FutbolMedia.Az
  • 18:25 Çərşənbə
    25 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Özümü qalib kimi hiss edirəm"

"Komandamıza göstərdikləri əzmkar, mübariz oyuna görə təşəkkür etmək istəyirəm. Dünən mətbuat konfransında da demişdim ki, böyük azarkeş kütləsi qarşısında oynamağımıza baxmayaraq, zövq alacağıq. Səfərdə güclü rəqibə qarşı çıxış etsək də, ilk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Bu, bizdə çox yaxşı alınırdı".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsində "Hayduka qarşı keçirdikləri cavab görüşündən (1:2, ilk oyun - 1:1) sonra deyib. O, mətbuat konfransında matçı və turnirlə vidalaşmaqlarını şərh edib:

"Ani bir diqqətsizlikdən sonra qol buraxdıq. Marko Livayanın ustalığı sayəsində hesab açıldı. Yenə də matçboyu oyunumuza sadiq qaldıq, hücumlara atılmağa çalışırdıq. Ən vacib dəqiqələrdə qırmızı vərəqə aldıq, meydanda azlıqda qaldıq. Amma hesabı bərabərləşdirdik. Əlavə vaxtda 10 nəfərlə oynayıb başabaş mübarizə aparmaq çox çətin idi. Amma futbolçularımız əllərindən gələnin artığını edirdlər. Rəqib cərimə zərbəsini çox yaxşı yerinə yetirdi və əla qol vurdu. Yenə də oyundan qopmadıq. Çalışdıq ki, hesabı bərabərləşdirək. Amma artıq bizdə alınmadı.

Futbolçularımı bağrıma basıram. Bu oyun göstərdi ki, biz inkişafdayıq, gündən-günə böyüyürük. Bu gün məğlub olsaq da, özümü qalib kimi hiss edirəm".

Mütəxəssis əlavə vaxtda "Hayduk"un vurduğu qələbə qolundan da söz açıb: "Təbii ki, hesabda geridə olanda qol buraxmamağa və imkan düşən kimi qol vurmağa çalışırsan. Amma əlavə vaxt başlayan kimi hakim cərimə zərbəsi təyin etdi. Rəqib də bundan ustalıqla yararlandı, yenə hesabda geriyə düşdük. Halbuki o dəqiqələrdə qol buraxmasaydıq, rəqib gərginləşəcəkdi. Bu halda da bizim əks-hücumlarımız, standart vəziyyətlərimiz daha təhlükəli ola bilərdi. Sadəcə olaraq 95-ci dəqiqədə qol vurdular".

1-08-2025, 08:10
11200
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-04-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İşimizi tərif üzərində qurmamışıq"
10-02-2025, 21:26
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "0:1 hesabı ilə uduzsaydıq, belə ağır olmazdı"
9-08-2024, 08:08
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İkinci hissədə üstün tərəf biz idik"
2-08-2024, 08:12
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Ağır səfərdən çox vacib qələbə ilə dönürük”
25-07-2024, 23:29
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəqib amansız mübarizə aparacaq"
25-07-2024, 23:00
Samir Abasov:
Samir Abasov: "30 faizlik şansımızdan bərk yapışacağıq"
18-07-2024, 23:26
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Günahı varsa, böyük cəza alacaq"
5-11-2023, 21:09
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir xal da bizim üçün yaxşı nəticə sayılacaqdı"
1-10-2023, 21:10
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumda keyfiyyətimiz çatmır"
20-12-2022, 22:25
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi" nə vurdusa, qol oldu"
8-05-2022, 23:04
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Komandam bu gün uduzmaq istəmirdi
1-10-2021, 01:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən daha çətin oyun gözləyirdim"
  Xəbər Lenti
"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - Xarici xəbərlər 25.11.2026, 18:09
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi 25.11.2026, 17:07
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb