FutbolMedia.Az
  • 13:17 Çərşənbə axşamı
    24 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"ın qapıçısı Koxalskinin Polşa mətbuatına açıqlaması

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) bu mövsüm Çempionlar Liqasında komandasının ən sabit və diqqətçəkən futbolçularından birinə çevrilib. 25 yaşlı qolkiper "Benfika" və "Kopenhagen"lə görüşlərdə göstərdiyi çıxışla adından söz etdirmişdi. O, hətta "Napoli" ilə son oyunda məğlubiyyətə baxmayaraq, yüksək qiymətlər alıb.

Futbolmedia.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, çərşənbə axşamı keçirilən "Napoli" – "Qarabağ" matçında penalti qaytaran yeddinci polşalı qapıçı kimi Çempionlar Liqasının tarixinə düşüb. Bu performansdan sonra azarkeşlər və futbol mütəxəssisləri 25 yaşlı qapıçının böyük kluba transfer vaxtının çatdığını düşünürlər. Koxalskinin özü də bu fikrə qismən qatıldığını "Kanal Sportovıya"ya (Polşa) müsahibəsində etiraf edib.

O deyib: “Azərbaycanda ilk vaxtlar özümü ideal hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim. Amma bu, mümkün olmadı və qalmaqla yaxşı qərar vermiş oldum. İndi məqsədim daha da inkişaf etmək, irəli getmək və arzularım uğrunda mübarizə aparmaqdır”, – deyə o bildirib.

Qeyd edək ki, oktyabr ayında onunla “Borussiya Dortmund”un maraqlandığı xəbərləri yayılmışdı.

"Napoli" ilə matçın ən yaxşı oyunçularından biri olmasına baxmayaraq, Koxalski nəticədən məmnun qalmadığını deyib: “Oyundan sonra emosiyalar var idi, amma daha çox mənfi… Çünki uduzduq”.

O, penaltilərə necə hazırlaşdığını da açıqlayıb: “Xüsusi nəzəriyyələrim yoxdur. Analiz edərkən futbolçunun zərbədən əvvəl dayanıb-dayanmadığını, qəribə hərəkətlər edib-etmədiyini, adətən hansı küncə vurduğunu izləyirəm. İki oyunçunu analiz etmişdim, amma Höylundu yox. Ona görə meydanda tez qərar verməli oldum”.

Koxalski "Qarabağ"ın Azərbaycandan gördüyü dəstəkdən də danışıb: “Qarabağ" bütün ölkənin qürurudur. Yaxşı oynayırıq, güclü rəqibləri məğlub edirik. Komanda illərdir Çempionlar Liqasına hesablanaraq qurulur, məşqçi də çox rotasiya edir. Bu mövsüm belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi. Üç oyun qalıb və pley-offa çıxmaq imkanımız realdır”.

Bizi İnstagramda izləyin
Daha çox

28-11-2025, 14:04
12766
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-11-2025, 09:15
Antonio Konte:
Antonio Konte: "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi"
25-11-2025, 11:02
“Qarabağ” səfərdə  “Napoli”yə qarşı -
“Qarabağ” səfərdə “Napoli”yə qarşı - YENİLƏNİR
24-11-2025, 23:03
Qurban Qurbanov:
Qurban Qurbanov: "Napoli" bizimlə oyuna çox ciddi hazırlaşır"
24-11-2025, 15:28
De Byazi italyanlara
De Byazi italyanlara "Qarabağ"dan danışdı
13-09-2025, 15:26
Ruan Renato:
Ruan Renato: “Qarabağ”ın qapıçısı mükəmməl oynadı”
13-09-2025, 12:23
"Benfika"nın baş məşqçisi: "Qarabağ"a qalib gəlməliyik"
5-05-2025, 13:08
Koxalski:
Koxalski: “Qarabağ”da hər şey məni qane edir"
12-08-2024, 14:31
"Qarabağ"ın danışıq apardığı futbolçu Bakıya gəlir
21-09-2023, 23:01
"Molde"nin baş məşqçisi: "Qarabağ" komanda kimi "Qalatasaray"dan yaxşı çıxış edir"
9-09-2022, 09:17
"Frayburq"un baş məşqçisi: "Oyunun belə keçəcəyini gözləyirdim"
7-07-2022, 12:05
Polşalı məşqçi:
Polşalı məşqçi: “Qarabağ”ın estetik oyunu yüksək səviyyədə idi”
  Xəbər Lenti
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi 24.11.2026, 09:11
"Milan"dan "Real"ın futbolçusu üçün 70 milyon avroluq təklif - Transfer xəbərləri 24.11.2026, 08:08
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb