FutbolMedia.Az
  • 04:18 Bazar ertəsi
    28 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Elvin Cəfərquliyev:

Elvin Cəfərquliyev: "Fikrimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır"

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin Futbolmedia.az saytına müsahibəsi

- “Qarabağ” çempionluq kubokuna qovuşdu. Əvvəlcə təəssüratlarınızı öyrənmək istərdik.

- Təəssüratlarım çox əladır. Gördüyünüz kimi, stadionda əla ab-hava var idi. Komanda yoldaşlarımı, rəhbərliyi, azarkeşləri – bir sözlə, hər kəsi təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da növbəti çempionluqlarımızı qeyd edək.

- Bu çempionluğun əvvəlkilərdən nə fərqi var idi?

- Açığı, o qədər də fərq görmürəm. Düzdür, mövsüm ərzində çətin oyunlarımız oldu. Ümumiyyətlə, çempionluq asan əldə olunmur. Komanda olaraq çox yaxşı çıxış elədik. Düşünürəm ki, qızıl medallara layiq idik.

- Sona 8 tur qalmış çempionluğun rəsmiləşməsi nəyi göstərir: “Qarabağ” çox güclü idi, yoxsa rəqiblər istənilən səviyyədə deyildilər?

- “Qarabağ” çox gülcüdür deyə bilmərəm. Düzdür, bu dəfə çempionluğu nisbətən erkən təmin etdik. Əvvəlki mövsümlərdə elə olurdu ki, sona qədər mübarizə gedirdi, yaxud mövsümün yekunlaşmasına 2-3 tur qalmış çempionluğumuz rəsmiləşirdi. Belə hallar olur. 8 tur öncədən çempion olmağımız o demək deyil ki, biz çox güclüyük, digərləri zəifdir. Xeyr, belə deyil. Özünüz də gördünüz ki, 2-3-4-cü yerlər uğrunda son dəqiqəyə qədər mübarizə getdi.

- "Qarabağ” mövsümü “qızıl dubl”la başa vura biləcək?

- Fikrimiz budur. Bizim üçün hələ mövsüm bitməyib. Artıq bütün diqqətimizi finala yönəldəcəyik. Həmin matçda da qalib gəlmək istəyirik.

- Bəlkə də hələ tezdir bu barədə danışmaq, amma istənilən halda azarkeşlərə maraqlıdır: yeni mövsümdə avrokuboklarda “Qarabağ”dan nə gözləmək olar?

- Düz qeyd edirsiniz, bu barədə danışmaq üçün hələ tezdir. Ümumi olaraq deyə bilərəm ki, “Qarabağ” həmişə maksimumu edib. Yenə də bacardığımız qədər irəli getməyə çalışacağıq.

- Bu mövsüm Çempionlar Liqası (ÇL) fərqli formatda keçiriləcək, ilklər isə həmişə maraqlı olur. Bu məqam “Qarabağ”ın ÇL-in qrup mərhələsində oynamaq üçün motivasiyasını artıra bilər?

- İndidən bu barədə bir söz deyə bilmərəm. Bunu yalnız turnirdə oynayandan sonra görərik (gülür).

27-05-2024, 12:00
17511
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-02-2024, 13:07
Andrey Lunyov: “Bəlkə də komandanın fikri daha çox “Braqa” ilə matçda idi”
Andrey Lunyov: “Bəlkə də komandanın fikri daha çox “Braqa” ilə matçda idi”
27-07-2023, 07:47
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həmişə Şahruddin barədə sual verməyə tələsirsiniz"
29-05-2023, 14:22
Elvin Cəfərquliyev:
Elvin Cəfərquliyev:
13-05-2023, 23:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq"
12-04-2023, 18:22
Abdullah Zubir:
Abdullah Zubir: "Qarabağ"da özümü çox xoşbəxt hiss edirəm"
3-04-2023, 15:54
Tural Axundov:
Tural Axundov: "Səbail"i məğlub edib, vacib 3 xalı qazandıq"
27-05-2022, 23:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bundan əl çəkməyəcəyik"
21-05-2022, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bütün futbol camiəsi sağ olsun”
3-05-2022, 21:36
Murad Musayev:
Murad Musayev: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir"
25-04-2022, 16:22
“Qarabağ”a 9-cu çempionluq üçün cəmi 1 xal lazımdır
“Qarabağ”a 9-cu çempionluq üçün cəmi 1 xal lazımdır
11-02-2022, 21:30
Sənan Qurbanov:
Sənan Qurbanov: "3 milyonluq komanda 25 milyonluq komandaya qarşı oynayırdı"
3-11-2021, 13:23
Kadi:
Kadi: "Həmin gün döyüşçülər kimi vuruşduq"
  Xəbər Lenti
İngiltərə millisinin baş məşqçisi Tuhel İspaniyaya məğlubiyyətdən şok yaşayıb 27.09.2026, 21:20
Harri Keyn: ​"İspaniya boş yerə dünya çempionu olmayıb" 27.09.2026, 20:16
"Vasko da Qama" klubu "Qalatasaray"ın futbolçusunu komandada saxlayacaq - Transfer xəbərləri 27.09.2026, 18:03
"Liverpul" üçün Aleksandr İsak şoku - Zədələndi 27.09.2026, 17:10
Xorvatiya millisinin kapitanı Luka Modriçdən tarixi qol - 27.09.2026, 16:08
Litva - Azərbaycan oyunu bu kanalda 27.09.2026, 15:26
“Tottenhem”in müdafiəçisi “Mançester Yunayted”in hədəfində - Transfer xəbərləri 27.09.2026, 14:30
"Qəbələ"nin futbolçusu Şahin Şahniyarov zədələnib - Özəl Xəbər 27.09.2026, 14:00
“Barselona”nın futbolçusu Olmo: “Düşünürəm ki, ətrafımızda xüsusi səs-küy yoxdur" 27.09.2026, 13:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb