FutbolMedia.Az
  • 18:37 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Fernandu Santuş:

Fernandu Santuş: "Əmin ola bilərsiniz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.

Futbolmedia.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Ramil Şeydayevlə Emin Mahmudovu bağışlamısınız?

- Necə yəni bağışlamaq? Kimisə bağışlayacaq adam deyiləm. Hansısa futbolçumuz üçün cəza prinsipi yoxdur. Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram. Düzdür, verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Ancaq futbolçunu xoşum gəlir, ya gəlmir deyə, onu milliyə dəvət etmirəm. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm.

- Emin Mahmudov "Neftçi"də son iki matçda oynamayıb. Onu milliyə dəvət etmək nə dərəcədə doğrudur?

- Tibb heyətindən məlumat verilib ki, heç bir zədəsi yoxdur. Yeganə Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Bəhlul Mustafazadədə zədə şübhəsi var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq. Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.

- Dördüncü oyundan sonra millimizi neçə xalla neçənci pillədə görürsünüz?

- Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.

- Deyirsiz ki, mentaliteti dəyişmək lazımdır. Canni De Byazi də eyni sözü demişdi, amma bunu bacarmadı. Mentaliteti dəyişmək üçün neçə il lazımdır? Hansı addımları atmalısınız ki, mentalitet dəyişsin?

- Dəyişəcəyik, dəyişməliyik. Hansı futbolçu mentaliteti dəyişmək istəməyəcək, seçimimizi başqa futbolçudan yana edəcəyik. Futbolçularıma inanıram. İnanıram ki, mentalitet dəyişikliyinə hazırdırlar. İkinci dəfə bir yerə yığışacağıq. Çətin olsa da, çalışacağıq ki, mentaliteti dəyişək. Qərarlar verməliyik. Buraya nələrisə dəyişmək üçün gəlmişəm. Hansı addımları atmaq lazım olduğunu bilirəm. Hamısına şamil etmirəm, bir çox futbolçu var ki, daha çox özləri haqda düşünürlər. Amma komanda kimi fikirləşmək lazımdır. Dəyişəcək əsas şey budur. Futbolun inkişafını istəyiriksə, bu məsələlər dəyişməlidir. Fərdilikdən əl çəkmək lazımdır.

4-10-2024, 12:04
17826
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-08-2024, 08:27
Krunoslav Renduliç:
Krunoslav Renduliç: "Bunu düşünsəm, iki günə dəli olaram"
20-11-2023, 09:20
Canni De Byazi:
Canni De Byazi: "Azərbaycan millisinin inkişafını görmək istəmirsiniz"
12-11-2023, 21:31
Şahin Diniyev:
Şahin Diniyev: "Qarabağ"ın əsas heyətlə oynayacağını gözləmirdik"
4-08-2023, 09:42
Emin Mahmudov:
Emin Mahmudov: "İndidən “Beşiktaş” barədə düşünməməliyik"
23-12-2022, 19:06
Regekampf:
Regekampf: "Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin"
22-10-2022, 21:50
Samir Abasov:
Samir Abasov: "Bunu açıq şəkildə deməyin vaxtı deyil"
1-10-2022, 20:34
Regekampf:
Regekampf: "Biz "Neftçi"yik, kiməsə çatmağımıza ehtiyac yoxdur"
23-09-2022, 08:17
De Byazi:
De Byazi: "Daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim"
7-04-2022, 15:58
Emin Mahmudov:
Emin Mahmudov: "Bunu demək düzgün olmaz"
29-03-2022, 22:00
Milan Obradoviç:
Milan Obradoviç: "Qorxuram ki, futbolçularım A milliyə gedəcəklər"
7-09-2021, 22:45
De Byazi:
De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim, amma qalsın"
13-07-2021, 19:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Artıq "Neftçi"nin zəif tərəflərini bilirik"
  Xəbər Lenti
“Real” klubu “Mançester Yunayted”in hücumçusuna göz qoydu - Transfer xəbərləri 12.10.2026, 18:03
“Barselona”nın müdafiəçisi Jül Kunde “Bayern”in transfer siyahısında - Transfer xəbərləri 12.10.2026, 17:31
"Milan"da Matteo Qabbiya şoku - Xarici xəbərlər 12.10.2026, 17:00
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirdi 12.10.2026, 16:07
"Slaviya"nın futbolçusu: "Sabah"ı məğlub etmək üçün yaxşı şansımız var" 12.10.2026, 15:26
“Qalatasaray”ın ulduzu Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır" 12.10.2026, 14:25
“Real” Martin Zubimendini transfer etmək istəyir - Transfer xəbərləri 12.10.2026, 14:05
“Real”da baş məşqçi Joze Mourinyo fasilədən narazıdı - Xarici xəbərlər 12.10.2026, 13:11
Gürcüstanlı futbolçu İtaliya klublarının diqqətində - Transfer xəbərləri 12.10.2026, 12:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb