FutbolMedia.Az
  • 15:15 Çərşənbə axşamı
    8 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Emil Balayev:

Emil Balayev: “Neftçi” üçün rəqibin kimliyi önəm daşımır”

“Neftçi”nin qapıçısı Emil Balayev Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?

- Bizim üçün çətin səfər oyunu idi. “Şamaxı” həqiqətən də yaxşı kollektivdir. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar da burada çox xal itiriblər. Əzmkar oyunçularla seçilən komandadır. Bu səbəbdən də matça çox ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətimizdə zədəli oyunçu çoxdur. Məsuliyyəti hər bir futbolçu dərk edirdi. Baş məşqçimiz qapıçını oyunçu kimi belə meydana buraxsa, qələbə üçün canımızı qoyarıq. Hər oyunçu əzmkarlığı, istəyini meydançada qoydu. Şükürlər olsun ki, qələbə qazandıq.

- Bir neçə turdan sonra sizi yenidən start heyətində gördük...

- İlyarımlıq zədədən sonra bir neçə matçda meydana çıxmışdım. Lakin bu, ilk “quru” oyunum idi. Əvvəlki matçlarda qapımda qol görmüşdüm, bu dəfə isə rəqibin fərqlənməsinə imkan vermədik. Sevinirəm ki, oyun bu cür sonluqla bitdi. Komandada 30 futbolçu varsa, hər biri meydana çıxa bilər. Kimə şans verilsə, əlindən gələni etməli, yaxaladığı fürsəti dəyərləndirməlidir.

- Qeyd etdiyiniz kimi, heyətdə zədəli futbolçular çoxdur. Qarşıda isə “Neftçi”ni “Zirə”, “Qarabağ” və “Sabah”la oyun gözləyir. Bu çətin qrafikə komanda nə dərəcədə hazır olacaq?

- Bu, psixoloji cəhətdən bizə təsir etməli deyil. Biz “Neftçi”yik, nəyisə səbəb kimi göstərmək olmaz. Rəqibin kimliyi önəm daşımır. Təbii ki, heç kim zədədən sığortalanmayıb. Ona görə də qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Hər futbolçu məsuliyyəti dərk edir. Ola bilər taktiki, texniki cəhətdən hansısa səhv olsun, lakin həmin çatışmazlığı istək, əzmkarlıq, mübarizliyin sayəsində sığortalamalıyıq.

- Matçdan sonra azarkeşlərlə dialoqunuz oldu. Nə barədə danışırdınız?

- İlk növbədə azarkeşlərə təşəkkürümü bildirdim, səfərdə oynasaq da, onların sayəsində özümüzü evdəki kimi hiss etdik. Söhbət etdik. Hamımız - azarkeşlər də, futbolçular da başa düşürük ki, “Neftçi” həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparıb. Biz də istəyirik ki, komanda yüksək nəticələr qazansın, Avropaya yollansın. Şanslarımız bitməyib. Hər şeyi edəcəyik ki, istəyimizə çataq.

- “Sabah” və “Turan Tovuz”un ardıcıl xal itkiləri “Neftçi”ni dördüncü yeri tutmağa ümidləndirib?

Bəli, riyazi olaraq şansımız var. Lakin indiki məqamda gələcək oyunları deyil, yalnız hər növbəti matça köklənməliyik. Qismət Allahdandır. Biz beynimizdə bilməliyik ki, hədəfimiz var və əlimizdən gələni etməliyik ki, ona çataq. İnanıram ki, “Neftçi” ailəsinin hər bir üzvü bunu dərk edir.

- Çempionatdan şans qalsa da, əsas ümid kubokadır. “Sabah”la cavab matçında geridönüş etmək mümkün olacaq?

Dediyim kimi, biz yalnız hər növbəti matçı düşünürük. İndi kubok barədə düşünmürük. Qarşıda bizi “Zirə” ilə çətin çempionat oyunu gözləyir. Bütün fikrimiz yalnız həmin matçdadır.

8-04-2025, 12:20
11803
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-03-2025, 00:21
Santuş:
Santuş: “Sanki uduzmağa çıxmışdılar, qələbə qazanmağa yox”
29-11-2024, 14:00
Mikautadze:
Mikautadze: "Yaxşı ki, "Qarabağ" qol imkanlarını dəyərləndirə bilmədi"
20-10-2024, 11:08
Emin Mahmudov:
Emin Mahmudov: "Samir Abasovun gəlişi həmişə düzgün qərardır "
18-05-2024, 20:31
Bojoviç:
Bojoviç: "Sabah"la oyunda yalnız qələbə haqda fikirləşəcəyik"
11-03-2024, 08:43
Kevin Medina :
Kevin Medina : Çətin olsa da,"Bayer"lə oyunda uğur qazanmaq istəyirik"
24-04-2023, 15:40
Tərlan Quliyev:
Tərlan Quliyev: " İlk 15 dəqiqədə "Neftçi" güclü təzyiq edəcək"
15-04-2023, 19:07
Ayxan Abbasov:
Ayxan Abbasov: “Qarşımıza Konfrans Liqasına vəsiqə hədəfi qoyulmayıb"
12-11-2022, 19:30
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi"ni bu mübarizədən silməyə tələsmək olmaz"
10-08-2022, 21:54
Əkbər Vəliyev: “Neftçi” kimi güclü rəqibə qarşı yaxşı oyun sərgilədik
Əkbər Vəliyev: “Neftçi” kimi güclü rəqibə qarşı yaxşı oyun sərgilədik"
12-12-2021, 18:34
Səna Qurbanov:
Səna Qurbanov: "İstəyirik ki, fasiləyə qələbə qazanıb, yaxşı əhval ruhiyyə ilə yollanaq"
5-12-2021, 18:10
Tural Axundov:
Tural Axundov: "Əvvəlki yüksək idman formamı bərpa etmişəm"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
  Xəbər Lenti
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda 8.09.2026, 14:15
“Arsenal” “Əl-Əhli”də çıxış edən hücumçu ilə maraqlanır - Transfer xəbərləri 8.09.2026, 13:14
“Fiorentina”nın yeni baş məşqçisi bəll oldu - Xarici xəbərlər 8.09.2026, 12:11
"Neftçi"nin yeni transferi: "Mən çox qaçıram, bu, mənim əsas üstünlüyümdür" 8.09.2026, 11:30
"Barselona"dan ötən mövsümdə rekord gəlir - Xarici xəbərlər 8.09.2026, 11:07
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 8.09.2026, 10:15
"Udineze" - "Latsio" 1:2 - VİDEO 8.09.2026, 09:13
Millimizin üzvü Toral oynadı, "Bursaspor" qələbə qazandı 8.09.2026, 08:02
“İnter”in müdafiəçisi Federiko Dimarko “Real”la oyuna hazırdır - Xarici xəbərlər 7.09.2026, 18:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
20-08-2026, 11:06
“Hapoel”ə (Beer-Şeva, İsrail) -  “Sabah” 2:1 -
“Hapoel”ə (Beer-Şeva, İsrail) - “Sabah” 2:1 - VİDEO
20-08-2026, 18:04
Arteta daha bir hücumçu istəyir -
Arteta daha bir hücumçu istəyir - Xarici xəbərlər
19-08-2026, 08:10
Dambrauskas:
Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb