FutbolMedia.Az
  • 14:21 Bazar ertəsi
    21 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Kaxaber Sxadadze:

Kaxaber Sxadadze: "Məyusedici məğlubiyyətlə üzləşdik"

"Matç boyunca topa nəzarət bizim tərəfimizdə olsa da, hücumlarımızın son nöqtəsini qoya bilmədik".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 27-ci turunda evdə "İmişli" ilə baş tutan matçdan (0:1) sonra bildirib. Təcrübəli mütəxəssis oyunun gedişatını və buraxılan həlledici səhvi belə dəyərləndirib:

"Həqiqətən də çox məyusedici bir məğlubiyyətlə üzləşdik. "İmişli" meydanda böyük qüvvə ilə müdafiə olunmağı bacaran bir kollektivdir. Onlar rəqibin kiçik bir səhvini belə dərhal dəyərləndirirlər, heyətlərində fərdi keyfiyyətləri yüksək olan yaxşı oyunçular var. Biz isə standart vəziyyətdən sonra ciddi səhvə yol verdik. Matç boyunca topa nəzarət bizim tərəfimizdə olsa da, hücumlarımızın son nöqtəsini qoya bilmədik".

Baş məşqçi azarkeşlərin narahatlığını qeyd edərək elitada qalmaq üçün var gücləri ilə vuruşacaqlarını vurğulayıb:

"Azarkeşlərimizin keçirdiyi hissləri çox yaxşı başa düşürəm, onlar hazırkı duruma görə çox narahatdırlar. Çempionatın sonuna cəmi 6 oyunumuz qalıb. İndi hamımız yalnız bir məqsəd ətrafında birləşməliyik: "Qəbələ"nin Premyer Liqada qalması üçün əlimizdən gələn hər şeyi etməliyik".

Mütəxəssis komandanın kompleks şəkildə üzləşdiyi problemlərə də toxunub:

"Səhvlərimizin harada olduğunu özümüz də yaxşı bilirik. "Qəbələ"nin problemləri indi yox, hələ Premyer Liqanı tərk etdiyi dövrdən başlamışdı. Buna baxmayaraq biz geri qayıtmağı bacardıq və 1-ci liqanı 17 xallıq fərqlə çempion kimi başa vurduq. O vaxt qarşımızda iki yol var idi. Ya bizi çempion edən heyəti tamamilə dağıdıb yerinə legionerlər gətirməli idik, ya da bu uğurda əməyi olan futbolçulara şans verməli idik. Biz ikinci yolu seçdik, çünki həmin oyunçuların əməyinə hörmətlə yanaşmaq və onlara güvənmək ən düzgün qərar idi.

Bu gün kimsə çıxıb "İmişli"nin bizdən daha yaxşı futbol oynadığını desə, bu fikirlə qətiyyən razılaşmaram. Rəqib oyun boyu cəmi 2-3 dəfə cərimə meydançamıza daxil ola bildi. Biz 1-ci liqadakı heyətimizin 95 faizini qorumuşuq və həmin vaxt hamı bu qərarın tərəfdarı idi. Təəssüf ki, bəzən bəxt amili də bizdən üz döndərir. Bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qəbələ"nin indi əsas məqsədi elitada qalmaqdır. Mən uzun illərdir məşqçilik edirəm. Əgər müəyyən məsuliyyəti üzərimizə götürmüşüksə, başladığımız işi sona qədər çatdırmalı və mübarizəni davam etdirməliyik".

12-04-2026, 18:42
6923
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-03-2026, 21:30
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "İstefa qışqıranlar 13-14 yaşlı uşaqlardır"
10-03-2026, 21:44
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Hələ belə məğlubiyyətlə üzləşməmişdim"
28-02-2026, 20:00
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Bu gün bəxt bizdən üz döndərmişdi"
21-12-2025, 18:50
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi"
30-11-2025, 20:10
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Qırmızı vərəqə alaraq bizi xal itkisindən xilas etdi”
18-10-2025, 17:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Qışda heyətin güclənməsinə ehtiyac var”
25-08-2025, 22:32
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Əsas odur ki, meydanda oyunumuz görünürdü"
15-08-2025, 19:37
Sxadadze:
Sxadadze: "Heç bir komandadan çəkinməyəcəyik"
6-05-2024, 22:00
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Çempionat azarkeşsiz maraqsızdır"
28-04-2024, 18:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Bu durum "Qəbələ" üçün faciədir"
6-08-2023, 23:00
Murad Musayev:
Murad Musayev: "Hələ ki, heç bir söz verə bilmərəm"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
  Xəbər Lenti
Harri Keyn: “Mən həmişə komandanı daha üstün tutmuşam" 21.09.2026, 14:00
Gələn həftə "Araz Naxçıvan"da istefa baş verə bilər - (Özəl Xəbər) 21.09.2026, 13:03
“Barselona” Erlinq Halandı transfer etmək fikrindən əl çəkmir - Qiymət 220 milyon avro 21.09.2026, 12:12
Elvin Camalov: "Bizi "Neftçi" ilə çox çətin, ağır oyun gözlədiyini bilirdik" (Özəl Açıqlama) 21.09.2026, 11:27
“Tottenhem”in İspan müdafiəçisi Pedro Porro sıradan çıxdı - Xarici xəbərlər 21.09.2026, 11:00
Millimizin üzvü Nəriman Axundzadənin komandasından növbəti qalibiyyət - VİDEO 21.09.2026, 10:26
"Neftçi"nin futbolçusu Emin Səfərov: " İlk dəqiqələrdən qol vuraraq üstünlüyə yiyələnmək istəyirdik" (Özəl Açıqlama) 21.09.2026, 10:15
"Fulhem" - "Mançester Yunayted" 1:1 - VİDEO 21.09.2026, 09:05
Millimizin üzvü Zamiq Əliyevin klubu qələbə qazandı - Albaniya Superliqası 21.09.2026, 08:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb