FutbolMedia.Az
  • 07:07 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Hakimlərə heç nəyi sübut etmək olmur"

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Çətin oyun olacağını bilirdik. "Sabah" avrokuboklarda yaxşı oyunlar keçirmişdi. Bizdən daha yaxşı formadadırlar. İkinci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, oyunu bərabərləşdirə bildik. Epizodlar oldu. Dəyərləndirə bilərdik. Bərabərlik qolundan sonra bizim yaxşı fürsətimiz oldu. Amma istifadə edə bilmədik. Əvəzində rəqib standart vəziyyətdən fərqləndi. Futbolçuların "Sabah"a qarşı belə inamlı oynamasını istəyirdik. Məncə, pis alınmadı. İstəyərdik ki, bu gün ən azı 1 xal qazanaq. Buna layiq idik. Çempionat uzun marafondur. Bu gün oyuna 2 itki ilə çıxmışdıq. Bunun təsiri oldu. Növbəti turda ağır "Sumqayıt" səfərinə gedəcəyik. Vaxt da azdır. Həmin matça tam köklənməliyik.

- Birinci qolda qapıçının səhvinin olduğunu düşünürsünüz?

- Xeyr. Qapıçı üçün çətin top idi. İrəlidə mövqe səhvi etdik. Mərkəz müdafiəçimiz asmadan sonra topa çatmalı idi. Elə böyük təhlükə yox idi. İlk dəqiqədə vurulan qoldan sonra rəqibə inam gəldi. Birinci qol bu gün bizim məğlubiyyətimizə səbəb oldu.

- "Sabah" 4 ilə yaxındır Şamaxı səfərində qələbə qazana bilmirdi. Bu gün sizin xal qazanmağınız üçün nə çatmadı?

- Bəxt deməyim, oyun şansı "Sabah"ın tərəfində idi. Bizim standart vəziyyətdə Kərim 1 metrdən topu əyri vurur. Amma onlar eyni vəziyyətdən qapıya düşür. Rəqib də hücum etdi, biz də. Deyə bilmərik ki, bu gün futbolçularımız zəif çıxış etdi. Bəli, qələbə qazanmaq üçün daha yaxşı olmalıyıq. Futbol şans "Sabah" tərəfdə idi.

- Edqar Ədilxanov əvvəlki performansını göstərə bilmir. Nə baş verib?

- Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, bu oyunçuların keçid dövrü var. Edqar hərtərəfli basqıya hazır olmalıdır. Beynəlxalq oyunlara çıxmalıdırlar. Qarşıda U-21 millisinin oyunları gəlir. Ondan sonra daha möhkəm ola bilər. Bəli, Edqardan tam razı deyildik. Bu gün nəsə etmək istədi. İnşallah formaya düşəcək. Özü ilə fərdi söhbət edirəm. Cavanlara dəstək lazımdır.

- İkinci hissədə Rossiyə qarşı çəkmə var idi. Sonradan həmin epizoda baxdınız?

- Bu gün bütün cərimələr bizim tərəfə idi. Zarafatla dedim ki, əvvəl səfər matçlarında top göydə olanda oyunu saxlayırdılar. Bu gün elə itələmələr var idi ki, 100 dənə kadr yığaram. İki oyundur hakimlərin simpatiyası rəqiblərə olur. Bəlkə də rəqiblərin adlarıdır. Sanki bu gün səfərdə oynayırdıq. Hakimlər bizə öyrədir ki, bir az da möhkəm olmaq lazımdır.

- Ötən mövsüm Azərbaycan Kubokunda “Neftçi” – “Sabah” oyununda Rauf Allahverdiyev səhv etmişdi və hakimlikdən uzaqlaşdırıldı. Sizcə, indi digər hakimlər üzərində də təzyiq var?

- Bunu hakimlərdən soruşmaq lazımdır. Onsuz da hakimlərə həmişə təzyiq olacaq. Biz onların üzərinə çox da getmirik. Bizim hakimlər o qədər də zəif deyillər. İstəyirik ki, kiçik cərimələrə görə oyun dayanmasın, oynamağa imkan versinlər. Hakimlərə heç nəyi sübut etmək olmur. Bunları yol polisləri ilə müqayisə edirəm. Biz nə etsək də, səhvik.

- Yayda düşərgənizdə Raul Hacıyev baxışda olub. Gürcüstan vətəndaşı idi, amma sonra qalmadı. AFFA bu məsələdə sizə nəsə köməklik edir? Onu U-21-in növbəti toplanışında görəcəyik?

- Perspektivli futbolçudur. Bir az vaxt lazımdır. Bəzi məsələlər var, qanunlar var.

24-08-2025, 20:39
10688
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-08-2025, 22:20
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hər kəs avroliqada oynamağa cəhd etməməlidir"
13-04-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İşimizi tərif üzərində qurmamışıq"
27-10-2024, 21:40
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərlə görüşlər olmalıdır"
31-08-2024, 20:21
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klublarımızda idarəçilikdə böyük problemlər var"
4-08-2024, 20:31
Ayxan Abbasov:
Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"
17-05-2024, 23:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlikdən danışanda deyirlər ki, baş məşqçi bəhanə axtarır"
28-04-2024, 20:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Elə qırmızı vərəqə almaq olmaz"
22-01-2024, 20:35
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərə də qalib gəlmək lazımdır"
25-11-2023, 18:47
Ayxan Abbasov:
Ayxan Abbasov: "Komanda məğlub olubsa, hər kəs günahkardır"
6-10-2023, 20:15
Ayxan Abbasov:
Ayxan Abbasov: "Neçə oyundur ki, penaltilərimizi vermirlər"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
  Xəbər Lenti
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
Mahirin komandasından mövsümdə ikinci qələbə 17.10.2026, 08:03
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido: "Qələbəyə layiq idik" 16.10.2026, 22:22
Yuri Maksimov: "Özümüzü çıxılmaz vəziyyətə saldıq" 16.10.2026, 21:50
"Şamaxı" - "Şəfa" 3:2 - VİDEO 16.10.2026, 18:55
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb