FutbolMedia.Az
  • 16:28 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Qara Qarayev komandamda olsa, çox sevinərəm" -

"Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. "Neftçi" kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 8-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, gələcəkdə daha yaxşı çalışacaqlarına söz verib: “Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlarda ruhsuz oyunlar idi. Məşqçilərdə və futbolçularda ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. Əfsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm".

Mütəxəssis oyundan öncə azarkeşlərlə keçirdiyi görüş haqda danışıb: ”Sırf mənimlə görüşməyə gəlmişdilər. Mənə dəstək olmuşdular. Yazıları görürlər, motivasiyamın düşdüyünü hiss edirlər, bilmirəm. Dedilər ki, şəhər olaraq yanındayıq. Nə olursa-olsun. Bunu hiss etmək hər məşqçiyə lazımdır”.

S. Abasov futbolçusu Rəhim Sadıqova böyük inamı olduğunu qeyd edib: “Rezabala çox yaxşı oynadı. Tək o yox, hamısı yaxşı performans göstərdi. Rəhimə də inamım sonsuzdur. Bu periodu da keçəcək. Rəhimin keyfiyyəti, bacarığı var. Onun minusu var, özünə də demişəm, öz ab-havasından çıxmağa çalışmır. Öz oynadığı futbolu üstün sayır. Rəhimi yola da gətirəcəyik, ona inanırıq. Oyuna ehtiyatdan girməsi sırf Rəhim və Rövlan üçün atılan addım idi. Bəzi oyunçuların kənardan matça baxmağa ehtiyacı var”.

O, oyunçularının matç ərzində yorulmalarını vurğulayıb: “Futbolçuların üzüntələrini görürəm. Bizdə fiziki baxımdan dizbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Hamısı optimal vəziyyətə gəlsin. Alan Dias bir ilə yaxındır futbol oynamır”.

Mütəxəssis komandanın daha motivasiyalı oynamasının səbəblərindən də söz açıb: “Bəziləri ilə ciddi danışdıq. Tresor Mossini əvəzediciyə göndərdik,. Məqsəd ağıllarını yerinə oturtmaq idi. Bizə ən çox motivasiyanı verən azarkeş idi. "Neftçi"yə qarşı oyunda niyə motivasiyalı olmalı deyiləm? Hamımız olmalıyıq”.

S. Abasov "Neftçi" və "Sumqayıt" bu mövsüm istəniləni vermir. Qarşıdakı dövrədə "Neftçi"-"Sumqayıt" görüşü möhtəşəm səviyyədə geri dönəcək?” sualına belə cavab verib: “Epizodlarımız var idi. Ən azından yarı faizinin qola çevirsəydik, rahat danışardım. Böyükhesablı qələbə qazana bilərdik. Amma uduzmaq da mümkün idi. Futbolçuların göstərdiyi ruhu gördüm, bəyəndim. Bizdə bu çatışmırdı. Biz bütün oyunlara köklənməliyik”.

O, növbəti oyun “Qarabağ”la qarşılaşma haqda da danışıb: “Heç nə gözləməyəcəyik. Uduzmağı da göz qabağına alıb bəzi şeylər etməliyik. Çünki axırı daha pis ola bilər. Əsas olan ruhumuzu qaytarmalıyıq. Bizi bu cür oyuna görə tanıyırlar. Biz çox "klass"la görünən komanda deyilik. Komandamız oyuna çıxanda oynamaq istəmir. İnsanlar bizi bu cür tənqid edirdi. Bu da haqlıdır. Qışa qədər komandanı yerinə oturtmalıyıq”.

Mütəxəssis hər iki komandanın pis günlər yaşadığını vurğulayıb: “İki autsayder oynayırdı. "Neftçi" haqda danışa bilmərəm. İxtiyarımda deyil. Öz oyunumuzu qaytarmaq istəyirik. İki komanda da yaxşı günlərini yaşamır. Bizə uğurlar”.

O, “Neftçi”dən yeni ayrılmış və hazırda klubsuz qalmış Qara Qarayevlə heç bir əlaqə saxlamadıqlarını qeyd edib: “Qara Qarayev hər bir kluba lazımlı futbolçudur. Hər klubun öz siyasəti, işi var. O qərarlara qarışa bilmərik. Qara ilə danışmamışıq. Heç bir əlaqəyə çıxmamışıq. Mənim komandamda olsa, çox sevinərəm”.

Mütəxəssis “Samir Abasovla klub prezidenti arasında narazılıq var?” sualına belə cavab verib: “Xeyr”.

29-09-2024, 08:19
11268
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-08-2024, 21:18
Samir Abasov:
Samir Abasov: "Neftçi"dən təklif gələndə bəzi insanlar kimi qaçmaq fikrində deyildim"
11-08-2024, 08:20
Şahin Diniyev :
Şahin Diniyev : "Neftçi"ni məğlub edə bilərdik"
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
26-08-2023, 11:15
Samir Abasov:
Samir Abasov: "Daha yaxşı komanda görəcəyimizə inanıram"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
5-02-2023, 21:14
Regekampf:
Regekampf: "Bu inamı mənə futbolçularım verib"
23-12-2022, 21:15
Samir Abasov:
Samir Abasov: "Bu, komandanın ümumi bəlasıdır"
5-11-2022, 22:12
Samir Abasov:
Samir Abasov: "Həddindən artıq əsəbiləşmişdim"
22-10-2022, 21:50
Samir Abasov:
Samir Abasov: "Bunu açıq şəkildə deməyin vaxtı deyil"
7-02-2022, 22:05
Samir Abasov:
Samir Abasov: "Təəssüf ki, qələbə qazana bilmədik"
25-08-2021, 20:48
Samir Abasov:
Samir Abasov: "İsrailə elə-belə gəlməmişik"
  Xəbər Lenti
Ferran Torres ən yaxşı seçildi - Xarici xəbərlər 10.10.2026, 16:24
"Çelsi"dən Palmer qərarı - Transfer xəbərləri 10.10.2026, 15:32
Avropa federasiyaları beynəlxalq təqvimin dəyişdirilməsini istəyir 10.10.2026, 14:29
“Yuventus” hücumuçsu Nik Voltemadeni transerindən peşimandı - Xarici xəbərlər 10.10.2026, 13:25
Ronaldodan 980-cı qol - Xarici xəbərlər 10.10.2026, 12:29
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR 10.10.2026, 12:00
Mikels: “Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” 10.10.2026, 11:06
"Qalatasaray" - "Kasımpaşa" 3:1 - VİDEO 10.10.2026, 10:15
Millimizin üzvü Mahirin komandası yenə uduzdu 10.10.2026, 09:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb