FutbolMedia.Az
  • 14:02 Şənbə
    7 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Yuri Vernidub:

Yuri Vernidub: "Məğlubiyyət birinci növbədə mənim günahımdır"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo"ya (Belarus) uduzduqları Bakıdakı ilk oyun (2:4) haqda danışıb.

Futbolmedia.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə "Meydanda sanki toplanışdan yeni geri qayıtmış yox, avrokuboklarda uzun yol qət edib, yorğun "Neftçi" görünürdü. Nəyə görə bu qədər yorğun görünürdünüz" sualını cavablandırıb:

"İlk növbədə, sizi Milli Mətbuat günün münasibətilə təbrik edirəm. Bu suala cavab vermək mənim üçün çətindir. Hansısa komanda ilk 15-20 dəqiqə tam üstün olursa, 2 qol vurursa, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər edirdik, rəqibə şərait yaradılırdı ki, hücuma keçib hədəflərinə çatsınlar. Xüsusilə də, dəyişiklik 20-ci dəqiqədə Emil Balayevin çətin qrutarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi, dayandı. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdı. Fasiləyə 2:1 üstün yollandıq. Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qollar hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qol buraxdıq. Sonra oynadıq, ən azı 2-3 qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovda qol epizodları oldu. Oturub oyunu təhlil edəcəyik. Nəticələr çıxarmaq lazımdır. Futbolçular haqda danışmaq istəmirəm. Birinci növbədə mənim günahımdır. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam".

Mütəxəssis avrokuboklardan kənarda qalacaqları halda belə, vəzifəsindən istefa verməyəcəyinə işarə edib: "(Gülür) Siz düşünürsüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. "Neftçi" tarixi klubdur. Mən birinci məğlubiyyətdən sonra "istefa verəcəksiniz?" deyilməsini, görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Uda da bilərik. Sizə gülməli gələ bilər, mümkündür. "Dinamo" özü "Sielks"ə uduzdu, sonra qalib gəldi. Birinci oyunda uduzanda onların baş məşqçisinə deməmişdilər ki, istefa verirsiniz? Bu sualların verilməsi düzgün deyil. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin".

Y.Vernidub azarkeşlərə də üz tutub: "Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir. Sizin də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyil ki".

Baş məşqçi "Nəyə görə ilk 10 dəqiqədən sonra “Neftçi”də yarımmüdafiə xətti demək olar ki, yox idi? Klisman və Emin nə işə baxmalı idilər" sualını cavablayıb: "Bu barədə çox danışmaq olar. Sadəcə birinci oturub oyuna baxmaq lazımdır. Görməliyik ki, bizdə nə alınmadı. Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Yuxu alıb, ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır".

22-07-2026, 22:43
20462
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-04-2026, 21:27
Vitali Vernidub:
Vitali Vernidub: “Qarabağ"ın səviyyəsinə çatmaq asan məsələ deyil”
17-04-2026, 22:16
Vitali Vernidub:
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
11-04-2026, 22:46
Yuri Vernidub:
Yuri Vernidub: "Hər oyun bizim üçün final kimidir"
10-03-2026, 08:16
Vernidub:
Vernidub: “Məğlubiyyətə layiq deyildik”
23-01-2026, 21:42
Yuri Vernidub:
Yuri Vernidub: "Neftçi"nin uğur qazanacağına inanmasaydım, burada olmazdım"
11-04-2025, 22:18
Elvin Məmmədov:
Elvin Məmmədov: "Cavidin əvəzinə danışa bilmərəm"
10-11-2024, 21:37
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Xal olaraq çox geri qalmışıq"
5-10-2024, 19:41
Qriqorçuk:
Qriqorçuk: "Neftçi"dəki işimə görə pərişan deyiləm"
28-10-2023, 22:06
Azər Məmmədov:
Azər Məmmədov: "Hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər"
27-08-2022, 20:53
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Qol vururuq, istefa qışqırırlar"
12-08-2022, 08:13
Regekampf:
Regekampf:
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
  Xəbər Lenti
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər" 7.11.2026, 09:10
Toral Bayramov öz qapısına qol vurdu - VİDEO 7.11.2026, 08:07
“Neftçi”nin baş məşqçisi Vernidub qələbələrin sirrini açıqladı 6.11.2026, 23:08
"Qarabağ" - "Turan Tovuz" 1:0 - VİDEO 6.11.2026, 22:15
Qurban Qurbanov: "Vəziyyəti düzəltməyə çalışacağıq" 6.11.2026, 21:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb