxsiyyət kimi böyütdünüz. Mən bura gələndə sadəcə adi bir qapıçı idim. Bəlkə də Polşada belə məni yaxşı tanımırdılar. Amma indi bütün ölkəmdə məni hamı tanıyır. Buna görə də sizə çox borcluyam və bütün dəstəyiniz üçün təşəkkür edirəm”.

Koxalski “Qarabağ”dakı ən yaddaqalan oyununun “Çelsi”yə qarşı matç olduğunu deyib: “Napoli ilə oyunu qeyd etməzdim, çünki həmin matçda məğlub olduq. Əgər bir oyun seçməli olsam, “Çelsi” ilə qarşılaşmanı qeyd edə bilərəm. Çünki bu, Premyer Liqa komandasıdır. Mənə elə gəlir ki, komandamızdakı hər kəs bu səviyyədə oynamağı arzulayırdı. Ümumiyyətlə, burada çoxlu yaxşı və unudulmaz oyunlar keçirmişəm”.

Daha güclü kluba transfer gözləntisi ilə bağlı sualı cavablandıran Koxalski ayrılmaq üçün doğru zamanın indi olduğunu deyib: “Ola bilər, amma hazırda vəziyyət çətindir, çünki yalnız çempionatda çıxış edirik. Əlbəttə, ayrılmağımın səbəbi sadəcə bu deyil. Hazırda oynamaq istəyən üç qapıçı var: mən, Martin və Şahruddin. Düşünürəm ki, yalnız çempionat və Azərbaycan kubokunda mübarizə apararkən üç qapıçı üçün kifayət qədər oyun vaxtı yoxdur. Buna görə də, əvvəl dediyim kimi, ayrılmaq üçün yaxşı vaxtdır”.

Koxalski daha böyük kluba transfer variantının olmadığını da söyləyib: “Daha böyük kluba getmək üçün heç bir variantım yox idi”.

O, “Qarabağ”ın avrokuboklardan kənar qalmasının ayrılıq qərarına təsir etmədiyini də vurğulayıb: “Xeyr. Dediyim kimi, bu qərarı əvvəlcədən, hələ mövsüm başlamazdan əvvəl vermişdim”.

Koxalski “Qarabağ”da keçirdiyi dövrü “möhtəşəm təcrübə” adlandırıb: “Bunu bir neçə sözlə ifadə etmək çətindir. Bəlkə polyak dilində fikrimi daha yaxşı ifadə edə bilərdim.

7-09-2026, 08:11
8737
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-05-2026, 15:33
Mateuş Koxalski:
Mateuş Koxalski: “Böyük klubdan yaxşı təklif almasam, “Qarabağ”da qalacam”
27-03-2026, 16:07
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski: "Erkən qol buraxdıq, komanda dağıldı"
11-12-2025, 16:16
"Qarabağ"ın qapıçısı Koxalski: "Ən azından bir qələbə qazanmalıyıq"
28-11-2025, 14:04
"Qarabağ"ın qapıçısı Koxalskinin Polşa mətbuatına açıqlaması
5-05-2025, 13:08
Koxalski:
Koxalski: “Qarabağ”da hər şey məni qane edir"
6-02-2025, 17:05
Kadi:
Kadi: “Onlar mənim “Ferentsvaroş”da qalmağımı istəmədikləri üçün bu cür davrandılar”
24-01-2025, 13:16
Donnarumma klubundan ayrılmaq fikrində deyil -
Donnarumma klubundan ayrılmaq fikrində deyil - Xarici xəbərlər
16-01-2025, 08:16
Juninyodan
Juninyodan "Qarabağ"a təsirli vida
12-08-2024, 14:31
"Qarabağ"ın danışıq apardığı futbolçu Bakıya gəlir
29-04-2024, 16:11
Tiaqo Silva
Tiaqo Silva "Çelsi"dən gedir - Xarici xəbərlər
26-01-2023, 13:15
"Qarabağ"ın yeni transferi: "Aqolli mənə bəzi məsləhətlər verdi"
23-07-2022, 09:19
Sadio Mane:
Sadio Mane: "Bavariya"ya keçmək karyeramdakı ən yaxşı qərardır"
  Xəbər Lenti
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR 7.11.2026, 14:08
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər" 7.11.2026, 09:10
Toral Bayramov öz qapısına qol vurdu - VİDEO 7.11.2026, 08:07
“Neftçi”nin baş məşqçisi Vernidub qələbələrin sirrini açıqladı 6.11.2026, 23:08
"Qarabağ" - "Turan Tovuz" 1:0 - VİDEO 6.11.2026, 22:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb