FutbolMedia.Az
  • 15:04 Şənbə
    11 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “Avropadan mənə təklif haqda düşünmürəm”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"lə oyundan (2:0) sonra mətbuat konfransı keçirib.


Futbolmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. O, əvvəlcə giriş sözlərində deyib:

- Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə getdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək. Məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi.

- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsınız, buna inanardınız?

- Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət əldə etdik. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Kollektiv oyundur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Düzdür. Ancaq meydana inamsız çıxsaq...Uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıb. Bəlkə 6 xal gözləməzdim, amma inanırdım.

- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?

- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.

- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı “Qarabağ”ı öz nəhənglərinə nümunə göstərir.

- Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğurun uğursuzluğu da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlarsa, bu qədər məlumat verilirsə, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.

- 2008-ci ildən başlayaraq, komanda bir neçə dəfə pley-offun astanasında dayandı. Qrup mərhələlərində də növbəti mərhələnin astanasındasız. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır?

- Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, "Qarabağ" mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Amma orada bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa. Əsas hədəf bu komandanı sağlam qo

2-10-2025, 00:15
18939
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-08-2025, 00:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu nəticəni ən çox azarkeşlər haqq edirdi"
24-07-2025, 08:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "3:0 hesabını unutmalıyıq"
27-04-2025, 22:36
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzi yazılar həqiqəti əks etdirmir"
13-12-2024, 08:03
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolda elə bir qayda yoxdur ki, hər il daha yaxşısını etməlisən"
1-09-2024, 23:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avropa Liqasındakı oyunlar bizim üçün daha çətin olacaq"
24-08-2024, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur"
15-12-2023, 08:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu gün hər şey gözəl sonluqla başa çatdı"
8-12-2023, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Yerli futbolçularla çox ciddi maraqlanırıq"
4-10-2023, 21:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təxribatlara ancaq qorxaqlıq kimi baxıram"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
24-10-2022, 19:12
Qurban Qurbanov:
Qurban Qurbanov: “Belə fikir formalaşıb ki, “Barselona” fəlsəfəsinə daha çox diqqət ayırıram"
17-05-2022, 20:46
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizi qarşıdakı daha böyük döyüşlər, uğurlar gözləyir"
  Xəbər Lenti
DÇ-2026-da 1/4 finalın son iki oyunu 11.07.2026, 13:15
İkker Kasilyasdan futbol oyunlarının formatı ilə bağlı təklif 11.07.2026, 12:12
“Arsenal” braziliyalı futbolçu üçün 90 milyon avro təklif edəcək - Transfer xəbərləri 11.07.2026, 11:30
Klublarımızın yaya transferləri - Gələnlər və gedənlər 11.07.2026, 11:07
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi 11.07.2026, 10:06
İspaniya millisinin lideri Yamal rekorda imza atdı - Xarici xəbərlər 11.07.2026, 09:14
“Araz-Naxçıvan” məşqlərə başladı 11.07.2026, 08:12
Yuri Vernidub: "Komandanın vəziyyəti yaxşıdır" 10.07.2026, 21:20
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi 10.07.2026, 20:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Dünən, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Dünən, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Dünən, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb