FutbolMedia.Az
  • 11:12 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Artıq uduzmaqdan qorxmuram"

"Vacib oyun idi. Bəzi problemlərimiz var idi. Əsas heyət oyunçuların bir neçəsi meydanda yox idi. Futbolçular çox istəkli idilər. Rəqibə uğurlar arzu edirəm".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda bu gün səfərdə "Sumqayıt"a qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.

- Kevin Medina ilk dəfə sol cinahda oynadı...

- Variantlarımızdan biridir. Bundan əvvəl də bir matçda bu mövqedə oynamışdı. Belə futbolçuları bəyənirəm. Bu gün futbol belə şeyləri tələb edir.

- Niyə məhz Medina cinahda oynadı?

- Bəzi nüanslar var, xırdalamasam yaxşıdır. Bəzi tapşırıqlar verilmişdi. Rəqib o zonadan daha çox hücum edirdi. Orada Medina kimi bərk və sürətli futbolçunun qalması vacib idi.

- "Kayrat"la oyundan sonra bu matçda tam heyətlə oynamağınızın səbəbi nə idi?

- Futbolçuların hazırlıq səviyyəsinə baxırıq. Oyunlarımıza baxsaq, daha yaxşılığa doğru gedirik. Rahatlıq var idi ki, futbolçular bu matçda da yüksək templə oynaya bilərlər. Oyunun əhəmiyyəti böyük idi.

- Musa Qurbanlının qolu, yoxsa Ramil Şeydayevin qolu sizi daha çox sevindirdi?

- Bu dəfə qələbə daha çox sevindirdi.

- Ozobiçin 2-ci penaltini vurmamasına siz qərar verdiz?

- Bəli.

- Ardıcıl 2 qələbə qazandınız. Sabah da Azərbaycanda "Zəfər günü"dür. Təəssüratlarınız necədir?

- Bu zəfərə həddindən artıq çox sevinirəm. Bir azərbaycanlı olaraq torpaqlarımızın başqasınfa olması bizə təsir edirdi. Uzun illər idi ki, hər gün bu mövzu hər yerdə gedirdi. Bu qədər vaxtda belə zəfəri gözləmək və bunu əldə etməkdən böyük xoşbəxtlik olmaz. Əsgərlərimizin, şəhidlərimizin qəhrəmanlığından nə qədər danışsaq, kifayət etməz. Xalqımızın adı qalxdı. Çox şey demək olar. Nə qədər desək də, yetməz. Bu zəfərə çox sevinirik. İnanın ki, mən hər zaman bu komanda üzərində təzyiq hiss eləmişəm. Bir azərbaycanlı olaraq hər zaman narahat olmuşam. Düşünmüşəm ki, uduzsaq necə olacaq? Amma bu gün inanın ki, çox rahat və ürəkliyəm. Nə qədər qələbə qazansaq da, çox çalışsaq da, zəifliyimiz var idi. Torpaqladımız işğal altında idi. Biz orada necə insanlar itirmişik, nə qədər övladlar yetim qalıb. Yenə deyirəm, bu haqda çox danışmaq olar. İndi uduzmaqdan qorxmuram. Biz qalib xalqıq. Futbol böyük elmdir. Nə qədər futbol varsa, inkişaf da var. İndi komandam daha ürəkli və inamlıdır. Məğlub olmaqdan qorxmuruq. Artıq 1 il keçsə də, hər gün bu zəfərdən danışırıq. Bizim ailəmizdə də bu mövzular gedir, videolar izləyirik. Biz qəhrəmanlarımızın əziyyətinin qarşlığını verə bilmərik. Güclü və inamlı xalq kimi böyüyürük. Artıq uşaqlar dünyaya qəhrəman kimi gələcəklər. Bu zəfər kitablara yazılacaq, böyük bir elm olacaq. Əvvəl tarixdə olan digər ölkələrin qələbələrindən danışırdıqsa, indi özümüzdən danışacağıq. Biz də hər zaman çalışmışıq ki, Ağdamın adını uca tutaq. Rəhbərliyə təşəkkür edirəm ki, belə çətin anlarda komandanı saxladı. Biz aşağı düşmədik, minimum öz mövqeyimizi qoruduq. Artıq 8 ildir ki, Avropada "Qarabağ" haqda danışırlar.

- Avrokuboklarda ilk dəfə pley-offa yüksəldiz. Hər uğurdan sonda gözləntilər artır. İndidən qışla bağlı planlar cızmısızmı?

- Bizim işimizin bir hissəsi transfer pəncərəsinə hazırlıqdır. Hər zaman demişəm ki, transfer dönəmlərində heyətə 1-2 futbolçu cəlb etməliyik. Bununla yanaşı, heyəti qorumaq da vacibdir. Oyunçularımızın sayı çox olmalıdır ki, sıx qrafikdə balansı qoruya bilək. Çalışırıq ki, alınsa, qışda heyətimizi gücləndirək. Bu klubun ayaqda durması üçün bu işlər görülməlidir. Yayda alınmayan variantlarımız var ki, qışda alına bilər. İşlər gedir.

- "Bazel"lə səfər oyununda əvvəl Bakıda mətbuat konfransı təşkil etmək olar?

- Nə suallar verəcəksiz? Bunu nəzərə alarıq.

- Ramil Şeydayevin oyunu haqda nə düşünürsüz?

- Özünə inamı artıb, çox çalışır. Onun istəyi, ondan tələblərimiz ona güc verir. Ümidlərimizi doğruldur və inanıram ki, daha güclü Ramil görəcəyik. Futbolçunun istəkli olması çox vacibdir. Ramil çox çalışır.

- "Neftçi" və "Qarabağ" azarkeşləri arasında gərginlik artır. Bu gün də "Neftçi" əleyhinə şüarlar səsləndirdilər. Bu gərginliyi azaltmaq üçün bir açıqlamanız ola bilərmi?

- Dünya futbolunda rəqiblər arasında mübarizəni qaldıran, daha yaxşılaşdıran azarkeşlərdir. Bunlar normal haldır. Etik qaydalara əməl etmək lazımdır. Bu gün atmacalar olsa da, etikadan kənara çıxılmadı. Düşünürəm ki, qarşıda azarkeşlərimizdən daha maraqlı şüarlar eşidəcəyik. Oyunları maraqlı edən azarkeşlərdir.

- Samir Abasov ötən oyundan sonra azarkeşlərin şüarları ilə bağlı açıqlama verəndə sizdən nümunə gətirmişdi. Siz Abasovu qorumağa çalışsaz da, o, sizdən nümunə çəkir.

​- Bir fikir haqda çox danışanda bu, dəyərdən aşağı düşür. Bu məsələni belə saxlamaq lazımdır. Buna normal baxıram. Abasovla yaxşı münasibətim var. O, elə bir şey demək istəyib ki, düzgün anlaşılsın. Dediyi də, olub. Deyə bilmərəm ki, olmayıb. Bir-birimizə belə suallar verməsək yaxşıdır. Öz işimizi görək.

7-11-2021, 22:45
18197
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
30-10-2021, 23:30
Tahir Gözəl:
Tahir Gözəl: "Niyə "Qarabağ" finala qədər getməsin?!"
30-10-2021, 21:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Amma etirazlarımı bildirdim "
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
16-09-2021, 23:14
Qurban Qurbanov:
Qurban Qurbanov: “Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər“
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
  Xəbər Lenti
Millimizin üzvü Renatın komandası qələbə qazana bilmədi 12.10.2026, 11:05
Klarens Zeedorf Braziliyanın “Korintians” klubunun baş məşqçisi oldu - Xarici xəbərlər 12.10.2026, 10:06
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 12.10.2026, 09:07
Toral oynamadı,klubu məğlub oldu - Türkiyə Superliqası 12.10.2026, 08:16
"Şəfa" - "Turan Tovuz" 0:1 - VİDEO 11.10.2026, 22:09
Zaur Həşimov: “Ustalıq səviyyəmiz hələ kifayət etmir” 11.10.2026, 21:27
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?” 11.10.2026, 20:50
"İmişli" - "Qarabağ" 0:2 - VİDEO 11.10.2026, 19:13
Fərid Namazov: “Lazımsız vərəqələr almağın tərəfdarı deyilik” 11.10.2026, 18:43
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb