FutbolMedia.Az
  • 17:01 Şənbə
    1 Noyabr 2025
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda ""İmişli"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.

Futbolmedia.az xəbər verir ki, o, “Çelsi” ilə qarşıdan gələn Çempionlar Liqası matçı barədə də danışıb.

- Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim, sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.

- Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladınız ki, komanda "Çelsi" ilə oyunöncəsi daha çox forma yığsın?

- Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.

- Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiniz?

- Tətbiq edəcəyim bir şey yoxdur, yenilik də. Futbol ötürmə oyunudur. Biz bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. "Çelsi"nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.

- "Neftçi" Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiniz, xaricdə II Liqadan oyunçular gətirirsiniz. Belə fikriniz olub ki, ulduz futbolçu transfer edəsiniz?

- Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə "oynayır". Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.

- "Neftçi"nin hücum xəttindən çəkinmirsiniz?

- Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər.

- Joni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?

- Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün "23-lük"də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.

- Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?

- Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.

- Bugünkü heyəti 100 faiz "Çelsi" ilə matçın heyəti saymaq olar?

- Həyatda 100 faizlik heç nə yoxdur (gülür).

- "Çelsi" ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?

- Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. "Çelsi" dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.

Dünən, 20:17
6000
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-09-2025, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz"
31-08-2025, 19:17
Qurban Qurbanov:
Qurban Qurbanov: “Danışıqlar çox çətinləşməyə başladı"
18-08-2025, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu "Ferensvaroş" əvvəlkindən daha sürətli oynayır"
12-08-2025, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: “ÇL-də pley-off elə qrup kimidir”
27-04-2025, 22:36
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzi yazılar həqiqəti əks etdirmir"
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
10-11-2024, 22:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizə çox ciddi yanaşırlar"
20-09-2024, 22:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir komanda üçün belə uğursuzluq arzulamıram"
11-05-2024, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım çox əziyyət çəkdilər"
26-10-2023, 09:22
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu cür oyunlardan çəkinmirəm"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
17-08-2022, 23:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Düşündüyümdən də bərk komanda gördüm"
  Xəbər Lenti
A seriyası klubunda baş məşqçi istefası - Xarici xəbərlər 1.11.2025, 16:00
Millimizin oyunlarının təqvimi açıqlandı 1.11.2025, 15:07
Nqolo Kante karyerasını Fransada davam etdirə bilər - Transfer xəbərləri 1.11.2025, 13:20
“Real”da ayın futbolçusu Arda Güler seçildi - Xarici xəbərlər 1.11.2025, 12:18
“Borussiya” 3 xalı tək qolla qazandı - Almaniya Bundesliqası 1.11.2025, 11:27
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı - YENİLƏNİR 1.11.2025, 11:02
Azərbaycanlı FIFA referisi “Napoli” - “Ayntraxt” matçına təyinat aldı 1.11.2025, 10:11
Başı bəlalı Poqba yenə zədələndi - Xarici xəbərlər 1.11.2025, 09:13
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı 1.11.2025, 08:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
17-10-2025, 16:15
Yamal artıq pulsuz avtoqraf verə bilməyəcək -
Yamal artıq pulsuz avtoqraf verə bilməyəcək - Xarici xəbərlər
18-10-2025, 16:04
"Sabah" "Zirə" ilə matça ciddi itki ilə çıxacaq
22-10-2025, 14:22
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
18-10-2025, 08:14
“Turan Tovuz”– “Qarabağ”  1:2 -
“Turan Tovuz”– “Qarabağ” 1:2 - VİDEO
17-10-2025, 15:33
"Çelsi"nin aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
17-10-2025, 17:07
Albaniya klubunda oynayan Millimizin üzvünə Türkiyə klubu maraq göstərir
Albaniya klubunda oynayan Millimizin üzvünə Türkiyə klubu maraq göstərir
17-10-2025, 18:09
Qvardiola Rodrini əvəzləyəcək oyunçunu tapıb -
Qvardiola Rodrini əvəzləyəcək oyunçunu tapıb - Xarici xəbərlər
18-10-2025, 15:13
Abubakar
Abubakar "Neftçi" azarkeşlərinə müraciət etdi
18-10-2025, 11:04
PSJ öz meydanında xal itirdi -
PSJ öz meydanında xal itirdi - Fransa Liqası
18-10-2025, 17:06
“Nyukasl” italiyalı futbolçuya yeni müqavilə təklif edəcək -
“Nyukasl” italiyalı futbolçuya yeni müqavilə təklif edəcək - Xarici xəbərlər
16-10-2025, 17:16
Fransa klubu “Real”ın hücumçusu üçün təklif göndərəcək -
Fransa klubu “Real”ın hücumçusu üçün təklif göndərəcək - Transfer xəbərləri
19-10-2025, 12:02
“Qarabağ”ın rəqibinin yeni hədəfi –
“Qarabağ”ın rəqibinin yeni hədəfi – Braziliyalı müdafiəçi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb