FutbolMedia.Az
  • 10:25 Cümə
    14 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Həmişə Şahruddin barədə sual verməyə tələsirsiniz"

"Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddinən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Rakov"la səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: "Meydanda iki yaxşı kollektiv var idi. İlk hissədə bəlkə də daha qapalı futbol gedirdi. Amma ikinci hissədə boş zonalar daha çox oldu. Böyümək üçün faydalı oyun idi. Rəqibi daha yaxından tanıdıq. Bakıda bu komandaya qarşı daha diqqətli olmağa çalışacağıq. "Rakov"un istənilən an qol vurmaq bacarığı var. İnanıram ki, Bakıda daha yaxşı oynayacağıq. Futbolçuların hər birindən razı qaldım".

Q.Qurbanov oyunda qolla nəticələnən səhvlərlə yadda qalan qapıçı Şahruddin Məhəmmədəliyev və mümkün qapıçısı transferi ilə bağlı sualı da cavablandırıb: "Həmişə Şahruddin və ya başqa futbolçular barədə sual verməyə tələsirsiz. Bu, futboldur. Futbolda elə hallar olur ki, qaçılmazdır. Kənardan bəlkə bir az fərqli görünür. Amma epizoda yaxın olsaz, tam fərqli fikirdə olarsız. Çünki, top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Bacardığımız qədər yerli-yerində transferlər etməyə çalışırıq. Bu gün futbolçuların hər birindən razıyam. Bura çəkinmədən, müdafiədə oturmadan oyun göstərməyə gəldik. Futbolçularım bunu bacardılar. Transferlər istənilən an ola bilər. Hansı mövqeyə olacağını əvvəlcədən deyə bilmərəm".

Baş məşqçi "Bugünkü məğlubiyyət fərdi səhvlərlə bağlıdır, yoxsa ümumi oyun planında rəqib "Qarabağ"ı üstələdi" sualına belə cavab verib: "Fərdi səhvlər yox, bir az diqqətsizlik ola bilər. Rəqibin bütün hücumlarını demək olar ki, bilirdik. Elə ilk qol fərdi, texniki səhvdən buraxıldı. Təkcə bir oyunçu yox, ümumən düzülüşdə gecikdilər. Deməzdim ki, rəqib bu gün bizi üstələdi. Bəlkə də siz kənardan fərqli görürsünüz. Oyuna yenə baxacam. İlk hissəyə də baxsaq, xeyli qol epizodlarımız oldu. İkinci hissədə 10-15 dəqiqə dinamikanı qoruyub-saxlaya bilmədik. Sonra get-gedə daha fəal olmağa başladıq. Futbolçuların oyununa görə deyə bilmərəm ki, rəqib bizi üstələdi. Üçüncü qol fərdi ustalıqlarına görə oldu. Belə qollar nadir hallarda olur. Bəlkə də ədalətli nəticə bərabərlik idi. Buraxılan üçüncü qol bizə daha çox məsuliyyət verəcək".

Q.Qurbanov "Rakov" və "Qarabağ" futbolçularını fərqləndirmək istəməyib: "Belə bir hesabat verməyə ehtiyac yoxdur. Bu, futboldur. Bu gün futbol elə səviyyəyə gəlib ki, nəinki Polşa, Azərbaycan, bizim zəif düşündüyümüz ölkələrin komandaları da istənilən rəqibə qarşı düzgün oyun qura, mübarizə apara, hətta qalib gələ bilir. Bakıda olanda da bildirmişdim ki, "Rakov"a simpatiyam çoxdur. Onların oyun üslubunu çox bəyənirəm. Neçə illərdir bu üslubda davam edirlər. Bu komandaya ancaq uğurlar arzulayıram".

27-07-2023, 07:47
15485
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
28-10-2022, 08:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nant"dan çəkinmədik"
5-10-2022, 13:13
Qurban Qurbanov:
Qurban Qurbanov: "Olimpiakos" bizi daha yaxşı tanıyır"
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
19-07-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "İsveçrəyə hesabı qorumağa yox, qələbə üçün gedəcəyik"
18-02-2022, 08:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik"
26-11-2021, 00:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu, mənə “İnter”lə oyunu xatırlatdı"
4-11-2021, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım böyük zəfər qazandı"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
  Xəbər Lenti
Millimizin üzvü Murad Məmmədov komandasında qol hesabını açdı 14.08.2026, 10:08
Misli Premyer Liqasında yeni mövsüm başlayır 14.08.2026, 09:16
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində 14.08.2026, 08:11
Tahir Gözel: "İki yeni futbolçuya ehtiyacımız var" 14.08.2026, 00:15
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi 13.08.2026, 23:17
Qurban Qurbanov: "İki Azərbaycan komandası olsa, daha maraqlı olar" 13.08.2026, 23:03
“Qarabağ” - “Dinamo Kiyev” matç öncəsi “Azersun Holdinq”in təşkilatçılığı ilə Fan zonada əyləncəli proqram 13.08.2026, 17:14
Flikin tək istəyi Alvaresdir - Xarici xəbərlər 13.08.2026, 14:03
“Mançester Siti” “Brügge”nin müdafiəçisini istəyir - Transfer xəbərləri 13.08.2026, 13:21
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb