FutbolMedia.Az
  • 22:18 Cümə
    23 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
“Kəpəz”in qapıçısı Rojerio Santos:

“Kəpəz”in qapıçısı Rojerio Santos: “Deyirdilər ki, “Kəpəz” aşağıya doğru yuvarlanır”

“Kəpəz” dünən Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Tovuz şəhər stadionunda keçirilən matçdan sonra bölgə təmsilçisinin portuqaliyalı qapıçısı və oyunun ən yaxşılarından olan Rojerio Santos Futbolmedia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Əvvəlcə oyun haqda fikirlərini bölüşrdin…

– Oyun haqda onu deyə bilərəm ki, ilk hissəni çox yaxşı oynadıq və 1:0 önə keçdik. Bu da ikinci hissədə öz effektini göstərdi. “Sumqayıt”a qarşı yaxşı müdafiə olunduq. Ümumi götürəndə, “Kəpəz”in ən yaxşı oyunlarından biri demək olardı.

– Bir gün əvvəl keçirilən “Səbail”in səfərdə “Zirə” ilə matçını izləmisiz?

– Xeyr. Ötən gün oyuna baxmamışıq. Birincisi, bu gün (dünən) öz oyunumuz var idi, buna fokuslanmaq lazım idi. İkincisi də, biz işimizi kiminsə şansına buarxmağı deyil, öz oyunumuzu fikirləşirdik və bilirdik ku, burdan yaxşı nəticə ilə ayrılacağıq.

– “Səbail”in məğlubiyyətinin komandanızın “Sumqayıt”la matçdakı performansına hansısa təsiri oldu?

– Mənə görə heç bir fərqi yoxdur, bu barədə fikirləşmirdim. Sadəcə, bu oyuna köklənmişdik. İstədiyimizi əldə etdik, hesabımıza daha bir qələbə yazdırdıq.

– Premyer Liqadakı yerinizi qorumağınızı bu oyunda – doğma publika önündə təmin etmiş olsaydız, sevinc daha çox olardı?

– Biz onsuz da sevinciliyik, xoşbəxtik. Çünki ilk 8 oyunda “Kəpəz” məğlub olmuşdu. Heç kim inanmırdı ki, Premyer Liqada qala bilək. Hamı deyirdi “Kəpəz” aşağıya doğru yuvarlanır. Biz artıq sübut etdik ki, güclü komandayıq.

– Mövsüm sona yaxınlaşır. Həm “Kəpəz”in performansını, həm də özünün Azərbaycandakı karyeranı necə dəyərləndirirsən?

– İlk öncə öz işimi görmüşəm, komandaya xeyrim dəyibsə, nə yaxşı. Bu il qələbələrimiz daha çox top-komandalarla oyunlarda oldu. Bundan sonra da iki oyunumuz var və bu matçlarda da özümüzü qələbə ilə sevindirə bilərik.

– Gələcəyinlə bağlı qərar vermisən? Müqavilən yayda bitir…

– Xeyr. Hələ ki, heç bir danışıq yoxdur.

– Yeni müqavilə ilə bağlı təklif “Kəpəz”dən gəlsə, ilk seçimin burada qalmaq olacaq, yoxsa digərlərini dəyərləndirəcəksən?

– Hazırda heç bir danışıq yoxdu. Olarsa, dəyərləndirib özüm üçün ən yaxşı qərarı verəcəm.

– Oyunda münaqişə yaşandı. Buna münasibətin necədir?

– Bu, futboldur. Burada hər şey ola bilər. Bu da həmin hallardan biri idi.

– Yaxşı qurtarışların oldu. Səni oyunun qəhrəmanı saya bilərik?

– Biz burada individuallardan danışa bilmərik. Udanda da, uduzanda da bunu komanda şəklində edirik. Bir uğur varsa, bu, komandanın uğurudur. Şəxsi heç bir şey yoxdur.

12-05-2025, 14:01
13401
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-04-2025, 13:07
"Kəpəz"in qapıçısı: " Biz oyunda qol vurmaq imkanı yarada bilmədik"
16-12-2024, 21:40
Vaqif Cavadov:
Vaqif Cavadov: "Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur"
23-08-2024, 22:40
Şahin Diniyev:
Şahin Diniyev: "Hesab bizi aldatmasın"
11-03-2024, 14:23
"Zirə"nin futbolçusu: "Bir oyunda 20 qol imkanımız olur"
4-06-2023, 14:22
"Kəpəz"in qapıçısı Orxan Sadıqlı: "Hələ ki, rəsmi təklif gəlməyib" (Özəl açıqlama)
5-03-2023, 09:09
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: "Kəpəz"lə səfərdə çox çətin oyun olacaq"
4-03-2023, 09:02
Tural Axundov:
Tural Axundov: "Kənardan baş verənlər oyunumuz təsir göstərir"
20-12-2022, 09:14
"Kəpəz"in futbolçusu: "Qələbəmizə mane olacaq bir səbəb yoxdur"
3-12-2022, 16:07
"Kəpəz"in legioneri: "Qalib gəlməkdən başqa yolumuz yoxdur"
27-08-2022, 15:43
"Kəpəz"in futbolçusu: "Azarkeşlərin dəstəyinə ehtiyacımız var"
16-03-2022, 10:12
Ülvi İsgəndərov:
Ülvi İsgəndərov: "Potensialım bundan da, yaxşı oynamağa imkan verir"
1-12-2021, 09:03
Tural Axundov:
Tural Axundov: “Sumqayıt”ı məğlub edib, fasiləyə yaxşı mövqedə yollanmaq istəyirik"
  Xəbər Lenti
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı - Xarici xəbərlər 23.10.2026, 18:09
“Tottenhem” “Benfika”nın hücumçusu Vangelis Pavlidisi istəyir - 100 milyon avroya 23.10.2026, 17:07
“Barselona”nın müdafiəçisi Jerar Martin “Bayern”ə keçə bilər - Transfer xəbərləri 23.10.2026, 16:15
"Yuventus"un müdafiəçisi "Bayer"in hədəfində - Transfer xəbərləri 23.10.2026, 15:13
“Brayton”un yarımmüdafiəçisi Yasin Ayari üçün böyük məbləğ istəyir - Transfer xəbərləri 23.10.2026, 14:00
“Beşiktaş” (Türkiyə) – “Kristal Pelas” 2:2 - VİDEO 23.10.2026, 13:14
“Araz-Naxçıvan” – “Qəbələ”yə qarşı - YENİLƏNİR 23.10.2026, 12:33
Arda Gülər "Real"la yeni müqavilə imzalayacaq? - Xarici xəbərlər 23.10.2026, 12:02
Mareska: “Futbolda sadəliyin tərəfdarıyam” 23.10.2026, 11:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
28-09-2026, 14:00
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb