FutbolMedia.Az
  • 23:59 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Canni De Byazi:

Canni De Byazi: "Azərbaycan millisinin inkişafını görmək istəmirsiniz"

“Oyundan qabaq da bizi çox ağır oyun gözlədiyini demişdim. Belə də oldu. Güclü rəqiblə oynadıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesab ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis yığmanın əlindən gələni etdiyini deyib: "Belçika yığması qrupun ən güclü komandasıdır. Hansı ki, cəmi bir heç-heçələri vardı, o da məlum səbəblərdən İsveçlə başa çatmamış oyun idi. Qalan bütün oyunlarında qələbə qazanmışdılar. Bizim üçün üç gündən bir oynamaq çox çətindir. Öz meydanımızda Belçikaya qarşı ilk oyunda çox yaxşı oynamışdıq. İsveçlə, Estoniya ilə oyunlarımız çox yaxşı keçmişdi. Az xal qazansaq da, hər bir oyunda sonadək vuruşduq. Bugünkü oyuna gəlincə, 24-cü dəqiqədə 10 nəfərlə qalandan sonra oynamaq çox çətin idi. Uşaqlar bundan artığını bacarmazdılar”.

İtaliyalı məşqçi əsas heyətə Coşqun Diniyevi yox, Eddi İsrafilovu daxil etməsinin səbəbini açıqlayıb: “Dediyim kimi, üç gündən bir oynamaq bizim üçün çox çətin olur. Xüsusilə də fiziki baxımdan. Bunu nəzərə almaq lazımdır. Həmişə fiziki hazırlıq üzrə məşqçidən oyunçuların durumunu soruşuram, onların özləri ilə söhbətləşirəm ki, durumlarını bilim. Bu gün Eddini ilk dəqiqələrdən meydanda gördünüz. İsveçə qarşı çox yaxşı oynamışdı. Beynimdə vardı ki, ilk hissədə Eddi oynasın, fasilədən sonra Coşqunu buraxaram. Amma alınmadı. Ramil Şeydayevlə Bəhlul Mustafazadə də cəzalı durumda olduqları üçün əvəzlənmişdilər".

O, Azərbaycan millisinin oyunun 2-ci hissəsində daha yaxşı çıxış etdiyini deyib: "İkinci hissədən daha çox razı qaldım. Fasilədə uşaqlarla danışdıq. Düzdür, yenə qol buraxdıq, amma xarakter göstərdik. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə də qalsaq, sonadək döyüşməliyik”.

Mütəxəssis jurnalistlər tərəfindən tənqid olunmasına da toxunub: "Karyeramda ilk dəfə belə halla rastlaşıram. Mənim günahım deyil. Burada işləyirəm və sizinlə görüşməyə məcburam. Bizim inkişafımızı görmək istəmirsiniz. Qat-qat çox iş görmüşük. Mentaliteti dəyişirik”.

Sonda Canni De Byazi azərbaycanlı jurnalistlərin tənqidi suallarına əsəbiləşərək mətbuat konfransını əsəbi halda tərk edib.

20-11-2023, 09:20
14499
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-11-2023, 23:53
De Byazi:
De Byazi: "Komanda inkişaf edir, bu, göz qabağındadır"
13-10-2023, 22:43
Canni De Byazi:
Canni De Byazi: "Yaxşı oyun nümayiş etdirdik"
28-09-2023, 08:35
De Byazi:
De Byazi: "Belçikaya qarşı matçda yaxşı oynamışdıq"
13-09-2023, 08:11
De Byazi:
De Byazi: "Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik"
28-03-2023, 08:02
De Byazi biabırçı məğlubiyyətdən sonra:
De Byazi biabırçı məğlubiyyətdən sonra: "Əla oyun göstərdik"
6-01-2023, 08:31
De Byazi:
De Byazi: "İnanıram ki, belə davam edəcəyik"
13-06-2022, 22:30
De Byazi:
De Byazi: "Sizin üçün nəticə önəmlidir, amma..."
7-06-2022, 08:28
De Byazi:
De Byazi: "Günü-gündən irəliləyiş var"
26-03-2022, 00:32
De Byazi:
De Byazi: "Çoxlu qollar buraxmağımız məni narahat edir"
9-10-2021, 23:10
De Byazi:
De Byazi: "Futbolçularıma dedim ki, başınızı dik tutun"
2-09-2021, 01:38
Canni De Byazi:
Canni De Byazi: "Çox sadə iki qol buraxdıq"
2-06-2021, 23:01
De Byazi:
De Byazi: "Onlar bizim gələcəyimizdir”
  Xəbər Lenti
"Mançester Yunayted" - "Tottenhem" 1:1 VİDEO 11.10.2026, 13:05
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - YENİLƏNİR 11.10.2026, 12:04
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb