FutbolMedia.Az
  • 10:49 Şənbə
    7 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanovdan

Qurban Qurbanovdan "Kopenhagen"lə oyun öncəsi açıqlamalar

"Sevindirici haldır ki, belə böyük turnirin oyunu yenidən Bakıda keçiriləcək. Həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis matça mümkün qədər yaxşı hazırlaşdıqlarını bildirib: "Çox yaxşı, ciddi rəqibə qarşı oynayacağıq. İnanıram ki, futbolçularımız yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər".

Q. Qurbanov vurğulayıb ki, dünyanın Azərbaycan futboluna diqqət ayırması sevindirici haldır: "Futbolda ciddi nəticələrimiz olmasa da, ciddi rəqiblərlə oyunlardakı qələbələr xalqımızı sevindirir, futbola yatırım etmək istəyən şəxsləri cəlb edir. Meydanda elə çıxış etməliyik ki, ölkəmizə, futbolumuza dəyər versinlər. Belə olanda hər birimiz stadiona ümidlə gəlirik. Biz bunu dərk edirik. Məsuliyyət olan yerdə uğur da olur".

Baş məşqçi deyib ki, oyun öncəsi futbolçularda qorxu yox, həyəcan var. O, futbolçuların mərkəzi arenada keçirilən oyunlarda özlərini daha rahat hiss etdiklərini vurğulayıb: "Bəlkə də Bakı Olimpiya Stadionu hazır olsaydı, oyunlarımızı orada keçirərdik. Çünki Çempionlar Liqası kifayət qədər nüfuzlu turnirdir. Orada da oynasaydıq, meydana eyni məsuliyyətlə çıxacaqdıq".

Mütəxəssis əsas heyəti fikrində formalaşdırdığını qeyd edib: "Müəyyən rotasiyalar ola bilər. Amma böyük ölçüdə heyəti müəyyənləşdirmişəm. Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir. Sadəcə, hər il daha da inkişaf edirlər. Bu il həyətlərində daha texnikalı və sürətli futbolçuları var. Klubun fəlsəfəsi isə dəyişməz olaraq qalır".

O, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün normal vəziyyətdə olduğunu söyləyib: "Bəzən müəyyən problemlər olur. Bu da iqlimlə bağlıdır. Amma hər il yaxşıya doğru gedir".

"Futbolda qələbənin düsturu olur. Biz də qalib gəlmək üçün çalışırıq. Təbii ki, məğlub da ola bilərik. Qarşımızda ciddi komanda var. Biz onların da göstərdiyi oyuna hazır olmalıyıq", - deyə Qurban Qurbanov fikirlərini tamamlayıb.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq

30-09-2025, 14:34
9950
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-08-2025, 08:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qətiyyən özümüzü rəqibdən üstün hesab etmirik"
6-08-2025, 00:42
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bakıda daha diqqətli və ciddi olmalıyıq"
23-07-2024, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oynamaq üçün şərait o qədər də yaxşı deyildi"
14-02-2024, 23:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç nəyə aldanmalı deyilik, real olmalıyıq"
26-10-2023, 09:22
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu cür oyunlardan çəkinmirəm"
28-08-2023, 00:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzən belə xal itkilərinə sevinirəm"
9-08-2023, 18:45
Qurban Qurbanov:
Qurban Qurbanov: “Görsəm ki, komandam gücünü itirib, o zaman narahat olaram"
5-10-2022, 13:13
Qurban Qurbanov:
Qurban Qurbanov: "Olimpiakos" bizi daha yaxşı tanıyır"
26-07-2022, 21:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyirik ki, matçın əsas vaxtında hər şey həll olunsun"
23-02-2022, 12:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "Riskə gedəcəyik"
15-02-2022, 16:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Böyümək istəyiriksə, özümüzə daha çox güvənməliyik"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
  Xəbər Lenti
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər" 7.11.2026, 09:10
Toral Bayramov öz qapısına qol vurdu - VİDEO 7.11.2026, 08:07
“Neftçi”nin baş məşqçisi Vernidub qələbələrin sirrini açıqladı 6.11.2026, 23:08
"Qarabağ" - "Turan Tovuz" 1:0 - VİDEO 6.11.2026, 22:15
Qurban Qurbanov: "Vəziyyəti düzəltməyə çalışacağıq" 6.11.2026, 21:13
Berdıyev: “Transferlərlə bağlı sualı klub prezidentinə verin” 6.11.2026, 21:08
“Tottenhem” Keyni geri qaytarmaq istəyir - Xarici xəbərlər 6.11.2026, 18:07
Mourinyo: “Ardanın bəzi problemləri var idi” 6.11.2026, 17:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb