FutbolMedia.Az
  • 05:04 Şənbə
    1 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Neftçi"nin rəhbəri Fərrux Mahmudov elə basketbolda qalsa yaxşı olardı YAZI


"Neftçi"nin baş mәşqçisi Miodraq Bojoviç "Neftçi" - "Kәpәz" oyunundan (2:0) sonra keçirilәn mәtbuat konfransı bitәndәn 15 dәqiqә sonra elә konfrans otağında tәqdim edildi. Müqavilә dә orda imzalandı. Andersen, baş icraçı direktor Fәrrux Mahmudov iştirak edirdi. Klub rəhbərliyi iddia etdi, an-daman etdi ki, bəs yeni baş məşqçimizi çox düzgün analiz etmişik. Necə deyərlər yaxşıca araşdırmışıq. Şəxsən mən buna inanmadım. El məsəli kimi deyim “inanan daşa dönsün”. Əgər “Neftçi” klub rəhbərliyi, Rövşən Nəcəfdən tutmuş, Fərrux Mahmudov və klubda pisliklərin başılarından hesab edilən Zaur Əzizov Miodraq Bojoviçi yaxşıca araşdırsaydılar onu kluba gətirməzdilər. Ay kişi bu əcnəbi məşqçinin ayağı bir klubda davamlı şəkildə durmur. Məşqçi karyerasının 20 illik fəaliyyəti zamanı 22 klub dəyişib. Belə bir məşqçi sözün düzü heç güvən verici deyil. Baxın Adrian Mutunu “Neftçi”yə gətirən klub rəhbərliyi nə vədlər vermişdilər. Klub rəhbərliyi Mutunun rəhbərliyi altında daha güclü, daha ideal, peşəkar “Neftçi” quracaqlarını demişdilər. Nə oldu? Mutunun klubda fəaliyyəti heç düz-əməlli 6 ay çəkmədi. Adrian Mutu ölkədən çıxar-çıxmaz yerinə yeni əcnəbi məşqçi gətirildi. Düşünürəm ki, Mutunun torbası bir ay əvvəldən tikilib. Miodraq Bojoviçlə çox güman ki, ən azı bir ay əvvəldən danışılıq, müəyyən detallar, maliyə məsələləri müzakirə edilib. Onda belə çıxır ki, Mutunun qələmini elə “Neftçi” klub rəhbərliyi özü əvvəlcədən qırıb. Yəni loru dildə desək rumınıyalı mütəxəssizə torba əməliyyatı gedib. Heç bir özünə hörmət edən məşqçi apar-topar zəif futbol ölkəsinin klubuna gəlməz. Elə buradan görünür ki, bütün uğursuzluqların, pisliklərin başı elə klub rəhbərliyidir. Gör işin harasıdır ki, Rövşən Nəcəf belə Bojoviçin təqdimat mərasiminə qatılmadı. Demək ki, klub daxilində əməlli-başlı qalmaqal, pərakəndilik və qruplaşmalar var. Rövşən Nəcəf də, bilirdi ki, onun kluba gətirdiyi Adrian Mutuya torba tikilib. Məhz bu üzdən mətbuat konfransına qatılmadı. Gəlin özü sakit görünüb, altdan –altdan iş çevirən, klubun uğursuzluğunda ən böyük pay sahiblərindən olan Fərrux Mahmudova. İlk öncə, deyim ki, Basketbol idman yarışından anlayan adamın futbolda nə işi var? Axı hər işin öz sahibi, öz peşəkarı var. Belə olsaydı, futbol məşqçisi gedib basketbol klubuna da, məşqçilik edərdi də, Və ya, bunun tərsinəsi. Fərrux Mahmudov Mutunun təqdimat mərəasimində görüləcək uğurlu işlərdən, peşəkarlıqdan, Mutuya sonunacan dəstək olacaqlarından ağız dolusu danışırdı. Nə oldu? Niyə Mutunu yarı yolda, “Neftçi”ni isə zərbə altnda qoydu. Ümumiyyətlə "Neftçi" özü-özünü dolaşığa salıb vә getdiyi yolu da belәcә itirib. Gəlin əyri oturaq, düz danışaq. Ölkә kubokunda yoluna davam edәn, turnir cәdvәlindә iddialılar pillәsindә qәrarlaşan komandanın baş mәşqçisi göndәrilməsinin qaranlıq təəıfindən danışmaq doğru olar. Bəs bu tələm –tələsik qərar nəyə xidmət edir. Nə olmuşdu. Onsuz da, klublar artıq qış fasiləsinə yollanır. Mutunun da, klubun da, kifayyət qədər vaxtı olacaq ki, səhvlərinin üzərində çalışsın, yeni lazımlı transferlər etsin, xarici güclü klublarla yoxlama oyunları keçirtsin. Bütün bu amillər klubun daha da, güclənməsinə xidmət edəcəkdi. Görünür Fərrux Mahmudov və onun ətrafına Mutunun qalması sərf etmədi. Yəni daha çox qazanc əldə edə bilmədilər. Yəni Fərrux Mahmudov dediyini, istədiyini Mutu istəmədi. Daha doğrusu yaxın buraxmadı. Çox güman ki, maliyə məsələləri bunda əsas rol oynadı. Loru dildə desək yaxşı pullar silmək olmadı. Hər il “Neftçi”yə dövlət büdcəsindən milyonlar xərclənir. Lakin Fərrux Mahmudovlar, Zaur Əzizovlar, Rövşən Nəcəflər hamısını hədər edir. Özünüz bilirsiniz hansı yollarla. Etibarlı mənbədən aldığım məlumata görə, “Neftçi” klubunda bir pərakəndilik var. Yəni elə bir qruplaşma var ki, konkret kimin rəhbər olduğu bilinmir. "Neftçi"nin uğurlu olması üçün klubda rәhbәr şәxsin kimliyi dәqiq bilinmәlidir. Deyilənə görə heç Fərrux Mahmudovu hərdən müəyyən qərarlarda saymırlar. Hətta mətbuat xidmətinin rəhbəri Emin Əfəndi belə ona qulaq asmır. Mən ağsaqqala tabeyəm deyir. Yəni Rövşən Nəcəfi nəzərdə tutur. Sonda bir söz deyim ki, bu babırçılığa son verilməzsə, tədbir görülməzsə, “Neftçi” kimi tarixi olan klub rəzalətə, uğursuzluğa düçar olacaq. Belə biabrçılıq olmaz. “Neftçi”ni bu bataqlıqdan kimsə tutub çıxartmalıdır. Bir müddət sonra “Neftçi”nin bu rəhbərliyi də, uğursuzluğa, düzgün idarə olunmadığna, yeyintiyə yol verdiyinə görə göndərilə bilər. Yerinə başqa biri gətiriləcək. Yenə köhnə hamam, köhnə tass olmasın. Yoxsa tarixi klub elə tarixə qovuşacaq.

Əli HƏYATİ

25-12-2023, 08:05
20816
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-12-2023, 10:11
"Neftçi"ni məhv edib, xaraba qoyan Fərruxlar, Rövşən Nəcəflər və Eminlər - YAZI
9-10-2023, 07:15
"Neftçi"nin ən uğurlu transferi Emin Əfəndi - YAZI
4-10-2023, 12:19
"Rapid" klubunun sahibi: "Neftçi" Mutuya bizdən 5-6 qat çox pul təklif etdi"
22-08-2023, 10:36
Fərrux Mahmudov və
Fərrux Mahmudov və "Neftçi"sindən bu mövsüm uğur gözləməyə dəyər -YAZI
5-08-2023, 11:31
"Sabah"ın uğurlarının sütunu Maksud Adıgözəlov -YAZI
4-08-2023, 09:42
Emin Mahmudov:
Emin Mahmudov: "İndidən “Beşiktaş” barədə düşünməməliyik"
27-07-2023, 12:08
Fərrux Mahmudov “Jelezniçar”la matçdan öncə komanda ilə görüşdü
Fərrux Mahmudov “Jelezniçar”la matçdan öncə komanda ilə görüşdü
24-07-2023, 14:35
"Neftçi"də yeni prezident -
15-07-2023, 09:20
De Byazi
De Byazi "Neftçi"yə Mutunun təyinatından danışdı
11-07-2023, 13:35
Adrian Mutu rəsmən “Neftçi”də -
Adrian Mutu rəsmən “Neftçi”də - Rəsmi
6-07-2023, 11:21
"Neftçi"nin baş məşqçisi Adrian Mutu ola bilər
25-06-2023, 18:56
"Neftçi" qəflət yuxusundan ayıl,Tərlan Əhmədova təklif göndər - YAZI
  Xəbər Lenti
İngiltərə klubu Leao üçün hərəkətə keçib - Transfer xəbərləri 31.07.2026, 18:15
"Turan Tovuz" Türkiyə klubuna qarşı 31.07.2026, 17:03
"Orhus" - "Sabah" matçının hakimləri açıqlandı 31.07.2026, 16:10
FIFA-nın baş müşaviri İnfantinoya etiraz olaraq istefa verdi - 31.07.2026, 15:28
Azərbaycan Premyer Liqası ilə bağlı yeni layihə - APL Fantasy təqdim olundu 31.07.2026, 14:27
“Qarabağ” “Dinamo”nu keçərsə “Pley off”dakı mümkün rəqibləri 31.07.2026, 14:03
“Roma” hücumçusunu icarəyə göndərdi – Transfer xəbərləri 31.07.2026, 13:31
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 31.07.2026, 12:19
La Liqanın ən yaxşı gənc oyunçusu "Real"ın hədəfində - Xarici xəbərlər 31.07.2026, 11:38
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb