FutbolMedia.Az
  • 18:04 Çərşənbə axşamı
    11 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski: "Erkən qol buraxdıq, komanda dağıldı"

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin "Sport.pl" saytına müsahibə verib.

Futbolmedia.az polşalı qolkiperin fikirlərini diqqətinizə çatdırır:

- Lissabonda “Benfika”ya qarşı Çempionlar Liqasındakı debütün ömrün boyu xatırlayacağın bir gündür?

- Bəli, baxmayaraq ki, Çempionlar Liqasındakı bütün oyunları xatırlayacağam. Gələcəkdə o qədər çox oyun keçirsəm və bəziləri yadımdan çıxa bilər. Amma debüt mütləq yadda qalacaq. Üstəlik, çox uğurlu alınmışdı.

- Siz 0:2 hesabı ilə geri düşməyinizə baxmayaraq 3:2 qalib gəldiniz. Pavlidisin ikinci qolundan sonra əsəbi şəkildə əllərini yerə vurmuşdun. Ən pis ssenarinin hələ qarşıda olduğunu düşünürdün?

- Xeyr. Çünki artıq təsnifat mərhələsində yaxşı səviyyədə oynadığımızı göstərmişdik. Hər oyunda böyük hesabla uduzacağımızdan qorxmurdum. İkinci qoldan sonra sadəcə əsəbiləşmiş və məyus olmuşdum. Bu oyunu çox gözləmişdim, amma bir neçə dəqiqədən sonra hesab 0:2 oldu. Əsəbiləşirdim, çünki özümü yaxşı tərəfdən göstərmək istəyirdim, amma hər iki qolu sadə mövqe səhvlərindən buraxdıq. Əsas odur ki, hər şey yaxşı bitdi.

- Liqa mərhələsində təkcə “Benfika”nı yox, həm də “Kopenhagen”i (2:0) və “Ayntraxt”ı (3:2) məğlub etdiniz, “Çelsi” ilə isə 2:2 oynadınız...

- Bizə kömək edən o idi ki, heç kim bizdən heç nə gözləmirdi. Əksinə, hamı böyük hesablı məğlubiyyətlər gözləyirdi. Biz də özümüzə təzyiq etmirdik. Demirdik ki, mütləq kiməsə qalib gəlib 1/16 finala çıxmalıyıq. Bu, düzgün yanaşma idi.

- Debütdən əvvəl evdə dəfələrlə Çempionlar Liqasının himnini dinləmişdin. Lissabondakı oyundan əvvəl himn artıq təsir etmədi?

- Yenə də təsir etdi. Çünki onu möhtəşəm stadionda, dolu tribunalar qarşısında eşitmək tamam başqa hissdir. Bütün atmosfer çox təsiredici idi.

- Əlavə stress hiss etdin?

- O vaxt yox. Ümumiyyətlə, yalnız bir dəfə - “Enfild”də “Liverpul”a qarşı oyundan əvvəl hiss etdim. Tuneldə dayanarkən azarkeşlər “You’ll Never Walk Alone” oxuyurdu və o an arzularımın reallaşdığını hiss etdim, az da olsa həyəcan yarandı. Amma tez keçdi. Təəssüf ki, ilk qolu buraxandan sonra.

- Bu Çempionlar Liqası mövsümünü necə xatırlayacaqsan?

- Ümumilikdə yaxşı xatırlayacağam. Amma son hissəni unutmaq istərdim. Bir tərəfdən möhtəşəm stadionlarda böyük oyunlar, digər tərəfdən isə buraxdığımız çoxlu qollar. Bu, həqiqətən yaxşı deyildi və məni əsəbiləşdirirdi. Xüsusilə də ciddi səhvim yox idi. Rəqiblər bizə çox asan qol vururdu, əks-hücumlarda yaxalayırdılar. Bəzən özümü aciz hiss edirdim.

- Xüsusilə “Nyukasl”la ilk oyunda, fasiləyə qədər 0:5 uduzduğunuz zaman?

- Dəhşət idi. Oyuna yaxşı əhval-ruhiyyədə çıxmışdım, mübarizə aparacağımıza inanırdım. Amma ikinci hissəyə çıxanda artıq yalnız daha da biabır olmamaq barədə düşünürdüm. Konsentrasiyanı qorumaq istəyirdim, hesabın necə olmasından asılı olmayaraq maksimum oynamağa çalışırdım.

- “Qarabağ”ın hücum futbolu buna mane oldu?

- Bir tərəfdən yox. Məhz bu üslubla “Benfika”ya qarşı oyunu çevirdik, “Çelsi” ilə heç-heçə etdik. Sadəcə “Liverpul” və “Nyukasl” oyunlarında heç nə alınmadı. Erkən qol buraxdıq, komanda dağıldı və öz oyunumuzu qaytara bilmədik. Üstəlik, daha əvvəl qarşılaşmadığımız səviyyədə rəqiblərlə oynayırdıq.

- Lissabon, Bilbao, Neapol, Liverpul, Nyukasl kimi şəhərlərdə oynadız. Hansı an daha çox yaddaqalan oldu?

- Premyer Liqada oynamaq arzum var, ona görə “Liverpul”da keçirdiyim anlar xüsusi idi. Amma “Napoli” ilə oyunu da yaxşı xatırlayıram. Məğlub olmağımıza baxmayaraq, yaxşı çıxış etdim və bu, mənə böyük motivasiya verdi.

- Çempionlar Liqası sənə nə öyrətdi?

- Bu, əvəzolunmaz təcrübə oldu. Mənə motivasiya verdi ki, bu səviyyəyə yenidən qayıdım.

- “Qarabağ”ın uğurunun sirri nədir?

- Əsas amil Qurban Qurbanovdur. O, 18 ildir komandadadır. Üstəlik, klubun çox güclü skautinq sistemi var. “Qarabağ” aşağı liqalardan oyunçular tapır və onları inkişaf etdirir.

- 2024-cü ildə “Qarabağ”a keçidinə nə təsir etdi?

- Bu, qərar asan deyildi. Açığı, başqa təklifim də yox idi. Risk etdim və buna dəyərdi.

- İlk təəssüratın necə idi?

- Hamı çox mehriban idi. Amma ailəmdən uzaq olmaq çətin idi.

- Heç peşman oldun?

- Bəli, bir neçə dəfə. Amma yalnız hisslərimə görə.

- Qışda “Vidzev”ə keçməyə hazır idin?

- Bəli, layihə maraqlı idi, amma transfer baş tutmadı.

- Gələcək planların nədir?

- Premyer Liqada oynamaq arzumdur. Amma əsas şərtim odur ki, əsas heyətdə oynayım.

- Bəs Polşa millisi?

- Hələ debüt etməliyəm. Özümü digər qapıçılardan zəif hesab etmirəm. Yaxşı formada olsam, şansım olacaq.

27-03-2026, 16:07
6427
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-02-2026, 07:07
Qurban Qurbanov:
Qurban Qurbanov: "Biz də inkişaf etmək və daha güclü olmaq istəyirik”
23-02-2026, 14:36
Montiel:
Montiel: "Nyukasl"la oyunda yaxşı nəticə əldə edə bilərik"
11-12-2025, 16:16
"Qarabağ"ın qapıçısı Koxalski: "Ən azından bir qələbə qazanmalıyıq"
28-11-2025, 14:04
"Qarabağ"ın qapıçısı Koxalskinin Polşa mətbuatına açıqlaması
23-10-2025, 06:58
Qurban Qurbanov:
Qurban Qurbanov: "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi"
17-09-2025, 08:13
Qurban Qurbanov:
Qurban Qurbanov: Böyük bir qələbə qazandıq”
24-01-2025, 17:08
Buntiç:
Buntiç: "Bəxtimiz gətirmədi"
4-10-2024, 23:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəl ola bilər ki, daha istəkli idik"
19-01-2024, 12:16
"Kəpəz"in futbolçusu Papu: "Əsas düşüncəm Premyer Liqada qalmaqdır"
21-09-2023, 23:01
"Molde"nin baş məşqçisi: "Qarabağ" komanda kimi "Qalatasaray"dan yaxşı çıxış edir"
4-10-2022, 15:15
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Azarkeşlərin istədiyini vermək üçün daha çox oynamalıyam"
6-07-2022, 08:20
"Lex"in baş məşqçisi: "Möhtəşəm şou idi"
  Xəbər Lenti
"Karvan-Yevlax" hücumçu transfer etdi 11.08.2026, 17:02
Almaniya millisinin hücumçusu "Ştutqart"da - Transfer xəbərləri 11.08.2026, 16:05
"Kəpəz"dən növbəti transfer - Transfer xəbərləri 11.08.2026, 15:09
Aleksis Sançes ABŞ klubuna keçdi - Transfer xəbərləri 11.08.2026, 14:29
"Sabah" - "Orhus" oyunu bu kanalda 11.08.2026, 14:00
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı 11.08.2026, 13:14
"Barselona"nın müdafiəçisi Arauxo "Liverpul"da - Rəsmi 11.08.2026, 12:32
"Sabah" (Azərbaycan) - "Orhus"a qarşı - YENİLƏNİR 11.08.2026, 12:02
"Qalatasaray" Rafael Leao üçün 40 milyon təklif etdi, "Milan" rədd etdi - Transfer xəbərləri 11.08.2026, 11:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb