FutbolMedia.Az
  • 01:53 Çərşənbə
    30 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar"

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Futbolmedia.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov jurnalsitlərin suallarını cavablandırıb:

"Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik".

- Start heyətində bir sıra aparıcı oyunçular var idi, başqa cür də ola bilərdi. Burada vacib məqam hansı idi ki, start heyət oyunçuları oynayırdı?

- Zubir və Andrade "Çelsi" matçını sona qədər oynamamışdılar. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox. Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldu. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.

- "Qarabağ" oyunu üstün apardı. "Neftçi" gözlədiyiniz kimi oynadı, yoxsa necə?

- "Neftçi"də son matçlarda çox irəliləyiş var. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı anlayırlar.

- "Qarabağ"ın Avropada uğurları Şimali Kiprdə də izlənilir. Şimali kiprli azarkeşlərə nə demək istəyərdiniz?

- Burada sizləri görmək xoşdur. Biz ancaq sevinirik ki, "Qarabağ"ı müsəlman ölkələrində izləyirlər. O cümlədən də, böyük türk dünyası "Qarabağ"a baxır. Buradan qardaşlarımıza təşəkkür edirəm. Duaları bizimlədir, eyni qaydada da bizim də onlarla.

- "Qarabağ" bu uğurları daha çox nəyə borcludur?

- "Qarabağ" adı Azərbaycan üçün çox böyük önəm kəsb edir. Bu komandada rəhbərlik səviyyəsində futbolçulara bildirilib ki, burada ciddi, məsuliyyətli olmaq hər birimizin borcludur. İlk növbədə biz azərbaycanlıların, sonra legionerlərin. Onlar da bura gələndə, Qarabağ hadisələri ilə maraqlanırlar. Onlardan tələbimiz odur ki, işlərimizdə ciddi olacağıq. Bu komandada qeyri-ciddi olmaq haqqımız yoxdur. Rəhbərlik səviyyəsində həmişə fikir o olub ki, bu adı qoruyub-saxlayaq. Avropada bizdən daha böyük futbol ölkələri olsa da, məqsədimiz hər zaman layiqli oynamaqdır. Futbolçulara birinci bunu tapşırırıq. Biz deyə bilərik, onu icra etmək vacibdir. Oyunçular da bunu sevərək icra edirlər. İlk növbədə özüm, sonra kim varsa, onlar - məsuliyyətli olmaqdan başqa haqqımız yoxdur. Bunu komandaya bildiririk.

- Türkiyə klublarında prinsipiallıq var, derbiləri qazanmağı klubdan daha çox tələb edirlər, nəinki avrokuboklarda. Avrokuboklarda qələbə prinisipialdır, yoxsa "Neftçi" üzərində qələbə?

- Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyirlər. Hər klubun öz tələbi var. O da mühitə, insanlara uyğun belə qərar verirlərsə, onların yanındayıq (gülür).

- Millinin oyunlarından nə gözləyirsiniz?

- Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidir. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək istəməmişəm. Çünki o millimizdir, futbolçularımızdır. Uğurlar. İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdirlər.

- AFFA-nın əcnəbi futbolçuları milliləşdiriləcəyi deyilir. Zubirin də orada adı var. Legionerlərin milliləşdirilməsinə necə baxırsınız?

- Bu barədə danışmayaq. Hər quruma cavabdeh şəxslərin öz strategiyası var. Hansısa fikir bildirmək lazım olanda, fikir bildirmişik. Amma heç kimin qərarına hörmətsiz yanaşmaq istəmirik. Hörmətlə yanaşmışıq.

- "Neftçi"nin "Qarabağ"ın üzərindəki sonuncu qələbəsindən çox vaxt gedir. "Qarabağ" o qələbədən sonra "Neftçi"yə qarşı sanki amansızdır. Belə seriyanın yaranmasında o məğlubiyyətin və Samir Abasovun oyundan sonra "gəldik və çempionluğu "Qarabağ"dan qopardıq" açıqlamasının nə dərəcədə rolu var?

- O barədə heç düşünmürəm. Keçmişə qayıdaraq, işim

9-11-2025, 21:30
7778
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-10-2025, 00:15
Qurban Qurbanov:
Qurban Qurbanov: “Avropadan mənə təklif haqda düşünmürəm”
31-08-2025, 19:17
Qurban Qurbanov:
Qurban Qurbanov: “Danışıqlar çox çətinləşməyə başladı"
27-04-2025, 22:36
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzi yazılar həqiqəti əks etdirmir"
11-02-2025, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bir aya Kadini əvvəlki formasına qaytaracağıq”
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
29-09-2024, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın"
20-09-2024, 22:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir komanda üçün belə uğursuzluq arzulamıram"
1-09-2024, 23:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avropa Liqasındakı oyunlar bizim üçün daha çətin olacaq"
18-12-2023, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Gələn il mütləq daha yaxşı olmalıyıq"
8-10-2023, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunçularımızın hazırlığı yaxşı səviyyəyə qalxıb"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
24-10-2022, 19:12
Qurban Qurbanov:
Qurban Qurbanov: “Belə fikir formalaşıb ki, “Barselona” fəlsəfəsinə daha çox diqqət ayırıram"
  Xəbər Lenti
Fransa millisinin sabiq hücumçusu Olivye Jiru futbolla vidalaşdı - Xarici xəbərlər 29.09.2026, 19:09
Portuqaliyalı yarımmüdafiəçi Braziliya klubuna keçə bilər - Transfer xəbərləri 29.09.2026, 18:14
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta “Mançester Yunayted”ə keçir- Transfer xəbərləri 29.09.2026, 17:12
"Beşiktaş" ingiltərəli yarımmüdafiəçsini heyətinə qatmağa çalışır - Transfer xəbərləri 29.09.2026, 16:08
FIFA prezidenti Canni İnfantino Bakıda 29.09.2026, 15:30
Fatih Terim: “Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” 29.09.2026, 15:27
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı - YENİLƏNİR 29.09.2026, 14:33
Türkiyə – İtaliya 1:4 - VİDEO 29.09.2026, 14:03
"Qarabağ"ın legioneri Yamaykada zədələndi 29.09.2026, 13:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb