FutbolMedia.Az
  • 05:24 Şənbə
    6 İyun 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"ın yeni transferi: "Aqolli mənə bəzi məsləhətlər verdi"

"Aqolli ilə dünən danışdım. Məni təbrik etdi və bəzi məsləhətlər verdi".

Futbolmedia.az-ın məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi Redon Cica "Panoramasport" nəşrinə açıqlamasında deyib.

25 yaşlı futbolçu bildirib ki, Ağdam klubuna transfer olunduqdan sonra "köhlən atlar"ın sabiq müdafiəçisi Ansi Aqolli onunla əlaqə saxlayıb: "Söhbətimiz çox da uzun çəkmədi. "Qarabağ"ın tarixi ilə qısaca maraqlandım. Gördüyüm qədərilə, Aqolli burada əfsanə idi".

Bakıya dünən gəldiyini söyləyən albaniyalı hücumçu yavaş-yavaş şəhərə alışdığını gizlətməyib: "Hələlik hər şey yaxşı görünür. Düşünürəm ki, adaptasiya prosesi çox tez keçəcək. Açığı, bu transfer baş tutana qədər heç nə bilmirdim. Oyun günü mənə dedilər ki, hər şey bitdi".

"Qarabağ"a ölkəsinin "Tirana" klubundan keçən forvard "Sabiq komandanızda bu transferi necə qarşıladılar" sualına belə cavab verib: "Ola bilsin ki, komandanın bombardiri olduğum gedişimə üçün bir az üzüldülər. Amma kluba gəlir gətirdiyimə görə də sevindilər. Bu, mənim üçün ölkə xaricində ilk təcrübədir. İrəliyə doğru başqa addımlar da ata bilərəm. "Tirana"dan ayrıldığım üçün təəssüflənmirəm. Çünki orada ölkə çempionu və bombardir oldum. Paytaxt klubunda xoşbəxt idim. Darıxacağam, çünki il yarım onlarla dost yox, ailə kimi olmuşuq. Şəhər üçün darıxacağam. Amma buna ən qısa zamanda uyğunlaşmağa çalışacağam. Söz verdim ki, mayda gəlib 30-cu titulu qazanmalarını canlı izləyəcəyəm".

Cica "Qarabağ"da çox yaxşı qarşılandığını etiraf edib: "Klubun direktoru və digər işçilər məni isti qarşıladılar. Azarkeşlər çoxlu sayda xoş mesajlar göndərdilər. Məşqçi və futbolçularla hələ görüşməmişəm, Çünki Bakıda deyillər, səfər oyunu var idi. Sabah hamısını görəcəyəm. Komanda Konfrans Liqasının pley-offundadır. Buna görə xoşbəxtəm. Ümid edirəm ki, qol vurub yola davam etməyimizə köməklik göstərəcəyəm".

O, Azərbaycan çempionununu "Tirana" ilə müqayisəsini də aparıb: "Əslində oyun üslubunda o qədər də fərq yoxdur. Eyni tərzdə çıxış edirlər. İnanıram ki, bu amil komandaya tez uyğunlaşmağıma şərait yaradacaq".

Futbolçu ailəsinin bu keçidə görə sevindiyini bildirib: "Albaniyanı tərk etməyimi gözləyirdilər. Eyni zamanda, hər gün ölkəmdə ola bilməyəcəyim üçün üzülürəm. Amma bu, futboldur. İndi öz yolumla gedəcək, irəliyə doğru addımlayacağam".

Qeyd edək ki, Redon Cica "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.

26-01-2023, 13:15
16728
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-01-2023, 16:10
Ozobiç:
Ozobiç: "Bir çox klub bizə həsəd apara bilər"
14-01-2023, 08:31
Adama Diakabi:
Adama Diakabi: "Hamı "Qarabağ" barədə yalnız xoş sözlər danışır"
6-10-2022, 17:11
Sabiq
Sabiq "Qarabağ"lı Çumbinyo: "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram"
25-08-2022, 14:01
Filip Ozobiç:
Filip Ozobiç: "Hər iki oyunda "Viktoriya"dan güclü idik"
5-07-2022, 13:13
Veşoviç:
Veşoviç: “Lex”ə yenidən qol vurmağım əla olardı”
4-02-2022, 10:18
Azər Əliyev:
Azər Əliyev: "Milli komandaya lazım olsam..."
16-11-2021, 13:22
Donald Gerye:
Donald Gerye: "Qarabağ" məni inandırdı"
26-08-2021, 14:21
Rüfət Dadaşov :
Rüfət Dadaşov : "Şalke"yə keçməklə arzuma çatdım"
4-08-2021, 15:26
"Qarabağ"ın yeni transferi Zamora danışdı
3-08-2021, 09:15
“Qarabağ”ın yeni transferi Marko Veşoviç “Legiya” ilə vidalaşdı
“Qarabağ”ın yeni transferi Marko Veşoviç “Legiya” ilə vidalaşdı
1-07-2021, 11:09
"Qarabağ"ın yeni transferi Malinovski : "Portuqaliyada bəzi tanışlardan soruşdum"
1-06-2021, 11:00
Serxio Aquero:
Serxio Aquero: "Barselona"ya kuboklar qazandırmağa çalışacağam"
  Xəbər Lenti
Qurban Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib - FOTO 5.06.2026, 21:18
Vasili Berezutski istefaya göndərildi 5.06.2026, 18:13
“Sauthempton” israilli qapıçının transfer hüququna yiyələnib 5.06.2026, 17:02
Adı "Neftçi" ilə hallanan forvard Ceymi Vardi İspaniyaya yollanacaq - Transfer xəbərləri 5.06.2026, 16:10
“Şamaxı” bu futbolçu ilə daha 1 il müqavilə imzaladı 5.06.2026, 15:18
AFFA-da seminar keçirildi 5.06.2026, 14:05
İtaliyanın "Sassuolo" klubu baş məşqçisi Fabio Qrossonu qovdu - Xarici xəbərlər 5.06.2026, 13:20
“Bayer” yeni baş məşqçisini açıqladı - Xarici xəbərlər 5.06.2026, 12:15
Kasilyas "Real"da rəhbər vəzifə tuta bilər - Xarici xəbərlər 5.06.2026, 11:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
19-05-2026, 07:29
Rauf Hüseynli:
Rauf Hüseynli: "Moldovanın "Şerif" klubuna keçməyim an məsələsi idi"
24-05-2026, 07:46
"Kəpəz"in müdafiəçisi Rauf Hüseyinli "Sumqayıt" və "Şamaxı"nın transfer siyahısında - Transfer xəbərləri
14-05-2026, 16:09
“Real”ın prezidenti Florentino Peres:
“Real”ın prezidenti Florentino Peres: “Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik"
14-05-2026, 18:03
Flik:
Flik: “Barselona”da xüsusi bir bağ var”
14-05-2026, 14:00
Skoulz:
Skoulz: “Artıq Reşfordu “Mançester Yunayted”də görmürəm”
14-05-2026, 15:38
Millimizin üzvü  Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
Millimizin üzvü Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
26-05-2026, 09:13
Ramiz Məmmədov kimi güclü mütəxəssiz premyer liqada işləməlidir - YAZI
Ramiz Məmmədov kimi güclü mütəxəssiz premyer liqada işləməlidir - YAZI
14-05-2026, 14:33
AFFA
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
14-05-2026, 17:11
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində -
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində - Transfer xəbərləri
15-05-2026, 14:25
"Arsenal" yeni formasını təqdim etdi - FOTO
18-05-2026, 12:12
Abubakar “Neftçi”dən gedir ?
Abubakar “Neftçi”dən gedir ?
25-05-2026, 09:25
Ramiz Məmmədov:
Ramiz Məmmədov: "Qəbələ" ilə oyunda sona qədər mübarizə aparacağıq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb