FutbolMedia.Az
  • 10:14 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "30 faizlik şansımızdan bərk yapışacağıq"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la (Macarıstan) ilk oyunundan (1:2) sonra mətbuat konfransı keçirib.

Futbolmedia.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüş haqqında ümumi fikirlərini bölüşüb.

- Həddindən artıq çətin situasiya ilə üzləşdik. Azlıqda qaldıq. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Qol vurduq, yaxşı oynamağa başlamışdıq ki, istəmədiyimiz vəziyyət oldu. Dünən də demişdim ki, hər bir halda, matç iki oyundan ibarətdir. Qələbə qazansaydıq da, bunu deyəcəkdim. Cavab görüşü bundan da çətin olacaq. Üstünlük rəqibdədir, bizdə isə daha çox problemlər var. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları oyuna kökləməyə çalışacağıq.

- Sözsüz ki, oyunun taleyini qırmızı vərəqə həll etdi. Bu ana qədər üstün idiniz. Sadəcə bir an var idi ki, komanda qapanmağa çalışırdı. Bu, sizin tapşırığınız idi?

- Xeyr, tapşırıq deyildi. Son vaxtlar futbolda belə hallar o qədər olur ki... Qol vurursan, başqa oyun oynamağa başlayırsan. Həmin ərəfədə sadəcə öz oyunumuzdan çıxdıq. Təhlükəli epizodlar verməsək də, istəmədiyimiz, alışmadığımız oyunun şahidi olduq. Amma bunun da bir izahı var: təcrübəsiz komandayıq. Bəzi oyunçular konkret olaraq oyundan qopdu. Belə məsələlərin üzərində işləyəcəyik. Bunların hər biri bizimçün bir təcrübədir.

- Bu oyunda cavab görüşü üçün xoş siqnal gördünüzmü? Səfərdə sərfəli nəticəyə ümid etmək olar?

- Sözün açığı, tam fərqli br “Fehervar” gördük. Köhnə baş məşqçinin komandası ilə indiki "Fehervar" ayrı idi. Deyim ki, bizi əlavə nə iləsə təəccübləndirmədilər. Əfsuslar olsun ki, qoldan sonra 10 nəfərlə qalmağımız çətin oldu… Ən azından biz səfər oyununa çəkinmədən gedəcəyik. Macarıstandan qalib dönmək niyyətində olacağıq. Buna səbəb mənim komandamın oyunudur. Bəzi epizodlarda yaxşı oynadıq. 10 nəfər qalmağımıza, qırmızı vərəqə almağımıza köklənməyəcəyik. Pis tərəflərdən də nəticə çıxaracağıq və Macarıstana qələbə üçün gedəcəyik.

- Oyunöncəsi mətbuat konfransında demişdiniz ki, “Fehervar” “Qarabağ” istisna olmaqla digər komandalarımızdan bir baş üstündür. Oyun fikrinizi dəyişdimi?

- Dünən dedim ki, biz baxdığımız, ötən çempionatda izlədiyimiz “Fehervar” üstündür. Yeni baş məşqçini yalnız yoxlama oyunlarında görmüşdük. Yoxlama oyunlarında komandanı tutmaq olmur. Bir baş məşqçi olaraq öz komandanın oyunu belə yoxlama oyununda aldadıcı olur. Ya sən yaxşı olursan, ya rəqib zəif görünür. Mən danışdığım ötən mövsümün “Fehervar”ı idi. Həddindən artıq qeyri-adi intizamla oynayan komanda idi. Bütün futbolçular nə edəcəklərini bilirdilər. Biz bu cür komandalara qarşı nə qədər əziyyət çəkmişik, görmüşük. Bugünkü “Fehervar”dan nələrsə desəm, düz olmaz. Çünki uduzmuş komandayıq. Amma gördük ki, bu rəqibə qarşı oynaya bilərik. Ümidimiz mərhələ keçməkdir.

- Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı?

- 100 faiz. Ümidlərimiz də fərqli ola bilərdi. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Çünki bizdə başqa futbolçular yoxdu. Heyətlə bağlı çətinliklərimiz var. İstənilən halda 11 nəfərlə uduzsaydıq belə,yenə də səhvlərimizdən nəticə çıxarıb, səfərdə qələbəyə köklənəcəkdik. Bunu nə qədər bacaracağıq bilmirəm, amma mənim işim komandanı qələbəyə kökləməkdir. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.

- Macarıstandakı oyunda müdafiədə kimi oynadacaqsınız

25-07-2024, 23:00
13704
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-09-2023, 20:04
Samir Abasov:
Samir Abasov: "Kaş ki, rəqib qırmızı vərəqə almazdı"
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
5-11-2022, 22:12
Samir Abasov:
Samir Abasov: "Həddindən artıq əsəbiləşmişdim"
23-10-2022, 19:15
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bu dəfə onun cəzası daha sərt olacaq"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
30-07-2022, 17:14
Fariz Nəcəfov
Fariz Nəcəfov "Fehervar"a məğlubiyyətin səbəbini açıqladı
28-07-2022, 22:50
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Bir az şansımız olsaydı"
28-07-2022, 11:33
"Qəbələ" - “Fehervar”a qarşı - YENİLƏNİR
22-07-2022, 14:00
"Fehervar"ın futbolçusu : "Çoxlu qol imkanları yaratdıq"
22-07-2022, 10:13
"Fehervar"ının baş məşqçisi: "Oyun planında heç də hər şey ideal deyil"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
  Xəbər Lenti
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu 18.10.2026, 09:17
"Barselona" və "Atletiko" qalib gəldi - La Liqa 18.10.2026, 08:13
"Qarabağ" - "Neftçi" 3:3 - VİDEO 17.10.2026, 22:20
Vernidub: “Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” 17.10.2026, 21:30
Qurban Qurbanov: “Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” 17.10.2026, 21:10
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb